Növbəti uğur
02.11.2023 [10:40]
İcmanın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubu qurumun ali orqanlarının rəsmi sənədləri kimi yayılıb
Nardar BAYRAMLI
Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması 2023-cü il avqustun 10-da BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktub göndərərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması və onların evlərinə qayıtmasına əngəl törətməsi nəticəsində insan hüquqlarının kütləvi şəkildə pozulması barədə müfəssəl hüquqi qiymətləndirmə təqdim etmişdi. Bu günlərdə həmin müraciət BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının gündəliyinin soyqırımının, etnik təmizləmənin, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması, irqçiliyin və ksenofobiyanın aradan qaldırılmasına dair bəndləri altında həmin ali orqanların rəsmi sənədləri kimi yayılıb. Bu barədə İcmadan məlumat verilib.
İcma xatırladıb ki, sənəddə BMT-nin insan hüquqları üzrə qurumları sözügedən insan hüquqları pozuntuları ilə bağlı qərəzsiz və hərtərəfli araşdırma aparmağa, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərməyə, etnik təmizləməni, mədəni-tarixi irsin məhv edilməsini həyata keçirənlərin, zorakılıq edənlərin və qovulmuş azərbaycanlıların geri qayıtmasına maneə yaradanları məsuliyyətə cəlb olunması istiqamətində səylər göstərməyə çağırılır. Qeyd edilib ki, müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması BMT orqanlarının Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi ilə sistemli şəkildə məşğul olmaları üçün əsasları daha da gücləndirib.
İcma Qayıdış Konsepsiyasına uyğun olaraq, sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıdış hüququnun təmin edilməsi məqsədilə beynəlxalq səylərini davam etdirəcək. Yeri gəlmişkən, indiyədək Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir. Qərbi azərbaycanlıların qayıdışı məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanı çox ciddi şəkildə narahat edir. Əgər belə olmasaydı, bu ölkənin rəsmilərində, həm də erməni cəmiyyətinin müxtəlif nümayəndələrində bu mövzu təşviş yaratmazdı. Amma onların nə deməsindən asılı olmayaraq qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı mütləq gerçəkləşməlidir. Ermənistanın Qərbi Azərbaycan İcmasından qorxmasının əsas səbəbi də budur.
Digər bir məqam ondan ibarətdir ki, Ermənistan hökuməti Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb və ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı və ondan sonrakı dövrdə baş verib. Ermənistandakı Azərbaycanın mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin monoetnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olub və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.
Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistan hakimiyyət orqanları məhəlləni tamamilə sökmək üzrədir.
Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni irsdən bəhrələnmək qovulmuş insanların ləyaqətlə qayıtması yanaşmasının əsas elementlərindəndir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir. Bu baxımdan, Ermənistan Qərbi azərbaycanlıların qayıdışından əvvəl, qayıdış dövründə və sonra bu hüquqları təmin etmək üçün öhdəlik daşıyır. Bütün bunları nəzərə alaraq, mədəni irsimizin bərpası və qorunmasında müvafiq beynəlxalq təşkilatlar öz dəstəyini verməlidir.
Xəbər lenti
Hamısına baxAnalitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45

