“Parçala, hökm et” siyasəti: geosiyasi oyunda ABŞ baş rolu ifa edir
17.09.2023 [12:43]
Əli Həsənov
YAP Veteranlar Şurasının üzvü
ABŞ Konqresinin biznes təşkilatı olması faktı ilə dəfələrlə rastlaşmışıq. Bu Konqresin Amerikada mövcud olan erməni diasporunun maliyyəsi hesabına ədələtsiz qərarlar çıxarması da yenilik deyil. 1992-ci ildə Konqresdə erməni lobbisinin təşəbbüsü ilə Azərbaycana birbaşa yardımı qadağan edən ədalətsiz "907-ci düzəliş"in qəbul edilməsi də bu “işbirliyi"nin nəticəsidir.
Həyatda ikiüzlü adamın mövcudluğu reallıqdır və bunu beləcə də qəbul edirik. Amma dövlətin ikiüzlü, çoxsifətli olması, üzdə bir şey deyib, əməldə başqa mövqe sərgiləməsi heç cür anlaşılan deyil. ABŞ də belələrindəndir. Həmişə yüksək səviyyədə bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, Qarabağı da Azərbaycanın tərkib hissəsi kimi qəbul edirik. Di gəl ki, əməldə tamamilə fərqli mövqe nümayiş etdirirlər. Bu “ədalət carçısı” 30 il Azərbaycan torpaqlarını işğal edən, şəhərləri, kəndləri viran qoyan, bir milyon insanı yurdundan didərgin salan Ermənistana bir dəfə də olsun konkret söz demədi, əksinə, “humanitar yardım” pərdəsi altında işğalçıya arxa, dayaq durdu və bu gün də eyni missiyanı davam etdirir.
Mən rəhbər işdə çalışdığım vaxtlar ATƏT-in Minsk Qrupunun üzvləri, o cümlədən Amerikanın nümayəndəsi ilə dəfələrlə görüşmüşəm. Hər dəfə ikili yanaşmalar, çoxtərəfli standartlar barədə onlara verdiyim suallar cavabsız qalıb. Mən onda bir daha əmin oldum ki, bu siyasi oyunda ABŞ baş rolu ifa edir və məqsəd münaqişəni həll etmək deyil, onu qəsdən uzatmaqdır. Sonrakı tarixi hadisələr və bu gün baş verən olaylar da bunu bir daha təsdiq etdi. Təəssüf ki, bu məkrli siyasətin bu gün də şahidi oluruq. Bir tərəfdən dövlətin yüksək çinli nümayəndələri Qarabağda qondarma rejimin “seçki” oyununu tanımadıqlarını bəyan edirlər. Digər tərəfdən isə Konqresdə yığışıb Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar, Yuri Kimi oyuncaq alət kimi ortaya atıb aranı qarışdırırlar. Aydındır, məqsəd tərəflər arasına barışığa imkan verməmək, münaqişəni qızışdırmaq və Cənubi Qafqazda nəzarəti ələ keçirməkdir.
Son 50 ilin hadisələrinə nəzər salaq. ABŞ müxtəlif bəhanələrlə ayağını hansı ölkəyə qoyubsa, orada rahat həyat pozulub, yaşayış məskənləri dağıdılıb, milyonlarla insan məhv edilib, dünyanın dörd tərəfini dolaşan, min əzabla üzləşən saysız-hesabsız miqrant ordusu yaranıb. Əfqanıstan, İraq, Liviya kimi dövlətlərdə həyatın iflic olmasının, Asiyada, Afrikada qarşıdurmaların getdikcə artmasının, Ukraynada müharibənin qızışdırılmasının baiskarı məhz Amerikadır. “Parçala, hökm et” siyasətini yürüdən ABŞ-nin yalnız bir məqsədi var: dünyaya ağalıq, hökmranlıq etmək! Bu çirkin niyyətə çatmaq üçün isə ona baş əyməyən dövlətləri və onların xalqlarını məhv etmək!
Tarixən dünyaya ağalıq xülyasına düşənlər çox olub və onların acı taleyi də hamıya məlumdur. Milyonlarla yerli əhalinin tökülən nahaq qanı hesabına qurulan ABŞ-ni də bu tale gözləyir. Çünki atalar yaxşı deyib: “Su qabı suda sınar”.
Nahaq qan tökənin, ədalətsizin haqdan, demokratiyadan, ədalətdən dəm vurması sadəcə gülünc görünür.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03

