Qərb ölkələrinin ikiüzlü siyasət yeritdiyini faktlarla dilə gətirmək lazımdır…
05.11.2023 [19:43]
Elbəyi Həsənli Sürixdən yazır
“Almaniya nefti Azərbaycandan alır” - Federal hökumət Ermənistanın tərəfində deyil
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıdakı mətbuat konfransında Almaniyanın xarici işlər naziri Annalena Berboka iradları, özü də konkret faktlara əsaslanan iradları, ürəyimcə oldu. Təəssüf ki, Azərbaycanda hələ də elə düşünənlər var ki, Qərb diplomatları nə deyirlərsə, düz deyirlər. Belələrində natamamlıq kompleksi var. Nədənsə belə hesab edirlər ki, ingilis, fransız və ya almanın bir sözünü iki eləmək olmaz. Bu yanaşma bizim müxalifətdə xüsusi ilə qabarıq nəzərə çarpır. Tam yanlış təsəvvürdür.
Cənab Ceyhun Bayramovun alman həmkarına iradlarına diqqət edək:
1) Xanım nazir İrəvanda Qarabağı tərk etmiş ermənilər ilə görüşüb. Azərbaycanda isə sayı Qarabağdan köçən ermənilərdən 10 dəfə çox olan məcburi köçkünlərlə görüşməyi özünə rəva bilməyib.
2) Xanım nazir Azərbaycanın yer adlarını erməni variantında deyib. Təbii ki, bu, beynəlxalq qanunlara ziddir, həm də erməni separatizminə dolayısı ilə dəstəkdir.
3) Almaniyalı nazir deyir ki, İsrailin öz təhlükəsizliyini təmin etmək haqqı var, ancaq Qarabağ məsələsi başqadır. Yəni Azərbaycanın erməni separatçılarını tərk-silah etmək üçün keçirdiyi anti-terror əməliyyatına haqqı yox idi.
Gördüyünüz kimi, fundamental məsələlərdə almaniyalı nazir öz həddini aşıb. Hətta yalan danışıb. Məsələn, azərbaycanlı köçkünlərlə görüşmədiyi halda belə bir görüşün olduğunu bildirib.
Mətbuat konfransında mütləq soruşmaq lazım idi ki, Qərb, o cümlədən Almaniya Rusiyanın müdafiə etdiyi separatçılardan qorumaq üçün Ukraynaya hər cür dəstək verir. Almaniya hansı məntiqlə Ukraynada separatizmə qarşı koalisiyada yer alır, Azərbaycanda isə erməni separatizminə dəstək verir...
Ümumiyyətlə, Qərb ölkələrinin ikiüzlü siyasət yeritdiyini hər fürsətdə konkret faktlarla dilə gətirmək lazımdır. Bunlar elə zənn edirlər ki, gəlib Azərbaycana qarşı belə tərbiyəsiz davranış sərgiləyəcəklər, biz də eqoist tövr ilə danışanlara gözün üstə qaşın var deməyəcəyik. Deyəcəyik, özü də son dərəcə sərt şəkildə. Qərb 30 il ərzində ermənilərə dəstək verib. Azərbaycanın işğal olunmuş torpaqlarının ermənilərə qalması üçün danışıqların vaxtını məqsədli şəkildə uzadıb. O vaxt da erməni separatizmi ilə müttəfiq olublar, indi də ermənilərə dəstək vermək üçün min oyundan çıxırlar.
Bəs xanım nazirin Azərbaycana səfəri haqqında, burada üzləşdiyi qalmaqal barədə Almaniya mətbuatı nə yazır? Məsələn, Ceyhun Bayramovun Almaniyanın xarici işlər naziri Annalena Berboka iradlarından biri xanım nazirin Azərbaycanın yer adlarını erməni variantında səsləndirməsi ilə bağlı olub.
Bəs bu məsələ ilə bağlı Almaniya mətbuatı nə yazır? “Tagesspiegel.de” saytında gedən “Baerbock in Armenien und Aserbaidschan: Gibt es eine Chance auf Frieden?” (Berbok Ermənistan və Azərbaycanda: Sülh şansı varmı?) adlı məqalədə bu məsələyə baxış belədir: “Sülh şansı varmı? Azərbaycanın paytaxtı Bakıda keçirilən mətbuat konfransı bunun nə qədər çətin ola biləcəyinin göstəricisidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Berboka xəbərdarlıq edib ki, Dağlıq Qarabağdakı şəhərlərin adını deyərkən yerli erməni ləhcəsindən yox, bizim adlarından istifadə etsin. Berbok bununla razılaşmayıb. O, rəsmi yer adlarını qeyd etdiyini bildirib. "Ancaq orada doğulmuş insanlardan sitat gətirdiyim üçün hər iki yer adını onların daha yaxşı anlayacağı dilində açıqladım". O, hər yerdə belə edir. Əlbəttə, bu, dostluq mübadiləsi kimi səslənmir".
Adıçəkilən məqalədə o da vurğulanır ki, Rusiya-Ukrayna müharibəsinə görə Almaniya Moskvadan enerji ala bilmir. Ona görə də Almaniyanın Azərbaycana ehtiyacı var: “Berbok həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında bu ölkəni Almaniyanın “dəyərlər (Qərb dəyərləri, demokratiya..) üzrə tərəfdaşı” kimi təqdim etsə də, federal hökumət münaqişədə Ermənistanın tərəfində deyil. Mövqeyi müəyyən etmək federal hökumət üçün çətindir, çünki o, nefti Azərbaycanda hökumətdən alır. Ukraynaya hücumdan sonra Rusiya artıq enerji təchizatçısı olmadığı üçün federal hökumətin yeni tərəfdaşlara ehtiyacı var. Berbok Almaniyanın “Ermənistan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü” müdafiə etdiyini bildirib”...
Bir özünüz düşünün. Almaniyanın Azərbaycana bu qədər ehtiyacı var. Ancaq yenə də ermənilərə qahmar çıxmağa çalışırlar. İndi görün Azərbaycanın neft və qazı olmasaydı Almaniya özünü necə aparardı...
https://www.tagesspiegel.de/politik/baerbock-in-armenien-und-aserbaidschan-gibt-es-eine-chance-auf-frieden-10730221.html
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

