Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

02.10.2026 [22:04]

Cari ilin 6 ayı ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 527 maarifləndirmə tədbiri keçirilib və həmin tədbirlərə 23 mindən artıq şəxs cəlb olunub. Eyni zamanda, nazirliyin internet portalında 37, sosial media platformalarında isə 185 maarifləndirici material yayımlanıb. Sözügedən materialların sosial media platformalarında ümumi əhatəsi orta hesabla 13,6 milyon baxış təşkil edib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq FHN-in mətbuatla iş sektorundan məlumat verilib.

Bildirilib ki, FHN tərəfindən əhalinin fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi davamlı və sistemli şəkildə həyata keçirilir. Nazirliyin müvafiq qurumları və regional mərkəzləri tərəfindən keçirilən silsilə maarifləndirmə tədbirləri təhsil müəssisələri, o cümlədən həssas əhali qrupları cəlb olunmaqla təşkil olunur.

Maarifləndirmə fəaliyyətində ənənəvi media kanalları ilə yanaşı, rəqəmsal kommunikasiya imkanlarından da geniş istifadə edilir. Mütəxəssis çıxışları təşkil olunur, mütəmadi olaraq əhaliyə müraciətlər yayılır. FHN-in sosial media platformalarında müxtəlif risklər, təhlükəsizlik qaydaları və fövqəladə hallar zamanı düzgün davranışla bağlı vizual və informativ kontentlər paylaşılır. Bu yanaşma məlumatın daha geniş auditoriyaya, xüsusilə də gənclərə və rəqəmsal platformaların aktiv istifadəçilərinə operativ şəkildə çatdırılmasına imkan verir.

Maarifləndirmə fəaliyyətində risklərin kommunikasiya strategiyasının regionların xüsusiyyətlərinə və hədəf auditoriyaların ehtiyaclarına uyğun qurulmasına xüsusi diqqət yetirilir. Ayrı-ayrı regionlar üçün xarakterik təhlükələrin, mövsümi risklərin, eləcə də müxtəlif yaş və sosial qrupların xüsusiyyətlərinin nəzərə alınması kommunikasiya mesajlarının daha məqsədyönlü və ünvanlı hazırlanmasına imkan verir.

Bu baxımdan preventiv kommunikasiya yanaşması çərçivəsində mövsümi və situativ risklərə uyğun xüsusi informativ kampaniyalar həyata keçirilir. Məsələn, yay mövsümündə çimərliklərdə təhlükəsizlik qaydaları və meşə yanğınlarının qarşısının alınması, payız-qış dövründə məişətdə qaz və elektrik avadanlıqlarından təhlükəsiz istifadə, tədris ilinin başlanması ilə əlaqədar məktəblərdə yanğın və zəlzələ zamanı davranış qaydaları, habelə təxliyə ilə bağlı maarifləndirmənin intensivləşdirilməsi bu yanaşmanın praktik nümunələridir.

“Beləliklə, Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi maarifləndirmə fəaliyyəti yalnız fövqəladə hallara hazırlıq və düzgün davranış qaydalarının təbliği deyil, eyni zamanda, risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir. Bu fəaliyyət fövqəladə halların qarşısının alınması, mümkün nəticələrin minimuma endirilməsi və cəmiyyətdə təhlükəsizlik mədəniyyətinin gücləndirilməsində əsas istiqamətdir”, - deyə məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 28 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31