Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu...
19.09.2023 [16:44]
XİN: Erməni silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmalı, qondarma rejimin buraxılmalıdır
Nardar BAYRAMLI
Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri və separatçı rejimin qanunsuz hərbi dəstələri tərəfindən Ordumuzun mövqelərinin davamlı olaraq atəşə tutması, hərbi təxribatlar törətməsi qəbul edilməzdir. Mövqelərimizin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, düşmənin öz döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasını şərtləndirdi. Rəsmi məlumatlara əsasən, qarşı tərəfin bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Ordumuzun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər təsbit edilib. Bütün bunlar müzəffər Ordumuzun Qarabağ bölgəsində anti-terror əməliyyatı keçirməsini zəruri edirdi və sentyabrın 19-da bu əməliyyat başlandı.
Antiterror tədbirlərinin məqsədi nədir?
Azərbaycanın Xarici İşlər Nazirliyi də Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edilib.
Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.
“Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”-deyə XİN-in bəyanatında vurğulanıb.
Xatırladaq ki, sentyabrın 18-də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin müavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə artan erməni təxribatları barədə ətraflı məlumat verilmişdi. Sözügedən brifinqdə vurğulanıb ki, Azərbaycanın beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərə baxmayaraq, Ermənistan və onun suveren ərazilərimizdə qurduğu qondarma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməyə davam edir. Əksinə, Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla üzləşir.
Ermənistan üçtərəfli Bəyanatı pozur
On min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində yerləşməkdə davam edir. Ermənistan öhdəliklərinə zidd olaraq bu qüvvələri texniki, hərbi, logistik və maliyyə dəstəyi ilə təmin edir. Azərbaycan ərazisindəki silahlı birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Ermənistan 4-cü bəndində erməni silahlı qüvvələrinin Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq çıxarılması tələbinin açıq şəkildə ifadə olunduğu 10 noyabr üçtərəfli Bəyanatını nümayişkaranə şəkildə pozur. Eyni zamanda, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni yerləşdirilmiş radioelektron mübarizə sistemlərindən istifadə xüsusi narahatlıq doğurur. 13 iyul, 24 iyul, 27 iyul, 21 avqust, 1 sentyabr tarixləri də daxil olmaqla son bir neçə ay ərzində, Azərbaycan Hava Yollarının mülki təyyarələri ilə yanaşı, xarici dövlətlərin mülki təyyarələri də radioelektron müdaxiləyə məruz qalıb. Bu müdaxilələr insanların və hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhdiddir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT), habelə Rusiya Federasiyasının sülhməramlı kontingenti bu kimi təhdid xarakterli fəaliyyətlərlə bağlı məlumatlandırılıb.
Ümumiyyətlə, Azərbaycan mövcud problemlərin həll yolunu tapmaqda maraqlıdır və bunu öz vasitəçiliyini təklif edən bütün tərəflərlə səmimi fəaliyyəti ilə sübut edib. Lakin bütün hallarda Ermənistan tərəfi müxtəlif bəhanələrlə əldə edilmiş razılıqları pozub. Bunun yeganə səbəbi isə vəziyyəti uzatmaq, gərginliyi artırmaq və sonda normallaşma prosesini pozmaq olub.
Ermənilər xoşluqla sülhə gəlmirsə...
Görünən odur ki, erməni tərəfi xoşluqla sülhə gəlməyəcək. Ona görə də, Qarabağ ərazisində anti-terror əməliyyatı zərurətə çevrildi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan hərbi birləşmələrini ərazilərimizdən çıxarmalı, revanşist planlardan əl çəkməli, suverenliyimizi və ərazi bütövlüyümuzu pozmağı dayandırmalı, Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməlidir. Eləcə də, qanunsuz rejim buraxılmalıdır. Əgər ermənilər bunu xoşluqla etməyəcəksə, beynəlxalq hüququ və suverenliyimizi dövlətimiz öz gücünə təmin edəcək!
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
23 Sentyabr 22:28

Xəbər lenti
23 Sentyabr 21:49

Xəbər lenti
23 Sentyabr 20:35

Xəbər lenti
23 Sentyabr 20:01

Xəbər lenti
23 Sentyabr 19:59

Xəbər lenti
23 Sentyabr 19:57

Xəbər lenti
23 Sentyabr 19:38

Xəbər lenti
23 Sentyabr 19:19

Xəbər lenti
23 Sentyabr 18:30

Xəbər lenti
23 Sentyabr 18:06

Xəbər lenti
23 Sentyabr 17:44

Xəbər lenti
23 Sentyabr 16:37

İqtisadiyyat
23 Sentyabr 16:36

Xəbər lenti
23 Sentyabr 16:22

Xəbər lenti
23 Sentyabr 16:21

Xəbər lenti
23 Sentyabr 16:18

Xəbər lenti
23 Sentyabr 16:12

Sosial
23 Sentyabr 15:32

Xəbər lenti
23 Sentyabr 15:31

Xəbər lenti
23 Sentyabr 14:33

Xəbər lenti
23 Sentyabr 14:29

Xəbər lenti
23 Sentyabr 14:04

Xəbər lenti
23 Sentyabr 13:27

Xəbər lenti
23 Sentyabr 13:23

Siyasət
23 Sentyabr 13:18

Xəbər lenti
23 Sentyabr 13:06

Xəbər lenti
23 Sentyabr 12:45

Maraqlı
23 Sentyabr 12:36

Xəbər lenti
23 Sentyabr 12:20

İdman
23 Sentyabr 12:08

Xəbər lenti
23 Sentyabr 11:50

Xəbər lenti
23 Sentyabr 11:42

MEDİA
23 Sentyabr 11:40

Analitik
23 Sentyabr 11:32

Siyasət
23 Sentyabr 11:25

Siyasət
23 Sentyabr 11:14

Analitik
23 Sentyabr 11:04

Siyasət
23 Sentyabr 10:55

Siyasət
23 Sentyabr 10:49

Xəbər lenti
23 Sentyabr 10:40

Xəbər lenti
23 Sentyabr 10:35

Xəbər lenti
23 Sentyabr 10:30

Xəbər lenti
23 Sentyabr 10:28

Siyasət
23 Sentyabr 10:25

Xəbər lenti
23 Sentyabr 10:20

Xəbər lenti
23 Sentyabr 10:10

Gündəm
23 Sentyabr 10:00

Xəbər lenti
22 Sentyabr 23:36

Xəbər lenti
22 Sentyabr 20:56

Xəbər lenti
22 Sentyabr 20:48

Dünya
22 Sentyabr 20:41

Xəbər lenti
22 Sentyabr 20:18

Xəbər lenti
22 Sentyabr 19:34

Xəbər lenti
22 Sentyabr 19:31

Xəbər lenti
22 Sentyabr 18:26

Xəbər lenti
22 Sentyabr 17:03

Xəbər lenti
22 Sentyabr 16:45

Dünya
22 Sentyabr 16:21

Xəbər lenti
22 Sentyabr 16:06

Turizm
22 Sentyabr 15:46

Xəbər lenti
22 Sentyabr 15:33

Xəbər lenti
22 Sentyabr 15:15

Xəbər lenti
22 Sentyabr 14:57

Xəbər lenti
22 Sentyabr 14:51

Xəbər lenti
22 Sentyabr 14:30

Xəbər lenti
22 Sentyabr 14:04

Xəbər lenti
22 Sentyabr 13:17

Xəbər lenti
22 Sentyabr 13:11

Xəbər lenti
22 Sentyabr 12:56

Xəbər lenti
22 Sentyabr 12:51
