Heydər Əliyev əsrinin 23-cü ili
23.09.2023 [10:20]
Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyin qovuşunda tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.
Böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının rəmzinə çevrilir. Ulu Öndər, dünya miqyaslı siyasət nəhəngi olan Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində ərsəyə gətirdiyi ən böyük siyasət və dövlət xadimidir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini öz simasında üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət ünvanına çevrilmişdir. Tariximizin son yarım əsrdən artıq bir dövrü Heydər Əliyevin zəkası ilə nurlanmışdır.
Heydər Əliyev iqtisadi, siyasi, sosial, mədəni quruculuq məsələləri ilə bərabər, səhiyyəni də cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və s. həkimlərin işinin fəallaşdırılması məsələlərində görürdü. Ulu Öndər ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Ümummilli Liderimiz hakimiyyətə gəldiyi ilk dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaldıb, əksinə, daha da artırıb. Ulu Öndər sonralar bu dövrü belə xatırlayırdı: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən Ulu Öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən onun təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təminatına istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin Azərbaycan tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Bütün sahələr kimi, səhiyyə də yeni inkişaf mərhələsinə qədəm qoydu; ilk növbədə, bu sahənin qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlandı. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi. Ulu Öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, Ümummilli Liderimizin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 17-nin ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edirdi. Ulu Öndər səhiyyədə islahatlar aparılmasını vacib hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.
Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı Ümummilli Lider Heydər
Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq son illərdə ölkəmizdə səhiyyə sahəsində kifayət qədər uğurlar əldə olunub. Ağsu, Zərdab, Biləsuvar rayon mərkəzi xəstəxanaları, o cümlədən, Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxana əhalinin istifadəsinə verildi. Respublika Uşaq Stomatoloji Mərkəzində aparılan təmir işləri başa çatdırıldı.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlət büdcəsindən səhiyyəyə çəkilən xərclər 2003-cü ildə 55,3 miilyon manat olduğu halda, 2017-ci idə bu göstərici 13,5 dəfə artaraq 746,7 milyon manata, 2023-cü ildə isə 1,8 milyard manata çatmışdır.
Səhiyyənin dinamik inkişafı Azərbaycanın sosial siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.Ölkəmizdə səhiyyə strategiyası uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalın xüsusi çəkisi durmadan artır.
Bu gün müasir Azərbaycan səhiyyəsinin dinamik inkişafının memarı, 100 illik yubileyini böyük hörmət və ehtiramla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də yeni uğurlara vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi və nailiyyətlər gözləyir.
Kamaləddin QAFAROV
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Xəbər lenti
Hamısına bax
Siyasət
09 Dekabr 23:08

Siyasət
09 Dekabr 22:02

Xəbər lenti
09 Dekabr 17:00

Xəbər lenti
09 Dekabr 16:49

Xəbər lenti
09 Dekabr 15:55

Xəbər lenti
09 Dekabr 13:47

Xəbər lenti
09 Dekabr 13:26

Mədəniyyət
09 Dekabr 13:06

Sosial
09 Dekabr 12:40

Analitik
09 Dekabr 12:30

Xəbər lenti
09 Dekabr 12:27

Xəbər lenti
09 Dekabr 12:24

MEDİA
09 Dekabr 12:20

Xəbər lenti
09 Dekabr 12:02

Analitik
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 11:58

Analitik
09 Dekabr 11:56

Xəbər lenti
09 Dekabr 11:56

Xəbər lenti
09 Dekabr 11:55

Xəbər lenti
09 Dekabr 11:50

İqtisadiyyat
09 Dekabr 11:45

Xəbər lenti
09 Dekabr 11:41

Gündəm
09 Dekabr 11:30

Xəbər lenti
09 Dekabr 11:20

Xəbər lenti
09 Dekabr 11:10

Siyasət
09 Dekabr 11:10

Xəbər lenti
09 Dekabr 11:09

Xəbər lenti
09 Dekabr 11:02

Xəbər lenti
09 Dekabr 11:00

Xəbər lenti
09 Dekabr 10:50

Xəbər lenti
09 Dekabr 10:40

Siyasət
09 Dekabr 10:40

Xəbər lenti
09 Dekabr 10:38

Siyasət
09 Dekabr 10:29

Xəbər lenti
09 Dekabr 10:27

Xəbər lenti
09 Dekabr 10:25

Siyasət
09 Dekabr 10:20

Siyasət
09 Dekabr 10:20

Xəbər lenti
09 Dekabr 10:18

İqtisadiyyat
09 Dekabr 10:11

Siyasət
09 Dekabr 10:10

Xəbər lenti
09 Dekabr 10:08

İqtisadiyyat
09 Dekabr 10:06

Gündəm
09 Dekabr 10:03

Xəbər lenti
09 Dekabr 10:02

Gündəm
09 Dekabr 09:54

Xəbər lenti
09 Dekabr 09:35

Siyasət
08 Dekabr 22:24

Xəbər lenti
08 Dekabr 22:00

Xəbər lenti
08 Dekabr 17:52

Xəbər lenti
08 Dekabr 17:48

Xəbər lenti
08 Dekabr 16:28

Xəbər lenti
08 Dekabr 16:17

Xəbər lenti
08 Dekabr 16:05

Xəbər lenti
08 Dekabr 16:00

Mədəniyyət
08 Dekabr 15:37

Xəbər lenti
08 Dekabr 15:20

Xəbər lenti
08 Dekabr 14:49

Xəbər lenti
08 Dekabr 14:34

Xəbər lenti
08 Dekabr 14:23

İqtisadiyyat
08 Dekabr 13:59

Xəbər lenti
08 Dekabr 13:40

Xəbər lenti
08 Dekabr 13:36

Xəbər lenti
08 Dekabr 13:34

Xəbər lenti
08 Dekabr 13:27

Xəbər lenti
08 Dekabr 13:23

Xəbər lenti
08 Dekabr 13:16

Xəbər lenti
08 Dekabr 12:51

Xəbər lenti
08 Dekabr 12:23
