Gürcüstanla yeni əlaqələrin yaradılmasına doğru
11.10.2023 [12:22]
Günel ABBAS
“Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması, sülhün, əmin - amanlığın bərqərar edilməsi, əlbəttə ki, Gürcüstanla münasibətlərin inkişafındam çox asılıdır. Bu regionda yerləşən Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı düşmənçilik mövqeyindədir və 30 ildən çox bir müddətdə torpaqlarımızı işğal altında saxladı və Azərbaycana qarşı daim təcavüzkarlıq siyasəti yeritdi”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, 44 günlük müharibə və keçirilən antiterror tədbirləri nəticəsində düşmənin başı əzildi, torpaqlarımızdan qovuldu: “Belə bir halda Gürcüstanla münasibətləri inkişaf etdirmək regionda sülhə və əmin-amanlığa yeni imkanlar yaradır. Azərbaycanla Gürcüstanı tarixi köklər, yaxın dostluq və qonşuluq əlaqələri birləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11-ci dəfədir ki, Gürcüstana səfər edir və bu səfərlər bu dostluğun möhkəmlənməsinə bir zəmanətdir. Azərbaycan və Gürcüstan arasında imzalanan bir çox sənədlər, xüsusilə enerji və nəqliyyat sahələrinin sürətlə inkişafı hər iki dövlətin milli maraqlarına uyğundur. Bu da xalqların xoşbəxt gələcəyinə xidmət edir və dostluq əlaqələri genişlənir. Bunu Prezident öz çıxışında qeyd etdi və bildirdi ki, iki dost dövlətin səyləri gələcəkdə Qafqazda inkişafa təminat verəcək. Ölkə rəhbəri, eləcə də Gürcüstanın baş naziri öz çıxışlarında dəfələrlə qeyd ediblər ki, Gürcüstan - Azərbaycan dostluğunun möhkəmlənməsində ulu öndərimiz Heydər Əliyevin və Gürcüstanın prezidenti Eduard Şevardnadzenin çox böyük xidmətləri olub.
Bu gün Azərbaycan və Gürcüstan rəhbərləri arasında görüşlərin keçirilməsi, səfərlərin edilməsi, həm iqtisadi, həm siyasi, həm də mənəvi baxımdan çox əhəmiyyətlidir. Çünki Gürcüstan bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyindən çıxış edən separatizmi, təcavüzkarlığı lənətləyən bir dövlətdir. Çünki onun özü də separatizmdən əziyyət çəkən bir ölkə kimi daimi olaraq Azərbaycanın Qarabağ məsələsində haqlı olduğunu beynəlxalq tədbirlərdə dilə gətirib və Azərbaycana haqq qazandırıb. Bu gün Gürcüstanda iki böyük limanın istifadəyə verilməsi və onun imkanlarından istifadə olunması yeni əlaqələrin yaradılmasına və gələcək inkişafa xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11

