Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

27.11.2023 [16:12]

Noyabrın 27-si saat 15:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib, Şahdağda qar yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Neftçala, Yardımlı, Tovuz, Ağstafa, Kəlvəz, Daşkəsəndə 20 m/s, Cocuqmərcanlıda 18 m/s, Sabirabadda 17 m/s, Ceyrançöl, Biləsuvar, Gədəbəydə 16 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 30 m/s-dək güclənib. Neft Daşlarının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 15-18 dərəcə, Naxçıvan MR-da 16-19 dərəcə, dağlıq rayonlarda 9-14 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyədək olub.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30