69 fəaliyyət istiqaməti üzrə iqtisadi artıma dəstək
26.09.2023 [10:47]
Aparılan məqsədyönlü siyasət və davamlı şəkildə reallaşdırılan islahatlar sayəsində Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Bu strateji mərhələ, qarşıya çıxan çağırışlar iqtisadi çərçivələrin də yenilənməsini tələb edir. Bu baxımdan respublikamızda Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasına başlanılması xüsusi aktuallıq daşıyır.
Yeni Strategiyanın hazırlanmasının anonsunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” tədbirində çıxışı zamanı edib. Nazirlik rəsmisinin bildirdiyi kimi, Azərbaycanın beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat-logistika və kommunikasiya qovşağına, regionun ən böyük və dinamik iqtisadi məkanına, 4-cü sənaye inqilabı və strateji investorların maraq mərkəzinə çevrilməsi, onun qlobal dəyər zəncirinə inteqrasiyası və innovasiya əsaslı inkişaf mərhələsinə keçidi üçün möhkəm təməllər yaranıb. “2030-cu ilədək dövlət, özəl və vətəndaş cəmiyyətini əhatə etməklə iqtisadiyyata töhfə verəcək 9 əsas layihə və bu layihələr çərçivəsində 69 fəaliyyət istiqaməti üzrə Azərbaycanda iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq və dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan geniş istifadə olunmasını təmin etmək nazirliyimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir. İqtisadiyyat Nazirliyi innovasiyaları, inklüzivliyi əhatə edən, onları Azərbaycan iqtisadiyyatının və cəmiyyətinin bütün aspektlərinə səmərəli şəkildə inteqrasiya edən iqtisadi artım üçün istiqamətləndirici baxışın həyata keçirilməsinə çalışır”, - deyə nazir müavini qeyd edib.
Strategiyanın reallaşdırılması yeni dövrdə Azərbaycanda biznes transformasiyasının gücləndirilməsindən tutmuş potensialın artırılmasına, 4Sİ texnologiyalarının geniş tətbiqini nəzərdə tutan model tipli müəssisənin və yeni nəsil texnoloji mərkəzin qurulmasına, Rəqəmsal əkizlərin yaradılmasına və “Lokal Generative Süni İntellekt” təşəbbüsünün həyata keçirilməsinə, sahibkarlığın təşviq edilməsinə və əlverişli infrastrukturun dəstəklənməsinə qədər bütün sahələrdə inkişafa zəmin yaradacaq. “Lokal generativ süni intellekt” təşəbbüsü Azərbaycan dilini mükəmməl bilən və Azərbaycana məxsus məzmun yerləşdirilən generativ Sİ platformalarının hazırlanmasını stimullaşdırmaq məqsədi daşıyır. Təşəbbüsün məqsədi Azərbaycanın mədəni zənginliyini qorumaqla ölkədə süni intellektin tətbiqi imkanlarını artırmaq, iqtisadi artımı təşviq etmək, yeni texnologiyaya əsaslanan iş yerlərinin və sənayelərin yaradılmasını stimullaşdırmaqdır.
Statistika göstərir ki, süni intellekt bazarı 2022-ci ildə 136 milyard dollar dəyərində qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3 faiz nisbətində böyüyəcəyi gözlənilir.
Sahib Ələkbərovun sözlərinə görə, gələcəkdə süni intellekt texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin artırılmasını tələb edir, yeni təfəkkürə malik mütəxəssislərin yetişdirilməsi və etik standartların müəyyənləşdirilməsini zəruri edir. Texnologiyanın sürətli inkişafı və qabaqcıl GPT modellərinin yaranması satınalmalar üçün standartların yaradılmasına böyük ehtiyac doğurur. Bu sahədə yeni qaydaların və prosedurların hazırlanması da çox vacibdir. Müəssisələr daxilində satınalma prosesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın süni intellekt strategiyasının vahid planını müəyyənləşdirməlidir.
“Dünya İqtisadi Forumu tərəfindən süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər və onlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər. İstər dövlət qurumlarının, istərsə də özəl müəssisə və təşkilatların fəaliyyətlərində səmərəliliyin təmin edilməsi və ya artırılması üçün süni intellekt, əşyaların interneti, blokçeyn, avtonom robotlar və s. kimi 4Sİ texnologiyaları əsaslı həllər tələb olunur. Bu kimi həllərin təchizatı, satınalınması, istifadəsi və yayılması isə müvafiq ekosistemin formalaşdırılmasını tələb edir ki, fiziki və virtual infrastruktur, o cümlədən qanunvericilik, standartlar və etik çərçivələr bu ekosistemin komponentləridir” , - deyə nazir müavini vurğulayıb.
Mübariz Feyizli
Xəbər lenti
Hamısına baxElanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08

