Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV

05.10.2026 [10:49]

1997-ci ilin noyabrında ilk quyudan əldə olunmuş hasilatdan başlayaraq bu il iyulun 1-dək “Əsrin müqaviləsi” çərçivəsində 4,6 milyard bareldən artıq neft hasil edilib.

Bunu AZƏRTAC-a müsahibəsi zamanı bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

O qeyd edib ki, bu illər ərzində təxminən 63 milyard kubmetr “Azəri-Çıraq-Günəşli” (AÇG) səmt qazı dövlətə təhvil verilib.

“Bu layihənin əhəmiyyətli xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, neftlə bərabər çıxan səmt qazı kommersiya qazı kimi nəzərdən keçirilmədi və müqavilədə tam olaraq Azərbaycan dövlətinə təhvil verilməsi şərti var. Bunun nəticəsində 63 milyard kubmetr qaz Azərbaycan dövlətinə təhvil verilib. Müqayisə etsək görərik ki, ayrıca bir layihə həcmində əldə olunan qaz ehtiyatları qədərdir”, - deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti qeyd edib.

B.Aslanbəyli əlavə edib ki, bu il iyulun 1-nə "Əsrin Müqaviləsi" üzrə AÇG-də 150 hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu fəaliyyət göstərir: “Bütövlükdə bu layihə üzrə indiyədək təxminən 47 milyard dollar əsaslı investisiyalar qoyulub. Layihə ilkin dövrlərdə olduğu qədər investisiya yönümlü olmasa da, qoyulmuş investisiyalar artıq öz bəhrəsini verir və layihə uğurlu şəkildə davam etdirilir”.

Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Siyasət

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31