3 bəyanat, 1 hesabat...
21.09.2023 [11:07]
QAİ-dən bölgəni qarışdırmaq istəyənlərə cavab!
Y.BAYRAMOVA
Cənubi Qafqazdan min kilometrlərlə uzaqda yerləşib bölgəmizi qarışdırmaq istəyən ölkələlər çoxdur. Həmin ölkələrin sırasına biri də əlavə olunub. Söhbət Cənubi Amerikada yerləşən Argentinadan gedir. Bu günlərdə Argentina Prezidenti Alberto Fernandes Ermənistanla Azərbaycan arasındakı vəziyyəti gərginləşdirən açıqlama ilə çıxış edib.
Argentina prezidentinə çağırış!
Qərbi Azərbaycan İcması (QAİ) Argentina prezidenti Alberto Fernandesin qərəzli açıqlamaları ilə bağlı bəyanat yayıb. QAİ-nin müvafiq bəyanatında qeyd olunub ki, İcma Alberto Fernandesin BMT Baş Assambleyasında anti-Azərbaycan açıqlamasını qətiyyətlə rədd edir: “Argentina prezidenti ölkəsinin ağır sosial-iqtisadi məsələlərini, yoxsulluq, korrupsiya kimi problemlərini həll etmək əvəzinə özünə aid olmayan məsələlərə, özü də diletantcasına münasibət bildirir. Hiss olunur ki, onun beynəlxalq münasibətlər, beynəlxalq hüquq, coğrafiya barədə bilikləri çox səthidir. Azərbaycanı “Dağlıq Qarabağı” nəzarətə götürməkdə ittiham etmək Argentinanı Mendoza əyalətini nəzarətə götürməkdə ittiham etmək kimi bir şeydir.
Azərbaycanı “etnik, dini, irqi təqibdə”də ittiham edən Alberto Fernandesə Argentinada 19-cu əsrdə köklü tayfaların məhv edildiyini xatırladır və diqqəti bu məsələlərə yönəltməyə çağırırıq”.
Estoniyanın qərəzli fikirlərinə münasibət
İcma bu günlərdə Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərə də münasibət bildirib. İcmanın bəyanatında qeyd olunub ki, Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur: “Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır”,
Litva diplomatiyası üçün utanc...
QAİ ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirən Litvanın xarici işlər nazirinə də cavab verib. Bəyanatda qeyd olunub ki, QAİ Litvanın xarici işlər nazirinin bəyanatını qətiyyətlə rədd edir: “İlk öncə vurğulamaq istərdik ki, Litvanın Azərbaycanın daxili işlərinə müdaxilə etməyə heç bir haqqı yoxdur. Hər bir ölkə açıqlamalarında məsuliyyətli olmalı, özünü gülünc vəziyyətə salmamalıdır.
Litva xüsusən Vətən müharibəsindən bəri davamlı olaraq anti-Azərbaycan mövqeyi sərgiləyir. Bir neçə il öncə Litva diplomatlarının Ermənistan-Azərbaycan münaqişəsində məhz xristian olduqları üçün erməniləri dəstəkləməyin vacib olması barədə internetdə yayılmış səs yazıları Litva diplomatiyası üçün utanc olmalıdır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğalının, öz ərazisindən və vaxtilə işğal edilmiş ərazilərdən yüz minlərlə azərbaycanlını qovmasının Litva tərəfindən nə üçün heç vaxt pislənilməməsinin əsl səbəblərini aydın izah edir.
Litva öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı və inteqrasiya məqsədilə onlarla dialoq aparmalıdır”.
BMT-nin Komitəsinə Hesabat...
Bundan başqa, QAİ Ermənistanla bağlı BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə hesabat təqdim edib. Hesabat Ermənistan Respublikasının İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədardır. Bu barədə Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar məlumat verib.
Sözçü bildirib ki, komitənin 74-cü sessiyasında (25 sentyabr 2023-cü il - 13 oktyabr 2023-cü il) baxılmaq üçün təqdim olunmuş hesabatda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların fakt ilə qorunan hüquqlarının sistematik şəkildə pozulması halları barədə məlumat verilir. Hesabat Ermənistanın sözügedən faktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozduğunu vurğulayır və komitəni insan hüquqlarının pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırır.
Ü.Zülfiqar qeyd edib ki, QAİ hesabatda Ermənistan hökumətindən qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətlə qayıtmasını, onların reinteqrasiyasını, qayıtdıqdan sonra onların orada hüquq və təhlükəsizliyini təmin etməyi tələb edir. İcmanın tələbləri arasında Ermənistanın Azərbaycan mədəni irsinə vurduğu zərərin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə imkan yaratmağı və onu bərpa etməyi, azərbaycanlılara məxsus əmlakı geri qaytarmağı və faktdan irəli gələn digər öhdəliklərə əməl etmək də var.
Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar çərçivəsində səylərini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20

