Həsənli nəyi, niyə “müdafiə etmək” məcburiyyətindədir?
01.12.2023 [10:52]
“Qoca sədr” okeanın o tayında əməllərinin ifşasından qorxur
Son günlərdə Azərbaycanda KİV adı altında fərqli qeyri-qanuni fəaliyyətlə məşğul olan şəbəkənin aşkarlanması və hüquqi prosesin başladılması regikül müxalifətə fürsət qazandırıb. Vaxtilə maliyyələşdiyi “qərbli dostlarının” yenidən etimadını qazanmaq, “bazara girmək” kimi düşüncələrlə həmin şəbəkəni “dəstəkləmək”, “müdafiə etmək” uğrunda əməlli-başlı “tıxac” yaranıb. Üstəgəl, həmin xəyanətkar şəbəkə ilə əlaqəli işləyən, onlarla eyni mənbədən qidalanan “rediküllər” də “sükutu pozmaq”, bu yolla özünü ifşa etmək məcburiyyətindədirlər. Əks halda, donorlarının “qınağı” ilə qarşılacaqlar.
Bu məsələdə əsas “fəallıq göstərənlər” AXCP sədri Əli Kərimli və yaxın ətrafıdır. Eyni zamanda, “antimilli şura” üzvləri də yaranan fürsətdən maksimum istifadə etmək istəyənlərin sırasındadır. Məsələn, “şura”nın qoca və unudulmuş sədri Cəmil Həsənli bu məsələdən yararlanaraq özünü “yenidən yada salmaq” istəyir. Sosial şəbəkələrdəki paylaşımlarında bu məsələ ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatları paylaşır - əslində, bu məsələ də maraqlıdır. Hər zaman bu və ya digər şəkildə özünün “qısır təfəkkürü” ilə məsələlərə yanaşma sərgiləyən Həsənli bu dəfə “Dövlət departamentinin nümayəndəsinin” sanki sosial şəbəkələrlə işinə məsul şəxs kimi davranıb. Əslində, bu da başadüşüləndir. Bəzilərindən fərqli olaraq C.Həsənli yalançı hay-küy salmağın, guya “Abzas Media”nın gühansız olduğunu iddia etməyin yersiz olduğunu anlayır. Birincisi, bu qeyri-qanuni pul ötürmə mexanizmindən xəbərdar olan Həsənli özü də bu kimi şəbəkənin tərkib hissəsidir. Bir müddət öncəyə qədər adı ölkəmizə qarşı hazırlanan çirkin planlarda hallanan Həsənli hətta bir ara gözlərdən itmişdi - o, kənara çəkilməklə özü haqda yayılanların unudulmasını gözləyirdi. Axı, onun da adı nə az, nə çox milyonlarla dollar “xəyanət haqqı” almaqda çəkilirdi. Bu mənada, C.Həsənlinin susması anlaşılandır. Əlbir və ya sinxron şəkildə xəyanət mexanizmində yer alanlar cinayət üzə çıxanda susmaqla canlarını qurtaracaqlarını düşünürlər.
Həsənli həm də bu məsələnin “pərdəsi altında” günahlarını yumaq üçün şans axtarır. Onun paylaşımlarından görünür ki, yarındığı dairələrin onun üzərinə qoyduğu qadağaların aradan qaldırılmasına çalışır - hətta, paylaşımlarını şərhsiz verməsi də bunun nəticələridir. Ortadakı faktlar hər şeyi aydın şəkildə göstərir - Cəmil Həsənli, Əli Kərimli kimilərinin nə deməyindən, nə danışmasından və ya nə paylaşmasından asılı olmayaraq həqiqətlər ortadadır. Bu xəyanətə haqq qazandırmaq cəhdi isə ən azı elə bu cinayətə ortaq olmaq deməkdir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16

