Azərbaycan sülh və əmin-amanlıq tərəfdarıdır
30.09.2023 [12:06]
Günel Abbas
“Zəngilanda II Azərbaycan Milli şəhərsalma forumunun açılışının təşkil edilməsi və həmin mərasimdə Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilər yenidən bərpa olunur, qurulur və region öz yeni həyatına qayıdır”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev bildirib.
Deputat qeyd edib ki, Prezidentin çıxışı bu gün həmin ərazidə olan reallıqları əks etdirməklə bərabər, həm də gələcək böyük planların aydın mənzərəsini ortaya qoydu: “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər nəinki Azərbaycan xalqının diqqət mərkəzindədir, bu tədbirləri dünyanın bir çox ölkələri də yaxından izləyir, Azərbaycan iqtisadiyyatının gücünə, dövlətimizin gücünə heyranlığını bildirir. Bu günə kimi həmin ərazilərin bərpasına 7 milyard dollar vəsait ayrılıb. Bu göstərir ki, erməni təcavüzkarları tərəfindən dağıdılmış, viran edilmiş həmin ərazilər cənnətə çevriləcək. Biz xalq olaraq fəxr edirik ki, üç il əvvəl erməni tapdağı altında olan Zəngilanda bu gün belə bir möhtəşəm tədbir həyata keçirilir. Məlum olduğu kimi, həmin tədbir BMT-nin məskunlaşma proqramı əsasında təşkil olunub. Tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonağın, 400-dən çox içtirakçının olması bu mərasimin çox əhəmiyyətli olduğunu deməyə əsas verir”.
T.Rzayevin sözlərinə görə, Prezident öz çıxışında işğaldan azad olunmuş ərazilərdə görülən işlərin tez zamanda həmin rayondan olan sakinlərin qayıdışına imkan verəcəyini vurğulayıb: “Ölkə rəhbəri erməni faşistlərinin törətdiyi çirkin əməllərə diqqət çəkməklə qeyd etdi ki, bütün torpaqlar viran edilmiş və burada demək olar, yaşayış əlaməti qalmayıb. Ancaq bu gün Zəngilan özünün gələcək xoşbəxt həyatına qədəm qoyur. Bu cür mühüm tədbirlərin keçirilməsi regionun gələcək inkişafından xəbər verir. Zəngilanda nəqliyyat dəhlizinin formalaşdırılması, Zəngilan Beynəlxalq Hava limanının tikilib, istifadəyə verilməsi, müasir infrastruktur işlərinin həyata keçirilməsi bu ərazinin ən gözəl şəhərlərdən birinə çevrilməsinə imkan yaradacaq. Ölkə rəhbəri Zəngilanda, eləcə də digər rayonlarda həyata keçirdiyi tədbirlərlə, ermənilərə qarşı münasibəti, onların hüquqlarının qorunması ilə bağlı söylədiyi fikirləri ilə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əmin-amanlığın tərəfdarı olduğunu göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20

