Əli Kərimlinin “izdihamlı mitinq” xülyası
20.09.2023 [10:20]
MÜBARİZ
Özünü Azərbaycandakı sayı barmaqla sayılacaq qədər az olan “redikül müxalifət”ın öndəgedəni sayan Əli Kərimlini müxtəlif baxış bucaqlarından təqdim etmək mümkündür. Əslində, artıq bir neçə onillikdir ki, eyni palçığı tapdalayan Əli Kərimlinin cəmiyyətimizdə bəlli mənfi obrazı formalaşıb. Söhbət bu simadan düşəndə siyasi prosesləri az-çox izləyən hər kəs onu bir vaxtlar sitayiş etdiyi Əbülfəz Elçibəyə xəyanət yolu tutaraq AXC-ni ələ keçirən, çiyindaşlarına həmişə arxadan zərbələr vuran, intriqalar yaradan, anti-milli açıqlamaları ilə xaricdəki azərbaycanafob dairələrin dəyirmanına su tökən, həmin dairələrdən aldığı qrantlar hesabına bahalı avtomobillərə sahiblənən, cangüdənlər saxlayan, oğlu Türkel Kərimliyə xaricdə dəbdəbəli həyat təmin edən birisi kimi tanıyır.
Əli Kərimli üçün ən həssas məqam - sosial baza qıtlığı
AXCP sədri Əli Kərimli həm də hədsiz dərəcədə xəyalpərəstdir. O, gecələr yatıb hansısa yuxular görür, gündüzlər isə yuxuların təsiri altında özünü sözün əsl mənasında xəyal plova qonaq edir. Sizcə, Əli Kərimlinin ən böyük xülyası nə ola bilər? Sualın cavabını tapmaq üçün çox da baş sındırmağa lüzum yoxdur. “Redikül müxalifət”ın bu təkəbbürlü simasının ən böyük istəyi, heç şübhəsiz ki, elektorat, sosial baza ilə bağlıdır. Bəli, söhbət Əli Kərimli üçün ən həssa məqamdan gedir. Bir partiya rəhbəri məhz arxasında sosial dayaq olanda özünü güclü sanır və mövqeyini qətiyyətlə ortaya qoyur. Ancaq bu baxımdan Əli Kərimlinin “bəxti” gətrməyib. Onun çıxdığı tribuna Qənimət Zahidin və Sevinc Osmanqızının internet televiziyaları ilə məhdudlaşır. Əli Kərimlinin son bir neçə ildə cəmiyyətin hansısa bir kəsimi ilə görüşlərə qatıldığı, gənclərlə diskussiyalar apardığını xatırlamaq mümkün deyil. Bütövlükdə, cəmiyyət bir yana qalsın, AXCP sədri “redikül müxalifət” düşərgəsində də özünü digər təmsilçilərdən tamamailə izolə edib. Əli Kərimli özünü “redikül müxalifət”in hakim-mütləqi sanır və elə hesab edir ki, burada hər kəs onun mövqeyi ilə barışmalı, dediklərini təkrarlamalıdır. Elə bu səbəbdən də Əli Kərimli cəmiyyətdə olduğu kimi, “redikül müxalifət” düşərgəsində də tək-tənhadır, hamı ondan məsafə saxlamağa çalışır.
AXCP yenidən qeydiyyat prosesini niyə autsayderlər sırasında keçdi?
Əli Kərimlinin və onun partiyasının sosial dayaqdan məhrum qaldığını təsdiqləyən ən son olaya diqqət çəkək. Ölkəmizdə cari ilin əvvəlində qəbul olunan “Siyasi partiyalar haqqında” yeni Qanuna əsasən partiyalar yenidən qeydiyyatdan keçməlidirlər. Bu prosedur üçün partiyaların qarşısına 5 min üzv tələbi qoyulub. Əli Kərimli kimi iddialı birisinin rəhbərlik etdiyi partiya bu tələbi çox asanlıqla ödəməli idi. Lakin Əli Kərimli indiyədək AXCP üzvlərinin sayı ilə bağlı həmişə şişirdilmiş rəqəmlər səsləndirib. Yenidən qeydiyyat tələbi sabun köpüyünü partlatdı və Əli Kərimlinin illüziyaları suya düşdü. Xatırladaq ki, Əli Kərimlinin partiyası yenidən qeydiyyata alınma prosesini, necə deyərlər, sürünə-sürünə autsayderlər sıasında keçməyə nail oldu. Təkcə belə bir məqamı vurğulamaq kifayətdir ki, AXCP-nin Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıda 5315 nəfər üzvdən 2497 nəfər barədə məlumatlarda saxtakarlıqlar aşkarlandı. O cümlədən məlum oldu ki, 119 nəfər başqa partiyaların üzvləridir, 59 şəxs barədə məlumatlar təkrarlanıb, 609 nəfər isə ümumiyyətlə, AXCP üzvü deyil... Bunlar ondan xəbər verir ki, Əli Kərrimli bütün siyasi çabalamalarını məhz saxtakarlıqlar üzərindən qurur. Sonradan AXCP yenidən qeydiyyat prosesindən kənarda qalmamaq naminə çox tər tökmək məcburiyyətində qaldı.
Əli Kərimlinin mitinq üzqarası
Əli Kərimli həmişə olduğu kimi yenə də “izdihamlı mitinq” nostaljisi ilə yaşayır. Soruşan gərəkdir: Rəhbərlik etdiyi partiyada özü və yaxın qohum-əqrabasından, dost-tanışından başqa heç kim olmadığı halda “izdihamlı mitinq” Əli Kərimlinin harasına yaraşır? Əli Kərimli mitinqlərin keçirilməsi üçün şərait olmamasından giley-güzar edir.
Yenə də yalan, yenə də boşboğazlıq. Burada Əli Kərimlinin yadına bir neçə il bundan əvvəl “Məhsul “ stadionunda təşkil etdikləri mitinqləri salmaq istərdik. Nəqliyyat axınının, gediş-gəlişin gur olduğu bir məkanda Əli Kərimlinin “izdihamlı mitinq” keçirməsinə heç kim mane olmurdu. Həmin mitinqlərin keçirilməsinə müvafiq qaydada icazə verilmişdi. O başqa məsələdir ki, Əli Kərimlinin mitinq çağırışları heç kimi maraqlandırmırdı və stadionda yel vurub yengələr oynayırdı. Yeri gəlmişkən, “redikül müxalifət”in “Məhsul”da düzənlədiyi mitinqlərdə Azərbaycanın müqəddəs aylı-ulduzlu üçrəngli bayrağı ayaqlar altına atılıb tapdandı və buna görə Əli Kərimlinin heç tükü də tərpənmədı. Bu da AXCP sədrinin “müxalifətçiliyinin” başqa bir nişanəsi, daha dəqiq desək, üzqarasıdır...
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

