Siyasət naşı adamları heç sevmir
28.11.2023 [09:35]
Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü
Siyasət dərin elmdir. Bu elmin böyüklüyünü dövlət başçımız cənab İlham Əliyevin simasında görüb, sevə-sevə qəbul etdik. Bunu təkcə biz demirik, əksər dünya liderləri, Avropa ölkələrinin rəhbərləri birbaşa və ya dolayısı yolla etirafları ilə dilə gətirirlər. Necə deyərlər, siyasət meydanında tarix yaradıb, tarix yazan liderimizin nümunəvi təcrübəsini açıq-gizli formada öyrənməyə çalışdıqları artıq sirr deyil. Məsələ ondadır ki, İlham Əliyevin müsir dünyamızda “şok effekti” yaradan siyasi manevrləri başqa bir tərəfdən də ölkə daxilində əks siyasi düşərgənin bəzi “başsız” başbilənlərinə siyasətin naşı adamların işi olmadığını bir daha əyani sübut etdi. Baxmayaraq ki, vaxtı ilə radikal müxalifət düşərgəsini təmsil etmiş, lakin sonradan onların şahmat oyunu ilə müqayisə etdiyi siyasət meydanında şah qarşısında “peşkə” olduqlarını görüb, həmin düşərgəni tərk etməyə məcbur olmuş mərhum bir politoloq müəllimimin çap etdirdiyi “Siyasət naşıları sevmir” adlı kitabında öz siyasi həmfikirlilərinin siyasi səriştəsizliyini faktların dili izah etmişdi. Görünən odur ki, siyasət naşıları o kitabdan da faydalana bilməmişlər. Əks təqdirdə cənab prezidentin siyasət meydanında çoxlarına keçdiyi master-klasları görüb, onun siyasi elmi qarşısında təzim edib, o aləmi birdəfəlik tərk etməli idilər.
Ancaq siyasi hoqqabazlıqları ilə təkcə özünü yox, siyasət elmini də hörmətdən salmağa ciddi cəhd göstərən Əli Kərimli kimi bir qrup radikal dəstə, daha dəqiq ifadə etsək bir ovuc “klaviatura qəhrəmanları” sosial şəbəkələrin verdiyi imkanlardan geni-bol istifadə edərək xarici düşmənlərimizlə bir olub dövlətinə, xalqına, millətinə qarşı hər cür əxlaqsızlıq nümayiş etdirməkdən çəkinmirlər. Artıq onların bu iyrənc hərəkətlərindən hiddətə gələn öz üzvləri son günlər kütləvi şəkildə partiyalarını tərk edirlər. İyirmi ildən çoxdur ki, kiçik bir siyasi dərnəyə çevirən partiyada monopoliya, inhisarçılıq yaradan, demokratik mühütü boğan, azad düşüncəli insanların tənqidlərini süngü ilə qarşılayan, onlara azad fikirlərini ifadə etməyə imkan verməyən birinin hakimiyyəti antidemokrat adlandırması təzad deyilmi? Kiçik bir kəsiminə rəhbərlik edə bilməyənin ölkə rəhbərliyinə iddia etməsindən absurd fikir ola bilərmi? Ay yazıqlar, unutmayın ki, elin gözü tərəzidir. Xalqımızın sosial imtiyazlı qruplarının bəzən obyektiv, bəzən subyektiv səbəblərdən dolayı üzləşdikləri çətinliklərdən özünüzün çirkin məqsədləri üçün istifadə edib, onları dövlətə və dövlətçiliyə qarşı qaldıra bilməzsiniz. İmkan verin, bu XALQ son 200 illik tarixində heç vaxt görmədiyi qələbəni doya-doya yaşasın. Fındıq böyüklükdə beyninizlə, təsəvvür edə bilirsiniz, söhbət 30 illik işğala bir dəfəlik son qoyan, elə sizlərin ağlında olan ermənilərin “Böyük Ermənistan”, “Miatsum” kimi xülyalarını elə Xanın kəndində bayraq ucaltmaqla, hərbi parad keçirməklə dəfn edən, xalqımızın alnına yazılmış qara ləkəni təmizləyən, bizi məğlub edilmiş ölkədən qalib ölkənin vətəndaşına çevirən bir lider həm də sizləri indiki və gələcək nəsillərin nifrət dolu qınaqlarından xilas edib. Çünki 90-cı illərin qarşıqlıq dönəmində yaranmış fürsətdən yararlanaraq mənimsədiyiniz hakimiyyət dönəmində xalqımızIn başına min bir oyun gətirmişdiniz. Nə tez unutdunuz. Siz yadda çıxara bilərsiniz. Amma dünən sizlə bir olub, bu gün sizi tərk edən gənclər zamanında etdiklərinizi yenə də təkrarlamaq istədiklərinizi görüb “ziyanın yarısından qayıtmaq da qənimətdir”- deyərək, bundan sonra sizlərlə bir olmağın ancaq zərərli olacağının fərqinə varırlar. Onlar bu addımı ilə sizə də artıq yol göründüyünü, başqa sözlə şəhid qanı ilə suvarılan bu müqəddəs torpaqlarda yaşamağınızın haram olduğunu göstərmiş oldular.
Təkcə özünün yox, həm də başqalarının sevinməsini qəbul edə bilməyən və ətrafındakıların da həmişə özləri kimi kədərli olmasını arzulayan “bədbəxt” adamların yeri elə mühacirətdi. Eyvallah, yolunuz açıq olsun!
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51

