Onlayn satılan “dərmanlar”
08.11.2023 [10:24]
İndi kollagenlərin satışı aktualdır…
Yeganə BAYRAMOVA
Bir neçə ildir ki, sosial şəbəkələrdə, xüsusilə “İnstagram”da müxtəlif “dərmanların” satışı genişlənib. Müxtəlif arıqlama çayları, kofeləri və vitaminlər onlayn şəkildə satılır. İnsanların böyük əksəriyyəti tərkibini bilmədən, əks-təsirləri barədə məlumat əldə etmədən bu məhsullara maraq göstərirlər. Son zamanlar arıqlama çayları və kofelərindən sonra büyük alıcı kütləsi toplayan kollegen tabletkaların satışı genişlənərək onlayn bazara “ayaq açıb”. Xüsusilə bu tabletlərin satışı bəzi bloggerlər tərəfindən həyata keçirilir. Onlar satdıqları kollagen tərkibli kapsulların dəriyə kifayət qədər xeyirli olduğunu, qırışları aradan götürdüyünü, dərini daha təravətli etdiyini iddia edirlər.
Bir çox mütəxəssislər kollagenlərin insan orqanizminin fəaliyyəti üçün mühüm rol oynayan zülal olduğunu qeyd edir. Belə ki, kollagen birləşdirici toxumanın əsasını təşkil edən sapşəkilli (fibrillar) zülaldır. Bu tərifdən belə nəticəyə gəlinir ki, kollagen əzələlərin, sümüklərin, dərinin və oynaq bağlarının da əsasını təşkil edir. Daha dəqiq desək, insan orqanizmindəki bütün zülalların 30-35 %-ni məhz kollagen zülalı təşkil edir.
Birləşdirici toxumanın əsasını təşkil etdiyi üçün kollagenlər dəri və oynaqların elastikliyində mühüm rol oynayır. Son tədqiqatlar isə kollagenin dəridəki qırışlarla aktiv mübarizə apardığını və hətta selülit probleminin həllində yardımçı olmasını sübut edib.
Ancaq bir məqamı yaddan çıxarmaq olmaz: Təəssüf ki, sosial şəbəkələr bəzi işbazlar üçün əsl gəlir mənbəyinə çevrilib. Keyfiyyətsiz, ziyanlı, original olmayan, tərkibi bilinməyən dərman preparatlarının satışı olduqca çoxdur. Xüsusən də xanımların böyük əksəriyyəti gözəl görünmək uğrunda bilib-bilmədən, kimlərinsə məsləhəti ilə bu cür məhsulları qəbul edirlər. Nəticə isə bir çox hallarda təhlükəli ola bilir. Bəllidir ki, original olmayan digər məhsullar kimi saxta kollagenlər də orqanizm üçün böyük fəlakətlərə yol aça bilər. Eyni zamanda kollagenlərin koranə şəkildə və lazım olan miqdardan çox qəbulu edilməsi də təhlükəlidir.
“İnstagram” üzərində müxtəlif dərmanların satışını edən şəxslər bu dərmanları Amerikadan gətirdiklərini iddia edirlər. Maraqlıdır, bu yolla satılan dərmanlar başqa hansı təhlükələrin yaşanmasına səbəb ola bilər?
Onlayn formada dərman alarkən…
Sualımızı cavablandıran həkim-kosmetoloq Tamilla Məmmədova Yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, həm onlayn apteklər, həm də sosial şəbəkələrdə satılan belə dərmanların Azərbaycanda satışı çoxalıb: “Onlayn apteklərdə dərman preparatlarını reseptsiz almaq olur. Onlar arasında ağrıkəsicilər, vitaminlər, gözəllik naminə istifadə edilən dərman və preparatlar üstünlük təşkil edir. Ancaq onlayn formada dərman alarkən mütləq şəkildə onun tərkibi haqda məlumat almaq lazımdır. Əsas dərmanın tərkibi, onun istehsalçısı olan ölkədir”.
Həkimin sözlərinə görə, elə dərman preparatları var ki, onlar xüsusi qaydada daşınmalıdırlar, bu səbəbdən dərman alarkən diqqətli olmaq lazımdır: “Bəzi dərmanlar var ki, buz üzərində daşınmalıdır. Həmin dərman preparatlarını onlayn aptekdən yaxud sosial şəbəkədə satış edən şəxslərdən almağı tövsiyə etməzdim. Onlayn qaydada sifariş verdiyiniz dərmanları əldə edərkən mütləq şəkildə son istifadə tarixinə, qutunun tamlığına nəzər yetirmək lazımdır”.
Kollagen hər oqranizmidə fərqli təsirə malikdir...
Kosmetoloq sosial şəbəkələr vasitəsilə satılan gözəllik, arıqlama və.s kimi dərmanların sosial şəbəkələrdə alınmasının əleyhinədir: “Onlayn satılan dərmanlarla bağlı hüquqi icazə yoxdursa, dərmanların geni məlum deyilsə, o zaman həmin dərmanları almağı tövsiyə etmirəm. Çünki belə olan halda dərmanın tərkibindən məlumatsız oluruq. Bir hadisə baş verərsə, həmin “İnstagram” səhifəsi sonra bağlanarsa, nə etmək olar? Zərərçəkən şəxs bu zaman kimdən şikayətçi olacaq?. Ona görə də xüsusilə xanımlar bu məsələdə diqqətli olmalıdır. Bir-birilərinə kollagen tərkibli preparatları məsləhət görürlər, ancaq düşünmürlər ki, bu preparatlar hər oqranizmidə fərqli təsirə malikdir”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

