Daha 2 gün...
29.11.2023 [11:20]
Qəzzada atəşkəsin müddəti uzadılıb
Ölənlərin sayı isə 16 min nəfərə çatıb
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. İsrail və HƏMAS müvəqqəti atəşkəsə razılaşsalar da, bu, qanlı toqqşumanın qarşısını almaq iqtidarında deyil. Xatırladaq ki, noyabrın 23-də tərəflər dörd günlük müvəqqəti atəşkəsə razılaşmışdı. Əldə olunan razılaşmaya görə, atəşkəs dövründə Qəzzaya hücumlar müvəqqəti dayandırılmalı, əsir mübadiləsi və humanitar yardımlar təmin edilməli idi. Tərəflər 50 israilli girov və İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşağın azad edilməsi şərtləri daxilində bu atəşkəsə razılaşmışdı. Bundan başqa, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə verilib. İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda sərbəst hərəkətini təmin edəcəyinə söz vermişdi.
Dördgünlük atəşkəs razılaşmalarının şərtlərinə əməl edilməsi tərəflər arasında bu müddətin artırılması ilə nəticələnib. Belə ki, ötən gün İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılması barədə razılığa gəlib. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib. Əl-Ənsari sosial şəbəkə hesabında yazıb: “Qətər Dövləti davam edən vasitəçilik çərçivəsində Qəzza zolağında humanitar atəşkəsin daha iki gün uzadılmasına dair razılıq əldə olunduğunu elan edir”.
HƏMAS hərəkatı hər gün 10 girovu azad edərsə, İsrail atəşkəs rejimini uzatmağa hazır olduğunu bəyan edib. “The Times of Israel” qəzeti yazır ki, indiyədək 117 fələstinli məhbus yəhudi dövlətinin həbsxanalarından azad edilib. Daha 40 fələstinli məhbusun noyabrın 27-də azadlığa buraxılıb.
BMT Təhlükəsizlik Şurası isə İsrail və HAMAS-la bağlı sessiya keçirməyi nəzərdə tutur. Bu barədə TŞ-ya sədrlik edən Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat brifinqində deyib. O bildirib ki, Çin xarici işlər naziri Van İ BMT Təhlükəsizlik Şurasının İsrail və HAMAS-la bağlı noyabrın 29-da keçiriləcək sessiyasına sədrlik etmək üçün Nyu-Yorka səfər edib. “Çin ümid edir ki, bu görüşə sədrlik edərək atəşkəsin reallaşmasına kömək etmək üçün öz üzərinə düşəni edə bilər”, - XİN sözçüsü qeyd edib.
İsrail-Fələstin məsələsi ilə bağlı yaradılan təmas qrupu isə Barselonada İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşüb. Təmas qrupuna Türkiyənin xarici işlər naziri Hakan Fidan da daxildir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumata əsasən, görüş zamanı İsrail-Fələstin cəbhəsində baş verən son hadisələr və problemin həlli istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.
Qeyd edək ki, noyabrın 11-də yaradılan təmas qrupuna Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Qətər, İordaniya, Fələstin nümayəndələri ilə yanaşı, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt də daxildir.
Qəzzada isə ölənlərin sayı artmaqdadır. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-də başlanan hərbi toqquşmalar nətiəsində Qəzzada həlak olanların sayı 16 min nəfərə çatıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04

