Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

08.10.2026 [23:25]

Fransada lisey şagirdlərinin aksiyaları fonunda gözyaşardıcı qaz, müxtəlif qumbaralar və LBD rezin gülləli silahlardan asayişin qorunması zamanı istifadə edilməsi yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə 15 yaşlı yeniyetmənin polis qumbarasının partlaması nəticəsində əlini itirməsi bu vasitələrin tətbiqi qaydaları ilə bağlı sualları artırıb.

AZƏRTAC xəbər verir ki, daxili işlər naziri Loran Nunez oktyabrın 7-də lisey şagirdlərinin aksiyaları zamanı ASSD tipli səs qumbaralarından istifadə edilməsinin müvəqqəti dayandırıldığını açıqlayıb. Hadisə ilə bağlı Milli Polisin Baş Müfəttişliyi (IGPN) araşdırma aparır. Araşdırma zamanı qumbaranın yeniyetmə tərəfindən yerdən götürülüb-götürülmədiyi, yoxsa onun üzərinə düşdüyü müəyyənləşdirilməlidir.

Fransada bu tip vasitələr “aralıq güc vasitələri” kateqoriyasına daxildir. Onlardan istifadə edilməsi mərhələli və mütənasib şəkildə həyata keçirilməlidir. Polis əvvəlcə asayişi pozan kütlənin dağıdılması üçün xəbərdarlıq edir, nəticə olmadıqda fiziki güc, su topları, gözyaşardıcı qaz və müxtəlif qumbaralardan istifadə edə bilər.

LBD-lər isə 40 millimetrlik rezin güllələr atan və odlu silahdan istifadə edilməzdən əvvəl son vasitələrdən biri hesab olunur. IGPN-nin məlumatına görə, 2025-ci ildə Fransada 5065 LBD atəşi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Həmin atəşlər nəticəsində üç nəfər ağır yaralanıb.

Hazırkı lisey şagirdlərinin etirazları zamanı LBD və digər vasitələrdən istifadə edilməsi ilə bağlı da araşdırmalar aparılır. IGPN indiyədək etiraz hərəkatı çərçivəsində 18 araşdırma açıb və onların altısı ehtimal olunan LBD atəşlərinə aiddir. Son günlər iki 16 yaşlı yeniyetmənin gözlərindən yaralanması da ciddi narahatlıq yaradıb.

Fransanın Milli Asayişin Qorunması Sxeminə əsasən, LBD-dən istifadə zamanı üz nahiyəsinin hədəfə alınması qadağandır. Bununla belə, xüsusi vasitələrin tətbiqi ilə bağlı müzakirələr davam edir. Milli Assambleyada başladılan petisiya isə LBD 40, partlayıcı və mühasirədən çıxış qumbaraları kimi ağır xəsarət yarada bilən vasitələrin asayiş əməliyyatlarından çıxarılmasını tələb edir. Oktyabrın 7-i axşamına petisiyanı 66 mindən çox insan imzalayıb. 

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31