Redikül Tofiqin “anlaqsız məntiqi”...
29.09.2023 [10:31]
Azərbaycanın uğurlarını “təəssüflə” qarşılayan ermənipərəst ünsürün psixoloji problemləri var
Son bir həftə ərzində yaşadığımız hadisələr Azərbaycanın 30 illik siyasi-ictimai tarixinin ən mühüm mərhələlərindən biridir desək, yanılmarıq. 24 saatlıq antiterror tədbirlərinin uğurla nəticələnməsi, erməni sakinlərin reinteqrasiya prosesinin başlaması, ən əsası isə xunta rejiminin çöküşü və ləğvi müasir tariximizin ən mühüm hadisələrindən sayılır.
Azərbaycanın bu uğurları isə bəzi ermənipərəst redikül müxalifəti “yerindən oynadıb”. Məsələn, Ə.Kərimlinin “zorən eksperti” Tofiq Yaqublu uğurlarımıza şər atmaq üçün özünəməxsus gülünc “bəhanələr” axtarışına çıxıb. Maraqlıdır ki, sosial şəbəkələrdə 24 saatlıq lokal antiterror tədbirlərini hədəfə almaq üçün tutarlı “arqument” tapa bilməyən Yaqublu “çarəni” onsuz da olmayan “beynəlxalq təcrübəsi”nə “əsaslanaraq” sərhəddən kənarda axtarmağa başlayıb. Onun “düşüncəsinə” görə, Azərbaycan öz torpaqlarını iki ölkənin “siyasi-hərbi intriqası” nəticəsində “azad edir”. Ən qəribəsi və təzadlısı isə Yaqublunun bunu “təəssüflə” qarşılamasıdır - birincisi, onun “izahı” tam yalandır. Azərbaycan torpaq azad etməyib - ölkə sərhədləri daxilində antiterror tədbirləri həyata keçirib. Yaqublunun siyasi savadsızlığı burada bariz şəkildə özünü biruzə verir. Əgər “azad edibsə” belə, Yaqublu buna niyə təəssüflənir? Azərbaycanın uğurlarına təəssüflənən bir separatçı ermənilər, bir Makron, bir də Yaqublu və onun “başbilənləridir”. Bu amil növbəti dəfə redikül müxalifətin erməni separatçıları ilə eyni mənbədən qidalandığını göstərir - onlar həm maaşı, həm də direktivləri eyni mənbədən, ermənipərəst separatist mərkəzlərdən alırlar. Yaqublunun uğurlarımıza təəssüflənməsi isə onun azərbaycanlı adlanmağa mənəvi haqqının çatmadığını bir daha biruzə verir.
Digər tərəfdən, T.Yaqublunun və digər redikül müxalifət nümayəndələrinin Azərbaycanın uğurlarına qarşı qısqanclıq, dözümsüzlük nümayiş etdirməsi onların psixoloji problemlər yaşadığını göstərir. Bu fakt zaman-zaman ictimaiyyət nümayəndələri tərəfindən də təsdiqlənir. Redikül müxalifətin “zorən eksperti” Tofiq Yaqublunun məntiqsiz, aqressiv, siyasi təfəkkürdən uzaq və təsadüfi “siyasət adamı” olması heç kimə sirr deyil və bu fakt yalnız son açıqlamasında özünü biruzə vermir. Səsləndirdiyi mənasız “açıqlamalar” onun özünüifşasıdır. Arqumentsiz və küçə leksikonuna əsaslanan ritorikası, primitiv siyasi “düşüncəsi” Yaqublu haqqında yalnız bir rəy yaradır - qeyri-ciddi, təsadüfi, özünü və sözünü bilməyən aqressiv adam tipi. Əli Kərimlinin yeni “sağ əli”nə, daha doğrusu “sağ cibinə” çevrilmiş T.Yaqublunun bu kimi psixoloji problemlərə malik olması isə artıq cəmiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən də təsdiqlənir. Məsələn, şair-publisist, AYB-nin üzvü Elşad Barat Tofiq Yaqublu ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, Tofiq Yaqublu haqqı deyən hər kəsi “Facebook”da blok edir: “Keçən dəfə əmin olduğum bir məsələni yazdım, məni blok elədi, zəng elədim, 36 dəqiqə danışdıq, adama 36 dəqiqədə həqiqəti başa sala bilmədim. Həmin danışığımızın səsyazması var məndə. Bu yaxında həmin səsi dinləmək istədim, 3-cü dəqiqədə başa düşdüm ki, bu adamın psixoloji problemi var. Buna görə də hər kəsdən xahiş edirəm, Tofiq Yaqubludan əl çəkin, bu adam xəstədir, psixoloji problemi var, normal düşünə bilmir, aman verin öz dünyasında özünü haqlı sayıb rahat ölsün”.
MƏNSUR
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17

