“Ədəbiyyat” qəzetinin baş redaktorunun yubileyi qeyd olunub
01.12.2023 [18:01]
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Əbilovun (Azər Turan) anadan olmasının 60 illik yubileyi qeyd olunub.
Yubiley mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı və Aqil Abbas, Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, filologiya üzrə fəlsəfə doktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, tənqidçi, publisist, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri Qulu Məhərrəmli, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailləri, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.
Yubiley tədbirindən öncə Azər Turanın ata evi Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, ədəbiyyatşunas alim, filologiya elmləri doktoru, professor mərhum İmamverdi Əbilovun evində yerləşən şəxsi kitabxanasını ziyarət olunub və kitabxananın kitab fondu ilə qonaqlar tanış olublar.
Yubiley tədbirdən yubilyarın kitab sərgisinə qonaqlar tərəfindən baxış keçirilib və Azər Turan yaradıcılığını özündə əks etdirən videoçarx izlənilib.
Yubiley mərasimində çıxış edən Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk mərkəzinin müdiri Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazçısı Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalisti Aqil Abbas, filogiya üzrə fəlsəfə doktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, Nizami Gəncəvi adına İnstituun və Ədəbiyyat qəzetinin şöbə müdiri Elnarə Akimova, tənqidçi, publisist, filologiya elmləri doktoru, Azərbaycan respublikasının Əməkdar jurnalisti, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri Qulu Məhərrəmli yubilyarın həyatından və fəaliyyətindən, Azər Turan yaradıcılığından və şəxsiyyətinin bəzi məqamlarından söz açıblar, onunla olan xoş xatirələrini bölüşüblər və yubilyarı xoş sözləri ilə təbrik ediblər.
Yubileydə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azər Turan imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə malik ədəbiyyatşünas, tənqidçi və yazıçıdır. Azər Turan, xüsusilə Cavidlər ocağının mənəvi varisi olaraq tanınır və o “Hüsni-xuda şairi Hüseyn Cavid”, “Cavid əfəndi”, “İrfan çobanı”, “Cavidnamə”, “Hüseyn Cavid”, “Əbədi Turan”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü”, “Ərtoğrul Cavidin bütün əsərləri: yazıları, rəsmləri, bəstələri, məktubları”, “Mişkinaz Cavid. Cavid haqqında xatirimdə qalanlar” kimi ciddi elmi əhəmiyyətə malik əsərlərin müəllifidir.
RİH-in başçısı bildirib ki, Azər Turan həm də Türk dünyasının birliyinə, turançılığa xidmət edən görkəmli fikir adamları haqqında çoxsaylı əsərləri ilə elmimizə və ictimai fikrimizə xidmət edib, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Bəkir Çobanzadə, Ömər Faiq Nemanzadə və başqa şəxsiyyətlərlə bağlı qiymətli əsərlər yazıb. Neftçala RİH-in başçısı 60-cı doğum günü qeyd olunan Azər Turanı yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yubilyar Azər Turan çıxış edərək anadan olmasının 60 illik yubileyinin Rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyə qeyd edilməsi və ona göstərilən yüksək ehtirama görə rayon rəhbərliyinə, təbdirdə iştirak edən qonaqlara və Neftçala rayon ictimaiyyətinə öz təşəkkürünü bildirib.
Tədbirin sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

