Möcüzələr adası: “Neft daşları”
07.11.2023 [11:00]
Yeganə BAYRAMOVA
Dərin mənəvi, mədəni, elmi-iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yerlərdən birini tutur. Əsrlər boyu məmləkətimizdə, xüsusilə də Abşeronda yerdən karbohidrogen resursları çıxardılıb. Respublikamız neft və qazla zəngin olması səbəbindən bütün dünyada məhz “odlar yurdu” kimi tanınır.
“Dünyanın səkkizinci möcüzəsi...”
Bu gün xalqımız Azərbaycan neft-qaz sənayesi tarixinə əbədi həkk olunmuş əlamətdar günlərdən birini - “Neft daşları” yatağında ilk neftin çıxarılmasının 74-cü ildönümünü qeyd edir. Xəzər dənizində polad dirəklər üzərində belə bir əfsanəvi şəhərin yaradılması Azərbaycan neftçilərinin qəhrəmanlıq salnaməsində parlaq səhifədir. 1949-cu ilin noyabrın 7-si unikallığına, insan cəsarətinin və mətinliyinin misilsizliyinə görə “Möcüzələr adası”, “Dünyanın səkkizinci möcüzəsi” adlandırılan “Neft Daşları”nın fəaliyyətə başladığı gündür. Həmin vaxt xarici mətbuat bu barədə geniş məlumatlar dərc edərək Azərbaycanın alim və mütəxəssislərinin yaratdığı möcüzəyə heyrətini ifadə etmişdi. “Neft Daşları” Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəlcə bura “Qara Daşlar” adlandırılırdı. Neft hasil olunduqdan sonra isə bura “Neft Daşları” adlandırılıb.
“Neft daşları” Ginnesin rekordlar kitabına ən birinci dəniz neft platforması kimi düşüb. Əfsanəvi “Neft daşları”nın kəşfi neftçi-geoloq Ağaqurban Əliyevin adı ilə bağlıdır. Ərazidə ilk kəşfiyyat buruğunun yerini məşhur neftçi Yusif Səfərov müəyyənləşdirib, ilk kəşfiyyat quyusunu isə Mixail Kaveroçkinin briqadası qazıb.
“Yeddi gəmi adası...”
1948-ci il noyabrın 14-də yağışlı, tufanlı bir gündə “Qara daşlar”a “Pobeda” gəmisində 23 nəfərdən ibarət qrup gəlir. Onlar ilk qazma qurğusunu və briqada üçün kiçik evcik tikirlər. Xərclərə qənaət məqsədilə 7 istifadəsiz iri gəmi gətirilərək “Qara daşlar”ın yanında basdırılır. Gəmilər neftçiləri dalğalardan qoruyur, onlar üçün ev, anbar, idarə, istirahət yeri olur. Bu səbəbdən də həmin illərdə “yeddi gəmi adası” ifadəsi işlədilir.
1949-cu il iyunun 24-də “Neft Daşları” rayonunda birinci kəşfiyyat quyusunun qazılmasına başlandı. Quyu istismar müddəti keçmiş “Çvanov” gəmisinin qrunta batırılması yolu ilə yaradılmış süni buxtadan 942 metr dərinliyə, Qala Lay Dəstəsinə qazıldı. Noyabr ayının 7-də quyu gündəlik 100 ton debitlə neft fontanı vurub. Bununla da dünya nefti tarixində açıq dənizdə neft çıxarmanın əsası qoyulub, “Qara Daşlar” “Neft Daşları”na çevrilib.
Bundan sonra, “Neft Daşları”nda kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında neftçi Qurbanın və Mixail Kaveroçkinin briqadaları tərəfindən qazılan quyular neft verdi. 1951-ci il fevralın 18-də neftlə dolu ilk tanker “Neft Daşları”ndan yola salındı.
Neft tariximizin qızıl səhifəsi...
14 kvadratmetr sahəsi olan evcikdə, polad dirəklər üzərində quraşdırılan süni adada - özüldə yaşayan və dəniz inşaatçıları tərəfindən quraşdırılmış qazma kəşfiyyat qurğusunda çalışan neftçilərin misilsiz qəhrəmanlığı, mətanəti, siravi fəhlələrin, ustaların, mühəndislərin gecə-gündüz fədakarcasına çalışmaları Xəzərin amansız şıltaqlığını, qüdrətini insan iradəsinə tabe etməyə imkan verdi. Bu gün “Neft Daşları”nın 74 illik yubileyi hamıya böyük bayram ovqatı bəxş edib. “Neft Daşları” yatağının işlənməsi və sənaye istismarı Azərbaycanın neft tarixinin qızıl səhifələridir. Ümummilli Liderin sözləri ilə desək, “ “Neft Daşları” Azərbaycanın çoxmillətli zəhmət adamlarının əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidədir”.
Dövlətimizin ayrılmaz dəyəri...
Prezidenti İlham Əliyevin “Möcüzələr adası” haqqında bu fikirləri isə dəniz neftçilərinin devizinə çevrilib: “Dünya miqyasında dənizdə ilk dəfə olaraq neft çıxarılmasına məhz Azərbaycan neftçiləri tərəfindən başlanılıb. Bu gün “Neft Daşları” yaşayır. “Neft Daşları”nda aparılan quruculuq-abadlıq işləri məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti yaxşılaşır, həm də “Neft Daşları” abadlaşır, gözəlləşir. Eyni zamanda, “Neft Daşları”nda Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır. “Neft Daşları” həmişə Azərbaycan xalqının qəlbində yaşayacaqdır. “Neft Daşları” Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox gözəl inkişaf nümunəsidir”.
Filmlər çəkildi, əsərlər həsr olundu...
“Neft Daşları” haqqında “Möcüzələr adası”, “Qara daşlar”, “Xəzər neftçiləri haqqında povest”, “Dəniz fatehləri”, “Dənizdə möcüzə”, “İki Xəzər”, “Polad dirəklər üzərində şəhər”, “Neft Daşları - su üzərində şəhər” və digər filmlər çəkilib. Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə “Neft Daşları”na əsərlər həsr ediblər. Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tahir Salahov bu möcüzələr adasını tablolarda əks etdiriblər.
Ceyms Bondun sərgüzəştləri silsiləsindən “Dünya kifayət deyil” filminin bəzi kadrları “Neft Daşları”nda lentə alınıb. “Neft Daşları”nda bu gün yaşayış binaları, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Polad estakadalar üstündə ağaclar əkilib, park salınıb. Qəsəbəni dəniz sağlamlıq kurortu və turizm mərkəzi kimi parlaq gələcək gözləyir.
Əslində, “Neft Daşları”nın 74 illik yubileyinin qeyd edilməsi təkcə Azərbaycan neftçiləri səviyyəsində deyil, bütün dünyada dəniz neftçiləri tərəfindən qeyd olunmağa layiqdir. Çünki məhz 1949-cu ildə sahildən 100 km məsafədə açıq dənizdə 100 tondan artıq gündəlik debitlə neft fəvvarəsi vurması tarixdə görünməmiş hadisə, dünya neftçıxarmasında bir möcüzə, yenilik idi. “Neft Daşları” yatağının kəşfi şöhrəti dünyanı dolaşan Azərbaycan neftçilərinin adını, şərəfini daha da yüksəklərə qaldırdı...
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55

