Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycana Qayıdış

Qərbi Azərbaycana Qayıdış

26.09.2023 [10:18]

Milli Məclisdə dinləmə keçirilib

Günel ABBAS

Sentyabrın 25-də Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən dinləmədə deputatlar, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Baş prokurorun müavini Elmar Camalov bildirib ki, 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindirilib: “Zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışdır. Eyni zamanda, 15 nəfər şəxsin isə Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən deportasiyaya məruz qalarkən erməniəsilli şəxslər tərəfindən müxtəlif predmetlərlə döyülərək xəsarət almaları müəyyən edilmiş həmin şəxslər və onların qohumları müəyyən edilərək zərərçəkmiş şəxs və ya zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilib”.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli vurğulayıb ki, 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya isə öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənmədi: “Ermənilərə xas eyni vəhşi üsul və metodlarla soydaşlarımız sonuncu nəfərinə qədər Qərbi Azərbaycandakı ata-baba yurdlarından qovuldular. Bu prosesdə 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi, 400-dən artıq insanımız bədən xəsarət aldı, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovuldular və bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruldu. Yeraltı və yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, yəqin ki, bu ziyan bir neçə dəfə artar. Mənəvi zərəri isə heç bir məbləğlə əvəz etmək olmaz”.

İcma rəhbəri xatırlatma edərək Prezidentin Qərbi azərbaycanlılarla görüşdə bir sıra mühüm məsələlər, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı qarşıya vəzifələr qoyduğunu söyləyib. O, sözügedən konsepsiyanın bir ay müddətində hazırlanaraq,  təsdiq edildiyini deyib. Bildirib ki, sənəddə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. O, soydaşlarımızın həmin ərazilərə qayıtdıqdan sonra təhlükəsiz yaşaması məsələsinin həll olunmasının vacibliyindən də danışıb. Qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdışı tələbi beynəlxalq hüquqa tam uyğundur. Bu istiqamətdə beynəlxalq müstəvidə də ardıcıl iş aparılmalıdır. Bu mənada, Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi kimi yayılması mühüm əhəmiyyət kəsb edir. İcma sədri bu istiqamətdə Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyət göstərdiyini söyləyib.

İdarə heyətinin sədri müzakirəyə çıxarılan mövzunun mühüm siyasi-hüquqi xarakter daşıdığını deyib. O, məsələnin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra yaranmış yeni reallıqlar kontekstində vacibliyindən bəhs edib. Ə.Ələkbərli soydaşlarımızın öz əzəli torpaqlarına qayıdışının bütün Azərbaycan xalqının hədəfi olduğunu, bu mənada aparılan müzakirələrin milli həmrəyliyin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib. O, xalqımızın yaşadığı humanitar faciənin fəsadlarının aradan qaldırılmasının, insanlarımızın pozulmuş hüquqlarının bərpasının, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Milli Məclisin deputatları, hüquqşünaslar, Qərbi Azərbaycan İcmasının üzvləri, tarixçilər azərbaycanlıların indiki Ermənistandan - öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımdan qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 552 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31