Ümumdünya Quduzluq Xəstəliyi ilə mübarizə günüdür
28.09.2023 [12:50]
M. Bayramlı
Bu ilin 8 ayı ərzində Azərbaycanda 29 334 nəfər heyvan dişləməsi, cırmaqlaması, tüpürcəkləməsinə məruz qalıb.
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Hadisələrdən 7 034-ü Bakıda baş verib.
Qeyd olunub ki, həmin şəxslərdən 13 554-ü (Bakı şəhəri üzrə 2389 nəfər ) məlum it, 9 411-i (Bakı şəhəri üzrə 2060 nəfər ) naməlum it, 5228-i (Bakı şəhəri üzrə 2307 nəfər ) pişik, 446-sı (Bakı şəhəri üzrə 150 nəfər ) siçovul, 695-i (Bakı şəhəri üzrə 128 nəfər ) isə digər heyvanlar tərəfindən zədələnməyə məruz qalanlardır.
Mərkəzdən həmçinin bildirilib ki, ölkə üzrə 2 quduzluq hadisəsi qeydə alınıb və hər iki hadisə ölümlə nəticələnib.
Səhiyyə Nazirliyi bu ürküdücü statistikanı Quduzluğa qarşı Mübarizə Günündə təqdim edib.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabrın 28-ni dünyada Quduzluğa qarşı Mübarizə Günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.
Quduzluq xəstəliyi barədə nələri bilirik?
Məlumdur ki, iİnsanlarda quduzluq xəstəliyi hidrofobiya - sudan qorxmaq, fotofobiya – işığa həssaslıq, psixonevroloji pozulmalar, udqunma aktının pozulması, yüksək hərarət və digər kliniki əlamətlərlə özünü büruzə verir. Quduzluq olduqca təhlükəli bir xəstəlikdir və müalicəsi olmazsa, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir.
Əksər hallarda ancaq itin hücumuna məruz qalanlar həkimə müraciət edir. Lakin bu sadəcə itlərdən keçən virus deyil. Xəstəliyə canavar, tülkü, hətta pişikdən də yoluxmaq mümkündür. Pişik cırmaqlaması nəticəsində də həkimə müraciət olunması tövsiyə edilir. Quduzluğun ilkin əlamətləri qripə bənzəyir. Bir neçə gündən sonra ağızın köpüklənməsi, yuxusuzluq, aqressiv davranışlar kimi əlamətlərlə müşahidə edilir.
Heyvan dişləməsi, cırmaqlaması və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda ilk olaraq yaranı və ya tamlığı pozulmuş dərini sabun, çoxlu təmiz su ilə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edilməlidir.
Xəstəlikdən qorunmaq üçün ev heyvanlarını quduzluğa qarşı peyvəndləməli, sahibsiz it və pişiklərlə birbaşa təmas qurulmamalıdır.
Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Elə bu səbəbdən də heyvanlar sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və digər humanist rəftarla da əhatə olunmalıdır. Ona görə də heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24

