“Qədim İrəvan: Hər daşı bir abidə” sənədli filmi təqdim olunub
26.10.2023 [19:42]
Oktyabrın 26-da Azərbaycanın tarixi və əzəli şəhəri İrəvan haqqında çəkilən “Qədim İrəvan: Hər daşı bir abidə” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gələn filmin layihə rəhbəri “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımovdur.
AZƏRTAC xəbər verir ki, filmin təqdimatından əvvəl Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən layihə rəhbəri və əslən İrəvanın Təpəbaşı məhəlləsindən olan Telman Qasımov qeyd edib ki, sənədli ekran əsərinin çəkilişində əsas məqsəd qədim İrəvanın əzəli Azərbaycan şəhəri olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. O deyib: “Azərbaycan, rus və ingilis dillərində çəkilən sənədli film tarixi faktlar əsasında hazırlanıb, İrəvan şəhərinin azərbaycanlı və erməni sakinləri danışdırılıb. Burada mövzu, əsasən İrəvanın əsas məhəllələrindən olan Təpəbaşı haqqındadır. Vaxtilə burada yaşayanların övladları İrəvanın tarixi abidələri, qədim küçələri, məhəllələri və qəbiristanlıqları barədə öz xatirələrini bölüşüblər. Düşünürəm ki, sənədli film təkzibolunmaz faktları ilə beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizədə bizə kömək edəcək”.
Ermənistanın İrəvandakı azərbaycanlılara məxsus tarixi abidələri, qəbiristanlıqları məqsədyönlü şəkildə dağıtdığını diqqətə çatdıran QHT sədrinin sözlərinə görə, faktlar barəsində Hüseynəli xan Qacarın nəslindən olan şahidlər filmdə məlumat veriblər. Özünün də Qərbi azərbaycanlı olduğunu, Təpəbaşı məhəlləsində dünyaya göz açdığını bildirən Telman Qasımov vurğulayıb: “Vaxt gələcək, Şuşaya, Xankəndiyə, Xocalıya qayıtdığımız kimi İrəvana da gedəcəyik”.
İrəvanla bağlı sənədli filmin Ulu Öndərin 100 illik yubileyi ilində ərsəyə gəlməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdıran “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib: “Heydər Əliyev hər bir azərbaycanlının, hər bir irəvanlının ürəyindədir”.
Sənədli filmdən təsirləndiyini dilə gətirən Z.Quliyeva tarixi faktların və şahidlərin danışdıqlarının önəmini qeyd edib. O, filmin İrəvanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
QHT sədri, həmçinin deyib: “Ulu Öndər hər zaman tarixi bilməyimizin çox vacib olduğunu vurğulayırdı. Hər birimiz tariximizi, kökümüzü yaxşı bilməli və gənc nəslə aşılamalıyıq”.
Z.Quliyeva QHT-lərin dövlətlə birgə əməkdaşlığının xüsusi əhəmiyyətini vurğulayaraq, Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qərbi Azərbaycan İcmasının yeni binasının açılışını etməsinin və qədim torpaqdan olan insanları bir araya yığmasının təsadüfi olmadığını diqqətə çatdırıb. “Biz Qərbi Azərbaycana qovuşacağımız günə addım-addım yaxınlaşırıq”, - deyə QHT sədri vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlərin xüsusi önəm daşıdığını qeyd edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ulu Öndərin və xalqımızın Qərbi Azərbaycanla bağlı arzularının artıq reallığa çevrildiyini qeyd edib. "Qədim İrəvan: Hər daşı bir abidə” adlı sənədli filminin ərsəyə gəlməsinin əhəmiyyətini qeyd edən A.Əliyeva bildirib: “Agentliyimiz tərəfindən Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı elan etdiyimiz qrant müsabiqəyə 150-yə yaxın iş təqdim olunub. Maraqlıdır ki, müsabiqənin qalibi olan 24 layihə rəhbərinin əksəriyyəti irəvanlıdır. Çünki onlar bu torpağa bizdən daha çox bağlıdırlar. Film yüksək səviyyədə və tarixi faktlar əsasında çəkilib", - deyə Agentlik rəsmisi bildirib.
“Zirvə” İslahatlara Dəstək İctimai Birliyinin sədri Elçin Axundzadə tarixi faktlar və dəlillər əsasında çəkilən “Qədim İrəvan: Hər daşı bir abidə” adlı sənədli filmin ərsəyə gəlməsini zamanın tələbi kimi qiymətləndirib. O, tarixin unudulmaması üçün belə filmlərə ehtiyac olduğunu bildirib. “Otuz ilə yaxın davam edən işğala Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi ilə son qoyuldu, ərazi bütövlüyümüz tam təmin olundu. Biz xoşbəxt xalqıq ki, bu Zəfəri yaşadıq. Dövlətimizin gücü və iradəsi ilə Qərbi Azərbaycana da qayıdacağıq”, - deyə Elçin Axundzadə vurğulayıb.
Sonra çıxış edən Milli Məclisin deputatları Cavanşir Feyziyev, Sahib Alıyev, Vüqar İskəndərov və başqaları Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsindən, yaranan yeni reallıqlardan və qarşıya qoyulan hədəflərdən danışıblar. Bildirilib ki, müdrik və uzaqgörən siyasətçi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük zəfərlərə imza atacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54

