Qardaş ölkənin Milli Təhlükəsizlik Şurasından Azərbaycana növbəti dəstək
30.09.2023 [11:42]
Nardar BAYRAMLI
44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını erməni işğalından azad edərək qələbə qazanması regionda da vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. Ölkəmizin yaratdığı yeni reallıqlar bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilməsini təşviq edir. Bu baxımdan, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Azərbaycanın bu təşəbbüsləri qardaş Türkiyə tərəfindən də dəstəklənir və hər iki ölkə bölgənin tərəqqisi naminə sülh mühitini reallaşdırmağa çalışır.
Ümumiyyətlə, Azərbaycan və Türkiyənin təşəbbüsləri Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir. Bunun üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, eləcə də Qarabağdakı erməni sakinlərimizin bizim cəmiyyətimizə inteqrasiya sürətləndirilməlidir. Xatırladaq ki, 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu. Hazırda regionda yeni proseslər baş verir, Qarabağda antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam təmin olunub. Qardaş Türkiyə bu dəfə də Azərbaycanın yanındadır.
Türkiyə Milli Təhlükəsizlik Şurasından dəstək...
Qeyd edək ki, sentyabrın 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda dünyada və regionda baş verən siyasi hadisə və proseslər, eləcə də terrorla mübarizə və Şimali Kipr Türk Respublikasının beynəlxalq siyasətdəki yeri, Ukrayna-Rusiya müharibəsi, Suriyadakı vəziyyət və başqa məsələlər müzakirə edilib. Üç saat davam edən iclasın yekununa dair 8 maddədən ibarət sənəd qəbul edilib və yayılıb. Sənədin 6-cı maddəsində bildirilib ki, Türkiyə bundan sonra da Azərbaycanı dəstəkləməkdə davam edəcək. Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda sülhün davamlı təmin olunması üçün çox əhəmiyyətlidir. Türkiyə dövləti qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə Ermənistanla sülh müqaviləsinin imzalanmasını məqbul hesab edir. Rəsmi Ankara Cənubi Qafqazda sabitliyin dayanıqlı olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmasını zəruri hesab edir. Türkiyə bu işə dəstək verəcək.
Xatırladaq ki, sentyabrın 25-də Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda mətbuata bəyanat zamanı deyib ki, bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndirilməli olduğuna inamını ifadə edən cənab Ərdoğan Ermənistana çağırış edərək deyib: “Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

