SPECA-nın Bakı Zirvə görüşü daha geniş əməkdaşlıq formatına yol açacaq
28.11.2023 [09:18]
Nardar B.
“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycan dünya miqyasında etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib. Cənab Prezidentin qətiyyətli siyasi iradəsinə uyğun olaraq Azərbaycan xoş mərama əsaslanan qonşuluq siyasəti aparır, daim beynəlxalq həmrəyliyin güclənməsinə hesablanan təşəbbüslərlə çıxış edir. Xüsusilə ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, sammitlərə ev sahibliyi etməsi də beynəlxalq miqyasda yüksək nüfuzun əyani göstəricisidir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının ilk Zirvə görüşünün Bakıda keçirilməsi də bu faktı təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə yeniazerbaycan.com-a deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada yüksək liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı kimi qəbul olunur. Bu səbəbdən də dövlətimizin başçısının təşəbbüsləri dünyada birmənalı olaraq dəstəklənir. Eləcə də, cənab Prezidentin son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə toplantısına, Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə yüksələn rolunun əyani göstəricisidir. Bu, həmçinin Prezident İlham Əliyevin şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Pərvin Kərimzadə qeyd edib ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın 25-ci ildönümünün məhz Azərbaycanda qeyd edilməsi bir daha dövlətimizin imicinin göstəricisidir. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər. 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyev Zirvə görüşündə ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: “Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır”. Cənab Prezident həmçinin, bu platformada təmsil olunan ölkələri birləşdirən amillərdən birinin siyasi sabitlik olduğunu vurğulayıb: “Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. Bununla belə, dünyada bir sıra ölkələr var ki, müəyyən beynəlxalq güclərin əlində alətə çevrilib. Belə ölkələrdən birinin məhz Ermənistan olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, bu tipli müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. Bütün bunlara Ermənistan əsl nümunədir. Bu gün Ermənistanın Fransanın və digərlərinin diqtəsi ilə hərəkət etməsi bu faktı təsdiqləyir.
O, diqqətə çatdırıb ki, SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsində əksini tapan məqamlar bu platformanın perspektivlərindən xəbər verir. Bakı Bəyannaməsində SPECA-nın iqtisadi əməkdaşlıq və regional inteqrasiya imkanlarından müştərək istifadə edilməsi yollarının öyrənilməsi məqsədilə və xüsusən rabitə, ticarət, nəqliyyat və logistika, rəqəmsal transformasiya və innovasiyalar, sənaye, energetika, su ehtiyatlarının idarə edilməsi, ətraf mühit, yaşıl keçid və qarşılıqlı maraq doğuran digər sahələr üzrə meydana çıxan ümumi çağırışlara ortaq cavabların verilməsi platforması kimi SPECA-nın rolunun gücləndirilməsi barədə niyyət ifadə olunub. Bununla bağlı SPECA-nın davam edən təsisatlanma prosesinə və SPECA çərçivəsində fəaliyyətin məsuliyyətini yüksəldəcək, mütəmadi dialoqu, ardıcıllığı və səmərəli əlaqələndirməni təmin edəcək, həmçinin SPECA-nın iştirakçı ölkələrinin dövlət başçıları tərəfindən qəbul olunan qərarların həyata keçirilməsinə kömək edəcək zəruri mexanizmlərin yaradılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50

