Cənubi Qafqazda təhlükəsizlik və sülhün təmin olunmasının vaxtı çatıb
12.10.2023 [14:32]
Günel ABBAS
“Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Senatda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi qərəzli və heç bir əsası olmayan ittihamlar bir daha göstərir ki, bu ölkə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tərəfsiz vasitəçi ola bilməz”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Millət vəkili bildirib ki, Fransa Vətən müharibəsindən sonra Cənubi Qafqazla bağlı siyasətində birmənalı şəkildə ermənipərəst mövqe nümayiş etdirib. Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərindən sonra da rəsmi Paris ölkəmizə müxtəlif vasitələrlə təzyiq etməyə çalışıb, lakin bu cəhdlər heç bir nəticə verməyib.
S. Məmmədov qeyd edib ki, Fransanın Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək təşəbbüsləri daha çox gərginlik yaratmağa yönəlib, regional sülhə və təhlükəsizliyə təhdid kimi qəbul edilir: “Fransa bir tərəfdən Ermənistanı silahlandırmağa hazır olduğunu bəyan edir, digər tərəfdən, danışıqlarda vasitəçi olmaq istəyini bildirir. Bir tərəfdən, Azərbaycana qarşı əsassız, heç bir real fakta, ciddi arqumentə əsaslanmayan iddialarla çıxış edir, digər tərəfdən isə bildirir ki, Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə vermək niyyətindədir. Kifayət qədər ziddiyyətli və qeyri-konstruktiv mövqedir. Fransa regionda yaranmış yeni reallıqıları ya düzgün qiymətləndirə bilmir, yaxud da bu reallıqlarla barışmaq istəmir. Hər iki halda nəticə ondan ibarətdir ki, Fransanın bu bölgədəki proseslərə təsir etmək imkanları daha da azalır”.
Deputat vurğulayıb ki, Fransa bir neçə dəfə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənədlərin qəbul edilməsinə yönəlmiş təşəbbüslərlə çıxış edib. Halbuki Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə işğal altında qaldığı dövrdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi üçün heç bir cəhd göstərməyib: “Azərbaycan ərazilərində Vətən müharibəsindən sonra Ermənistan tərəfindən basdırılan minalar 300-dən çox insanın həlak olmasına səbəb olub. Fransa bir dəfə də olsun bu məsələni gündəmə gətirməyib. Laçın yolundan sui-istifadə halları, Azərbaycan ərazilərinə qanunsuz silah və hərbi texnikanın daşınması ilə bağlı heç vaxt etirazını bildirməyib. Cənab Prezident də dünən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən öz çxışında vurğuladı ki, Fransa bir tərəfdən bütün diplomatik normaları pozaraq, təhqirlərlə səciyyələnən bəyanatlar verir, digər tərəfdən vasitəçilik xidmətləri göstərməyə cəhd edir. Bütün bunlar onu göstərir ki, Fransa Azərbaycanla bağlı siyasətində qərəzli mövqedən çıxış edir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün ardıcıl səylər göstərir: “Lakin bizim ölkəmizin mövqeyi bundan ibarətdir ki, istənilən sülh sazişi beynəlxalq hüquqa əsaslanmalıdır. Cənubi Qafqazda təhlükəsizliyin, sülhün və əməkdaşlığın təmin olunmasının vaxtı çatıb. Regiondan uzaqda yerləşən və qərəzli mövqe tutan ölkələrin prosesə müdaxiləsi isə sülh prosesinə töhfə vermir, əksinə əlavə gərginlik yaradır ”.
Xəbər lenti
Hamısına baxSosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17

