Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Buxarestdən vacib mesajlar verildi

Buxarestdən vacib mesajlar verildi

07.11.2023 [10:19]

Azərbaycan XİN rəhbəri bu ölkədə rəsmi səfərdədir

N.BAYRAMLI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 6-da Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov və Luminitsa Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan-Rumıniya əlaqələri inkişaf edir

 Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib. Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə, “yaşıl enerji” sahəsindəki tərəfdaşlığın əlaqələrimizin inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.

Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Ceyhun Bayramov antiterror tədbirləri haqda həmkarına məlumat verib

Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib. Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.

 Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər. Rumıniyanın XİN başçısı Luminitsa Odobesku bildirib ki,  Azərbaycan Rumıniyanın və Aİ-nin vacib tərəfdaşı olaraq qalır: “Bu, yalnız Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı deyil, bu, həmçinin Azərbaycanın geostrateji mövqeyi - Avropanı Asiyaya bağlayan nəqliyyat dəhlizi imkanına malik olması ilə əlaqədardır. Azərbaycan Rumıniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır”.

“Ermənistan bu şansı itirməməlidir”

“Biz ölkələrimiz arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafı barədə fikir mübadiləsi apardıq. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində Azərbaycan və Rumıniya arasında münasibətlər inkişaf edib, qarşılıqlı yüksək səviyyəli səfərlər baş tutub”. Bu fikirləri isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, hər iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir və yaxın dövlətlərarası münasibətlər var: “Rumıniya davamlı şəkildə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini ifadə edib. Fürsətdən istifadə edərək mən bir daha Rumıniya hökumətinin Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə təşəkkürümü ifadə edirəm. Biz, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq və belə platformalarda bir-birimizin namizədliyini və təşəbbüslərini dəstəkləməyin vacibliyi barədə razılaşdıq”.

Ceyhun Bayramov onu da qeyd edib ki, Azərbaycan torpaqlarının 30 ildən sonra işğalının başa çatması və bu torpaqlarda suverenliyimiz bərpası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yeni perspektivlər açır: “Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək, bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək. Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək”.

Rumıniyanın Baş naziri ilə görüşdə...

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın XİN başçısı Rumıniyanın Baş naziri Marçel Çolaku ilə də görüşüb. Görüşdə  ikitərəfli və regional gündəmdə duran məsələlər müzakirə edilib və Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəlinib.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31