İstanbul konfransında...
26.10.2023 [11:10]
Qərbi Azərbaycan gerçəkliyi
Əziz Ələkbərov: Bu deportasiyaya ilk tarixi qiymət ulu öndər Heydər Əliyevin Fərmanı ilə verilib
Y.SAHİB
Ötən il Qərbi Azərbaycan İcmasının (QAİ) yaranması ilə Azərbaycan siyasətinin yeni xətti meydana gəldi. Ölkə başçısının QAİ-nin qarşısına konkret vəzifələr qoyması həm daxili, həm də xarici siyasətimizdə əsas hədəflərdən, prioritet məsələlərdən birinə çevrildi. Məlumdur ki, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm ölkə daxilində, həm də beynəlxalq miqyasda xeyli işlər görülüb.
Yeri gəlmişkən, oktyabrın 24-də İstanbulda “Qərbi Azərbaycan gerçəkliyi: tarixi həqiqətlər” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun və Altınbaş Universitetinin birgə təşkilatçılığı, QAİ-nin dəstəyi ilə baş tutub. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin Dövlət himnləri səsləndirilib.
Konfransın açılış mərasimində Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və QAİ-nin sədri, deputat Əziz Ələkbərov çıxış ediblər. Natiqlər Azərbaycanın və Türkiyənin ulu öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ölkələrimiz arasındakı əsrlərə dayanan münasibətlərin inkişafına əvəzsiz töhfələrindən danışıblar. Həmçinin Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi, bu ilin sentyabrında 24 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımızın tamamilə azad edilməsi, dövlət başçımızın Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltmasının tarixi əhəmiyyəti barədə danışıblar. Çıxışlarda Türkiyə-Azərbaycan qardaşlığının bütün platformalarda özünü göstərdiyi kimi, bundan sonra daha da yüksələrək uğurla davam edəcəyi vurğulanıb.
Konfrans panel iclasla davam edib. Çıxışlarda bildirilib ki, indiki Ermənistan Respublikasının ərazisi olan Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır. Vaxtilə burada yüz minlərlə Azərbaycan türkü yaşayıb. XIX əsrin əvvəllərində Çar Rusiyasının İrəvan xanlığını işğal etməsindən sonra bölgədə demoqrafik vəziyyətin məqsədyönlü şəkildə dəyişdirilməsinə başlanıb. Çar Rusiyasının həyata keçirdiyi demoqrafik siyasət nəticəsində İrəvan xanlığının ərazisinə və Qarabağa müxtəlif coğrafiyalardan ermənilər kütləvi şəkildə məskunlaşdırıldı.
1 məscidimiz qalıb...
Qeyd edilib ki, 1828-ci il Türkmənçay müqaviləsindən sonra çar rejimi ermənilərin Cənubi Qafqaza köçünü təşkil etmək üçün komissiya yaratmış, Aleksandr Qriboyedov və milliyyətcə erməni olan polkovnik Lazarev həmin komissiyada xüsusilə fəal olublar. Bildirilib ki, XIX əsrdə 12 məscidin olduğu İrəvanda bu günümüzə qədər bir məscid gəlib çatıb. Ermənilər İrəvandakı yeganə məscid olan Göy məscidin iranlılara məxsus olduğunu iddia edirlər. Lakin Göy məscidin XVIII əsrdə İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirildiyi məlumdur.
Ermənistan monoetnik dövlətə çevrildi
Natiqlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinə də toxunublar. Qeyd olunub ki, Sovet İttifaqı dövründə Ermənistanda azərbaycanlıların mədəni izlərinin məhv edilməsi ilə kifayətlənilmədi, yüz minlərlə azərbaycanlı bu torpaqlardan deportasiya olundu. 1948-1953-cü illərdə Ermənistandan 144 min 600, 1988-1991-ci illərdə isə 300 minə yaxın azərbaycanlı deportasiya edilib. Beləliklə, Azərbaycan türklərinin son qrupları Qərbi Azərbaycan torpaqlarından köç etmək məcburiyyətində qaldı və Ermənistan tamamilə monoetnik dövlətə çevrildi.
Tədbir çərçivəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə, soyqırımı və vandalizm aktlarını əks etdirən fotolardan ibarət sərgi açılıb.
200 il əvvəl başlanan erməni cinayətləri...
Tədbirdə çıxış edən QAİ-nin sədri Əziz Ələkbərli bildirib ki, ermənilər Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətlər törədiblər. Bu cinayətlər 200 il əvvəl başlayıb: “Lakin, son yüz il ərzində törədilən cinayətlər bütün hüdudları aşıb və bununla bağlı saysız faktlar, sənədlər, sübutlar var. Xüsusilə, 1918-1919-cu illərdə ölkəmizdə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət istintaq materiallarını buna misal gətirmək olar. 1948-1953-cü illər deportasiyasına isə beynəlxalq səviyyədə hələ də hüquqi qiymət verilməyib. Bu deportasiyaya ilk tarixi qiymət ulu öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı ilə verilib. Beləliklə, hüquqi-siyasi qiymət verilməsi zəruri hesab edilib”.
Deportasiya olunanlara bəraət verilməyib...
QAİ-nin Azərbaycanın ictimai-siyasi həyatında üzərinə tarixi bir missiya götürdüyünü deyən deputat bildirib ki, qurum yarandığı gündən indiyədək tarixi Azərbaycan ərazisi olan, indiki Ermənistan adlanan dövlətdən qovulan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olub: “İcma həmin azərbaycanlıların geriyə qayıtmasına dair əzəli hüquqlarını müntəzəm olaraq gündəmdə saxlayıb.
Təəssüf ki, 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan hər kəs və bütün xalqlar Stalinin ölümündən sonra məhkəmə qərarları ilə bəraət alsalar da, 1948-1953-cü illər deportasiyasından zərər çəkənlərə hələ də hüquqi müstəvidə bəraət verilməyib. Deportasiya olunanlar və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmayıb. 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən fərqlənməyib”.
Mənəvi ziyanı məbləğlə əvəz etmək olmaz...
Ə.Ələkbərli bildirib ki, o vaxt indiki Ermənistan adlanan ərazidə, yəni, Qərbi Azərbaycanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıb və 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib: “Bütövlükdə götürsək, 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlılar yaşayıblar. Bu soydaşlarımızın hamısı ermənilərə xas üsul və yollarla son nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovulublar. Deportasiya prosesində soydaşlarımızdan 200 nəfərdən çoxu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən çoxu isə müxtəlif bədən xəsarətləri alıb. Azərbaycanlılar 300-ə yaxın yaşayış məntəqəsindən qovulublar və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5, ictimai təsərrüfatlar üzrə isə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Beynəlxalq qiymətləndirmə standartlarına görə, bu gün həmin ziyanın məbləği 700 milyard dollar həcmindədir. Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu məbləğ bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil”.
İstintaq işi açılıb...
Rəhbərlik etdiyi qurum tərəfindən qısa müddətdə Qərbi Azərbaycandan qovulan əhalinin siyahısının tərtib edildiyini və elektron daşıyıcılara köçürüldüyünü xatırladan Ə.Ələkbərli bildirib ki, Azərbaycan Baş Prokurorluğunda Ermənistandan qovularkən ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilən cinayət faktları barədə istintaq işi açılıb: “Bu həqiqətlərin tanıdılması və gündəmə gətirilməsi, Qərbi Azərbaycandan deportasiyaya məruz qalan əhalinin hüquqlarının, mədəni irsinin qorunması, onların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüquqlarının bərpa olunması istiqamətində icmanın gördüyü işlər əsasən iki xətt üzrə aparılır. Bunlardan biri ölkə daxilində Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun, bir sözlə, xalqımızın öz doğma torpaqlarında yaratdığı, bu gün də yaşatdığı zəngin irsin öyrənilməsi və təbliğindən ibarətdir. Digər və ən önəmli istiqamət isə ölkəmizin hüdudlarından kənarda, eləcə də beynəlxalq təşkilatlarla görülən işlərdir. Artıq hər iki istiqamət üzrə xeyli iş görülüb və uğurla görülməyə davam edir”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

