Heydər Əliyevin şah əsəri!
08.11.2023 [11:30]
28 yaşlı Azərbaycan Konstitusiyası...
Y.BAYRAMOVA
“Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.
Konstitusiyamızın 1-ci maddəsi məhz bu cümlələrlə başlayır. Hər bir dövlətin müstəqil, özünəməxsus qanun-qaydaları olduğu kimi, Azərbaycanın da müstəqil qanunları var. Bu qanunlar toplusu Konstitusiya adlanır
Müstəqil Azərbaycanın ilk konstitusiyasının yaranmasından 28 il ötür. 1995-ci il noyabrın 12-də ümumxalq referendum əsasında qəbul edilən ilk konstitusiyanın hazırlanması Ulu Öndərin şah əsəri hesab edilir. Sənədin qəbulunda çoxsaylı iclaslar keçirən, danışıqlar aparan Heydər Əliyevin rəhbərliyi ilə komissiya yaradılıb və layihə ümumxalq müzakirəsinə çıxarılıb. Referendum elan edildikdən sonra Azərbaycanın müstəqilliyinə, suverenliyinə səs verilib.
Beləliklə, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan yeni Konstitusiya müasir dünyanın tələblərinə uyğun, demokratik, vətəndaşların hüquqlarını tanıyan bir sənəd oldu. Azərbaycan Konstitusiyası özündə ümumbəşəri dəyərləri təsbit etməklə prinsipləri müəyyən etdi. Bununla da ilk konstitusiya SSR dövründə yaradılan konstitusiyalardan fərqləndi.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Azərbaycan Konstitusiyası dünyada mövcud olan az sayda konstitusiyalardan biridir ki, dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının müdafiəsi və ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi göstərilib. Konstitusiyamızda dövlətin ali məqsədinin məhz insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi kimi müəyyənləşdirilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiyamız dövlətin məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.
Ötən 28 il ərzində Azərbaycanın Konstitusiyasına bir neçə dəfə dəyişikliklər və əlavələr edilərək təkmilləşdirilib. 2002-ci ildə referendum yolu ilə konstitusiyaya ilk dəyişikliyin edilməsi nəticəsində 24 maddəyə 29, 2009-cu ildə 25 maddəyə 30-dan artıq əlavə və dəyişikliklər olundu. 2016-cı ildə isə referendumla Konstitusiyanın 29 maddəsinə 41 dəyişiklik edildi. Konstitusiyanın müddəalarına görə, azərbaycanlılarla birgə ermənilərin də Qarabağda yaşaması və Azərbaycan vətəndaşı kimi konstitusyon hüquqdan istifadə etməsi təmin olunacaq.
Bu gün 28 yaşlı Azərbaycan Konstitusiyası insanların dilindən, dinindən və irqindən asılı olmayaraq hər kəsə eyni hüquq azadlığı verir.
Xəbər lenti
Hamısına baxSosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16

