Payız sessiyasının ilk plenar iclasında...
03.10.2023 [10:55]
Azərbaycanla Özbəkistan arasında imzalanan sənədə dəyişiklik edildi
Azərbaycan Ümumdünya Poçt Konvensiyası və Türkdilli Ölkələrin Parlament Assambleyasının adının dəyişdirilməsi təsdiqləndi
Günel ABBASOVA
Oktyabrın 3-də Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilib.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.
İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. İclasda həmçinin, antiterror tədbirlərində şəhid olmuş hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin sədri çıxış edərək bildirib ki, Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkə ərazisində qanunsuz qalan erməni silahlı birləşmələri və terrorçu qruplar darmadağın edilib: “Ermənistanın dəstəyi ilə yaradılan kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub. Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub. Ermənistanla Azərbaycan arasında sülh sazişinin perspektivi indi realdır. Cənubi Qafqazda sabitliyin bərqərar olacağı gün uzaqda deyil. Azərbaycan dövləti buna çalışır və biz qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik”.
Təklif: Matəm günləri təqvimdən çıxarılmalıdır
Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda matəm günlərinin təqvimdən çıxarılması ilə bağlı təkliflə parlamentin plenar iclasında çıxış edib. O bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov xatırladıb ki, son antiterror tədbirləri ilə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Vətən övladlarının qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoydu: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Üç il bundan əvvəl Zəngilan işğaldan azad olundu. Bu gün Zəngilanda hava limanı, Konqres mərkəzi, məktəb və bağça fəaliyyət göstərir. Artıq Zəngilan şəhərsalma ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirə də ev sahibliyi edib. Bu gün nəinki Zəngilan, bütün işğaldan azad olunmuş rayonlarda - Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam, Şuşada da sürətli quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.
300 mindən çox qərbi azərbaycanlı əzəli yurduna qayıdacağı günü gözləyir
Deputat Bəhruz Məhərrəmov vurğulayıb ki, artıq yeni eraya qədəm qoyulub: “Qarşımızda cümhuriyyət dövrünün səhvlərinin aradan qaldırılması vəzifəsi dayanır. Bu gün hamımız qərbi azərbaycanlıyıq və 300 mindən çox qərbi azərbaycanlı əzəli yurduna qayıdacağı günü gözləyir. Bizim heç kimə ərazi iddiamız yoxdur, eyni zamanda tarixi haqlarımızdan, evimizə dönmək hüququmuzdan vaz keçmək niyyətində də deyilik. Amma qan-qadasız, dinc yolla. Çünki regionun artıq dinc birgəyaşayışa ehtiyacı var”.
İpoteka şərtlərinin asanlaşdırılması təklif olunur
Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, “İpoteka haqqında” qanuna fərqli yanaşma olmalıdır: “Şərtlər Bakı və region üçün eynidir. Gənclərin regionda evlənməsini, qalıb orada işləməsini istəyiriksə, qaydalar da dəyişməlidir. Çünki regionda olan əməkhaqlarının məbləğini də bilirik. Ona görə də region üçün ipoteka şərtləri asanlaşdırılmalıdır”.
Təklif: Ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır
Siyavuş Novruzov qeyd edib ki, sosial layihə illərdir icra edilməsinə baxmayaraq, bugünədək yardımın effektiv olmadığı görünür: “Hesab edirəm ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar. Azərbaycanda bu məsələyə 15 ilə yaxındır 300 milyon manatadək vəsait sərf olunur. Bəlkə də daha effektiv olması üçün ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır. Birinə deyirlər “Adına köhnə sovet maşını var və sənə yardım düşmür”, yaxud “Adına torpaq sahəsi var sənə yardım düşmür”.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, xaricə kitab göndərmək son dərəcə çətindir: “Təəssüf ki, Azərbaycanda hər təşkilat özünə uyğun qiymət müəyyənləşdirir. Aidiyyəti dövlət qurumuna müraciət edirəm ki, kitab göndərməyin qiyməti onu göndərən insanların imkanlarına uyğunlaşdırılsın”.
Sonra Milli Məclisin 2023-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında Saziş”ə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi, “Ümumdünya Poçt Nizamnaməsinə On Birinci Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi bir oxunuşda müzakirələrdən sonra qəbul edilib.
Ardınca “Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə Üçüncü Əlavə Protokol”a qoşulmaq haqqında qanun layihəsi, “Ümumdünya Poçt Konvensiyası”na və “Ümumdünya Poçt Konvensiyasının Yekun Protokolu”na qoşulmaq haqqında qanun layihəsi, “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə qanun layihəsi, “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulmaq barədə qanun layihəsi, “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi bir oxunuşda, “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Energetika haqqında” qanun layihəsi (birinci oxunuş), “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Azərbaycanın 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) səsvermə əsasında təsdiqlənib.
Beləliklə, Milli Məclisin payız sessiyasının ilk plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17

