Redikül müxalifət “erməni müdafiəçisi” rolunda...
07.10.2023 [10:25]
AXCP antimilli “təbliğatı” artırır
Son bir aya yaxın müddətdə yaşadığımız qürurlu günlər Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. 24 saatlıq antiterror tədbirləri, ardından qondarma xuntanın çöküşünü elan etməsi, qondarma rejim rəhbərlərinin bir-bir həbs olunaraq Bakıya gətirilməsi Azərbaycanın regionda yeni siyasi situasiya yaratdığını təsdiqləyir. Nəzərə alsaq ki, bu gün dünyada olduqca həssas bir geostrateji vəziyyət hökm sürür, rəsmi Bakının apardığı fəaliyyətin miqyası ölçüyəgəlməzdir.
Təəsüfləndirici haldır ki, ermənipərəst təbliğatın “tərkib hissəsinə” çevrilmiş redikül müxalifət baş verən uğurlu siyasi nəticələri qiymətləndirmək əvəzinə, düşmən mövqeyindən çıxış edir, hətta bəzi məqamlarda Azərbaycanı günahlandırmağa, ittiham etməyə çalışır. Xüsusilə, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin azsaylı “sosial şəbəkəçi dəstəsi” və “antimilli şura” üzvləri bu məsələdə fəallıq göstərir. Əldə olunan uğurları həzm etməyən bu kimi şəxslər sosial şəbəkələrdə “dəstəbaşçıları” Ə.Kərimlinin ermənipərəst “fikirlərini” müdafiə edir, ermənipərəst təbliğatın ştrixlərinə əsasən paylaşımlar edirlər. Onlar Fransanın Ermənistanı silahlandırmasını “adi hal” kimi qəbul edir, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərini isə “təsadüf” adlandırırlar.
Təbii ki, bu kimi hallar həmin dəstənin ermənilərlə sinxron işlədiklərini ortaya qour. Əli Kərimlinin Qarabağda son baş verənlərin ardından istər sosial şəbəkələrdəki paylaşımlarına, istərsə də internet televiziyalarındakı çıxışlarına nəzər saldıqda bir fakt ortaya çıxır: bu adam təlimatlandırılaraq indiki halda Azərbaycana qarşı maşa kimi istifadə olunur. Buna başqa ad tapmaq da mümkün deyil. Azərbaycan xalqının, siyasi palitranın nümayiş etdirdiyi birliyi görməzdən gələn, bəzi hallarda Ermənistanın geriçəkiləmələrinə və qondarma xuntanın çöküşünə hətta təəssüflənən Əli Kərimlinin mövqeyi anlaşılan deyil. Onun təlimatlandırdığı şəxslər də sosial şəbəkələrdə eyni mövqeyini paylaşır - istər müavinləri, istər yaxın ətrafı Azərbaycanın uğurlarını gözdən salmaq, beynəlxalq müstəvidə qazanılan nailiyyətlərə ləkə yaxmaq cəhdləri aydın şəkildə görünür.
Bu da azmış kimi, Ə.Kərimli yenidən nostalji fikirlərə dalaraq AXC-Müsavat hakimiyyətinin xəyanətkar mövqeyini müdafiə etməyə səy göstərir. Amma bu kimi iddialar sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı şəkildə rədd edilir - həmin günlərin şahidi olan və ya həmin günlər haqda müfəssəl informasiyaya malik insanlar Ə.Kərimlinin də təmsil olunduğu bu hakimiyyəti xəyanətdə, səriştəsizlikdə və alverçi təfəkküründə olmaqda ittiham edirlər. Necə deyərlər, elin gözü tərəzidir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxSiyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42

