Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
02.10.2026 [14:10]
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ilk dəfə təşkil olunan “Birgə film istehsalına dəstək müsabiqəsi”nin 2026-cı ilin III rübünü əhatə edən mərhələsi başa çatıb.
ARKA-dan AZƏRTAC-a bildirilib ki, Bədii Keyfiyyətə Nəzarət Komissiyası 5 şirkət tərəfindən təqdim edilən layihələri qiymətləndirərək onların maliyyələşdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən, “Nasreddin Production” MMC-nin “Parallax” (Azərbaycan, Estoniya, Finlandiya, Latviya, Litva), “Eloğlu Şirkətlər Qrupu”nun “Kapitan” (Azərbaycan, Türkiyə, Özbəkistan), “Adrenalin Brothers”ın “Saxta sevgili” (Azərbaycan, Banqladeş, Qazaxıstan) və “Navis”in “Aloha Prestij” (Azərbaycan, Türkiyə, Bolqarıstan) filmlərinin hər birinə 200 min manat, “Meh-Film” MMC-nin “Yalanın məharəti” (Azərbaycan, Türkiyə) filminə isə 300 min manat ayrılıb.
Paralel olaraq, Kino Agentliyi oktyabrın 1-dən etibarən IV rüb üzrə müraciətlərin qəbuluna başlayıb. Müraciətlər ARKA-nın rəsmi internet səhifəsi və ya “MyCulture” vahid şəxsi kabineti vasitəsilə həyata keçirilir.
Yeni mərhələdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Gürcüstan prioritet ölkələr sırasındadır. Bu dövlətlərlə ortaq tarixi hadisələr, ictimai xadimlər, uşaq filmləri, adət-ənənələr və milli-mənəvi dəyərlərin təbliğinə xidmət edən layihələrə üstünlük veriləcək.
Xatırladaq ki, müsabiqənin əsas məqsədi xarici kino şirkətləri ilə əməkdaşlığı genişləndirmək, birgə film istehsalını stimullaşdırmaq və yerli müstəqil prodüser mərkəzlərinin rəqabət qabiliyyətini artırmaqdır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26

