Putin İlham Əliyevin "Tiflis formatı" təşəbbüsünə reaksiya verdi ...
14.10.2023 [16:25]
Regional geosiyasətdə 2 nəhəng dəyişiklik....
“Hesab etmək olar ki, bir neçə gün əvvəl Gürcüstanın baş naziri Qaribaşvili ilə görüşdən sonra Prezident İlham Əliyevin Tiflisdə Ermənistanla üçtərəfli, ya ikitərəfli görüşün mümkünlüyü barədə bəyanatına Moskvadan rəsmi reaksiya artıq var. Belə ki, Rusiya prezidenti Putin Bişkekdə MDB dövlət başçılarının görüşündən sonra bildirib ki, Rusiya Moskvada Azərbaycan və Ermənistan normallaşması üçün istənilən formatda müzakirələri və sülh sazişinin imzalanması üçün görüşləri təşkil edə bilər…”
Bu barədə “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün facebook səhifəsində yazıb. Paylaşımı təqdim edirik:
“Hər şey aydın və konkret deyilib. Təzə bir şey yoxdur. Zatən Rusiya Azərbaycan və Ermənistan normallaşmasının ikitərəfli, ya üçtərəfli formatda yalnız Moskvanın patronajlığı altında keçirilməsini illərdi təşfiq edir, bunu çəkinmədən açıq şəkildə bəyan edir. Təkcə bunu xatırladım ki, bu il iyulun 16- da Brüsseldə XİN başçılarının görüşündən dərhal sonra Rusiya XİN göstərilən məzmunda bəyanat yaydı :" Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması 10 noyabr 2020- ci il bəyanatının imzalanma şərtlərini köklü dəyişib. Dağlıq Qarabağın təhlükəsizliyini daha üçüncü tərəflərin üstünə atmaq lazım deyil. Rusiya Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini əks etdirən ayrıca maddənin olduğu sülh sazişinin hazırlanması üçün Moskvada ikitərəfli görüşü təşkil edə bilər". Rusiyanın o zamankı bu təklifi əslində onun diplomatik dildə ifadə olunmuş istəyi və tələbi idi...
Putin bu günlərdə Bişkekdə əslində 16 iyul bəyanatının məzmununu yenidın aktuallaşdırıb, sadəcə burada ermənilərin hüquq və təhlükəsizliyi deyilən məsələ məlum səbəblərdən kənara qoyulur .
Putinin təkrar etdiyi Bişkek bəyanatında diqqət çəkən məqam onun Qaribaşvili ilə görüşdə İlham Əliyevin səsləndirdiyi Tiflisdə Ermənistanla üç, ya ikitərəfli görüş təklifindən az sonraya təsadüf etməsidir. Əslində təsadüf deyil, Putinin fakta diplomatik reaksiyasıdır. Görünən budur ki, Rusiya lideri Azərbaycan- Ermənistan normallaşmasının Tiflis formatından məmnun deyil. Daha doğrusu, normallaşmanın ən üstün formatı olaraq Moskvanı görür.Həmişə olduğu kimi....
Mütləq qeyd etmək lazımdır ki, ikitərəfli, ya üçtərəfli Tiflis formatı barədə məlum təşəbbüsü irəli sürərkən İlham Əliyevin buna Moskvanın mümkün reaksiyasını nəzərə almadığını düşünmək sadəlövhlük olardı. İlham Əliyev əla bilirdi ki, hazırda Gürcüstanla münasibətlərin səviyyəsi Rusiyanın Tiflis formatına məqbul yanaşmasına imkan verməz . Buna görə Əliyevin Tiflis formatı barədə təşəbbüsü bir neçə nöqtəyə hədəflənmək baxımından təsadüfi xarakter daşımır.
Əvvala, Azərbaycanın sülhü bütün hədəflərdən yaxın hesab etdiyini nümayiş etdirir.
İkinci, Ermənistanla normallaşma danışıqlarının hansı meydanda aparılmasının önəmli olmadığını ifadə edir, " təki nəticə olsun" prinsipini vacib sayır...
Üçüncü, həm normallaşma danışıqlarının , həm də sazişin imzalanmasının ikitərəfli formatına daha çox üstünlük verdiyini göstərir.
Dərindən diqqət edilsə , Əliyevin təklifinin ardınca Putin də Moskva formatında ikitərəfli danışıqları istisna etmir. Demək, Azərbaycan prezidenti burada da düz yoldadır. Yaxşı bilir ki, Ermənistanın " sağdış- solduşlarının" belə cövlan etdikləri dövrdə sülh sazişində üçüncü ölkələrin də imzası olsun- olmasın müzakirələri başlana bilər ki, bu da sazişin imzalanmasını illərlə yenidən gecikdirə bilər . Digər tərəfdən, Paşinyan Ermənistanda antirusiya ovqatını həm də ona görə qızışdırır ki, saziş imzalananda " erməni xalqının Rusiyaya etimadı tam olmadığı üçün sazişdə vasitəçi və ya qarantyor kimi tək Rusiyanın yox, Fransanın, ABŞ- ın da imzalarının olmasını daha vacib sayır" kimi tələbi ortaya ata bilsin. Bu halda təbii ki, Azərbaycan da qardaş Türkiyənin saziş qarantyorlarından biri kimi qəbul edilməsini tələb edəcək və etməlidir. Bütün bu mülahizələrdən sonra normallaşma prosesinin saziş sonluğuna yetişməsi üçün neçə il lazım olacağını düşünmək gərəkdir. Bax bütün bu " uzundurma" gedişlərdən yaxa qurtarmağın yolu sazişin ikitərəfli qaydada imzalanmasıdır. Buna görə dedim ki, Əliyev bu məsələdə də düzgün taktika üstündədir.
Bişkek görüşündə Putinin Dağlıq Qarabağ münaqişəsindən sonrakı vəziyyəti MDB- də " 1 nömrəli məsələlər" sırasında vurğulaması onun prinsipcə İlham Əliyevlə razılaşmasının ifadəsi kimi başa düşülə bilər. Yəni Moskvada danışıqlardan sonra Azərbaycan- Ermənistan sazişinin ikitərəfli formatda imzalanması Kreml üçün də məqbul ola bilər. Bunun baş verib- verməyəcəyini qətiyyətlə indidən iddia etmək çətindir. Hər şey ola bilər. Ancaq bu baş versə , o demək olacaq ki, İlham Əliyev son üç əsrin regional geosiyasət düzənində iki nəhəng dəyişiklik etdi:
1.Rusiya ilə daha ağıllı , səmimi və praqmatik siyasət aparmaqla Azərbaycan- Rusiya münasibətlərini Rusiya - Ermənistan əməkdaşlığından daha üstün nöqtələrə çıxara bildi.Bir vaxtlar üçün xarakterik olan Rusiya- Ermənistan münasibətlərindəki strateji müttəfiqlik və dini həmrəylik faktoru artıq Azərbaycanın üzərində üstün təsirə malik deyil, bəlkə də artıq təsiri yoxdur . Rusiyanın indi Azərbaycana Ermənistandan daha çox güvəndiyi təkzibolunmaz faktdır.Ermənistana heç güvən yoxdur. Hakimiyyət bir gözünü Qərbə dikib, erməni cəmiyyəti isə ən yaxşı halda " rusafoblar və rusafillərdın" ibarət olmaqla iki hissəyə bölünüb.Erməni cəmiyyətinin Rusiyaya bu münasibəti o halda dəyişə bilər ki, Qarabağı alıb ermənilərə versinlər , bu isə absurddur...
2.Regional dövlətlərarası münasibətləri geosiyasi mərkəzlərin təsirindən çıxararaq sırf ikitərəfli münasibətlərə çevirmək...Bunu asan vəzifə kimi təsəvvür etmək doğru deyil . Dərindən təhlil aparılsa, İlham Əliyevin " peşində " olduğu bu hədəf Rusiyanın da strateji mənafelərinə çox uyğundur. Çünki Qərbin bölgəmizə nüfuz etməsi imkanlarını xeyli məhdudlaşdırır.
Moskvanın iştirakı ilə üçtərəfli sazişdən daha çox ikitərəfli Azərbaycan- Ermənistan sazişi həm mümkünlük baxımından daha perspektivlidir, həm də təhlükəsizlik baxımından bölgənin maraqlarına cavab verir...”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29

