Araik “getdi”, Artur “gəldi”...
20.09.2023 [10:30]
Toplananların yeri dəyişəndə cəm dəyişmir...
Beynəlxalq aləmdə, eləcə də Ermənistanın özü tərəfindən Azərbaycanın suveren və ayrılmaz hissəsi kimi tanınan Qarabağda yerləşən separatçı rejimin qondarma mahiyyəti yenidən etiraf olunma?dadır. Vətən müharibəsindən sonrakı dövrdə Fransa dövləti və başqa ermənipərəst mərkəzlər tərəfindən dəstəklənən qondarma rejimin bəzi hallarda “hüquqi subyekt” kimi qələmə verilməsi cəhdləri nümayiş etdirilir, onların danışıqlar prosesinə daxil edilməsi yönündə səylər intensivləşdirilirdi. Amma Azərbaycan dövlətinin qəti və dəyişməz mövqeyi bunun qarşısını aldı - ölkəmizin suveren əraziləri olan Qarabağ heç bir danışıqların müzakirə predmeti ola bilməz. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıması, aprelin 23-də Laçın dövlət sərhəd buraxılış məntəqəsinin qurulması və fəaliyyətə başlaması bu qətiyyətin əyani nümayişinə çevrildi.
Siyasi manipulyasiyanın yeni “növü”...
Artıq əlləri hər yerdən üzülən separatçılar və onların dəstəkçiləri bir müddət idi ki, yeni siyasi manipulyasiyaya start vermişdilər. Azərbaycanın atdığı hüquqi addımları siyasiləşdirməyə çalışan qondarma rejim sonunda anladı ki, bütün səylər boşunadı - Azərbaycan öz mövqeyindən geri çəkilmək fikrində deyil. BMT TŞ müstəvisində aparılan müzakirələr isə məsələyə birdəfəlik nöqtə qoydu - nəticədə qondarma rejimin başçısı Araik Arutyunyan “vəzifəsindən” “istefa” verdi. Bu “istefa”nı da siyasi müstəvidə “izah etməyə çalışan” bir qisim “xarici ekspertlər” bunu “qan dəyişikliyi”, “yeni siyasi situasiya” və ya “dəstəkçi qrupun komplektləşdirmə siyasəti” kimi qələmə vermək niyyətində idilər. Hətta qondarma rejimin heç bir hüquqi statusu olmayan qondarma “seçkiləri”ni də bu yöndə izah etmək istəyənlər yeni separatçıbaşı Samvel Şahramanyanı “fərqli donda” təqdim etməyə çalışırdı - onun Araik Arutyuyandan “fərqli” olduğunu, “daha ciddi mahiyyət” daşıdığını, xarici əlaqələrinin daha “bərk” olduğunu deyirdilər. Amma son günlərdə Qarabağdan Ermənistana olan əhali axını göstərdi ki, nəinki Qarabağdakı erməni əsilli şəxslərin, hətta qondarma rejimin özünün təbliğatçıları, din xadimləri belə Şahramanyana inanmır, ona güvənmir.
Araikdən Artura...
Şahramanyanın yeni “sərgüzəşti” isə daha “lətifəvaridir”. Belə ki, qondarma rejimin başçısı Samvel Şahramanyan sentyabrın 18-də Artur İvanoviç Arutyunyanın “dövlət naziri” təyin edilməsi haqqında “sərəncam” imzalayıb. Bu barədə erməni mediası məlumat yayıb. Artur Arutyunyan isə Qarabağdakı xunta rejiminin keçmiş başçısı Araik Arutyunyanın qardaşıdır. Qondarma “parlament”in “Azad vətən” “partiyası”ndan olan fraksiyasının rəhbəri Artur Arutyunyan Azərbaycan əleyhinə sərsəm çıxışları ilə son vaxtlar xeyli populyarlaşıb.
Bu fakt bir daha qondarma separatçı rejimin bəzi xarici güclərin əlində müti və oyuncaq olduğunu təsdiqləyir. Eyni zamanda, bu kimi mənasız, məntiqsiz “yerdəyişmələrin”, gülünc “təyinatların” heç bir işə yaramayacağı, nəticəyə heç cür təsir etməyəcəyi ilk baxışdan aydın şəkildə görünür. Riyazi dillə desək, toplananların yerini dəyişdikdə “cəm” dəyişmir. O ki qala, toplananların hər iki tərəfi sıfır ola...
Ən effektiv yol-reinteqrasiya
Bu gün Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən ölkəmiz bölgədə tənzimləyici rolu üstlənməklə yanaşı, bütövlükdə, prosesə nəzarət edir - regionla bağlı verilən qərarlarda da mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt vasitəçilər tərəfindən də xüsusi vurğulanır. Yaranan situasiyaya nəzər saldıqda bəlli olur ki, Qarabağdakı erməni əsilli vətəndaşlar üçün yeganə və ən effektiv yol reinteqrasiyadır. Çünki istər sosial şəbəkələrin erməni seqmenti, istərsə də erməni əsilli siyasi ekspertlər də etiraf edirlər ki, Azərbaycanın mövqeyi dəyişməzdir. Hətta onlar ötən 30 il ərzində Azərbaycanın öz mövqeyindən bir addım geri çəkilmədiklərini bildirirlər.
Təbii ki, qondarma rejimin qeyri-adekvat davranışları Azərbaycanın maraqlarına uyğun deyil və istənilmədiyi halda belə antiterror məsələsini aktuallışdırır. Sadəcə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07

