Bir ovuc erməninin əlində girova çevrilmiş supergüc...
17.09.2023 [12:04]
Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü, elmlər doktoru
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 gündə əldə etdiyi böyük qələbəmizi həzm etməyən xarici ölkələrdən demək ki, təkcə Fransa deyilmiş. Özünü dünyaya haqq-ədalət beşiyi kimi sırıyan, uydurduğu demokratiya nağılları ilə digər xalqların beyinlərini dolduran ABŞ də erməni riyakarları ilə eyni cəbhədə dayanaraq, onlarla həmrəylik nümayiş etdirməkdədir. Son günlər regionumuzda baş verən hadisələrə ikiüzlü yanaşmaları, daha dəqiq ifadə etsək, Qarabağdakı separatçılara verdikləri gizli-aşkar dəstək bu supergücün başqaları ilə müqayisədə Azərbaycana münasibətdə həmişə ikili standartlar nümayiş etdirdiyinin əyani sübutudur. Ona görə ABŞ Senatında təşkil olunan anti-Azərbaycan dinləmələri və bu dinləmələr zamanı xüsusən Dövlət Departamenti rəsmisinin “Dağlıq Qarabağ xalqının hüquqları” terminini dilə gətirməsi, bəzi amerikalı siyasətçilərin bir ovuc Qarabağ erməniləri ilə bağlı Azərbaycan hökumətini hətta soyqırımında günahlandırmaları, bir müddət öncə dövlət katibi Entoni Blinkenin Laçın yolu ilə eyni anda Ağdam-Xankəndi yolunun açılmasının vacibliyi ilə bağlı açıqlamasının çox keçmədən erməni lobbisinin təsiri ilə unudulması, ancaq birinci yolun açılması ilə əlaqədar sayıqlamaları və ən əsası onların dövlət başçımızın həyata keçirdiyi Qarabağ siyasəti ilə əlaqədar ifadə etdikləri fikirlər haqlı olaraq cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Ancaq indi və əvvəl baş verənlər rəsmi Vaşinqtonun bizim haqq məsələmizə sərgilədiyi münasibətdə nə birinci, nə də sonuncu olacaq.
Hələ I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən torpaqlarımızın 20 faizininin işğal edilməsinə baxmayaraq, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə "Azadlığa Dəstək" Aktına qəbul edən və Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan məlum “907-ci düzəliş” edənin ABŞ Konqresi olduğunu unutmadıq. Elə bu yaxınlarda Los-Anceles şəhərindəki Baş konsulluğumuzun qarşısında yerləşən meydanın adının dəyişdirilərək, “artsax respublikası” adlandırılan da və ya qondarma rejimin nümayəndəliklərinin təsis edildiyi də başqa ölkə deyil, məhz ABŞ-dir.
İllərdir Qarabağ probleminin həlli ilə bağlı üzərinə böyük missiya götürmüş, boş-boşuna xərclənmiş 30 il müddətində həmin problemin həllində irəliyə doğru bir kiçik addım atmayan və Müzəffər Ordumuzun qüdrəti, xalqımızın "Dəmir yumruq” kimi birliyi, şəhid və qazilərimizin canı-qanı bahasına Böyük Zəfərlə başa çatan Vətən Müharibəsi ilə problemin birdəfəlik həll edilməsi ilə tarixin arxivinə gömülmüş Minsk Qrupunun üç həmsədr ölkəsindən birinin də ABŞ olduğunu yaxşı xatırlayırıq. Odur ki, bu ölkənin belə bir ədalətsiz davranışlarının səbəbləri aydın olmasa da, əslində bu addımlardan hardasa təəccüblənməmək olar.
Söz yoxdur ki, ABŞ-nin saymaqla bitməyən yanlış addımlarını düzgün olaraq ilk növbədə bu ölkədəki güclü erməni lobbiçilərin fəaliyyətinin nəticəsi ilə əlaqələndiririk. Çünki bu faktor istər münaqişədən əvvəl olsun, istərsə də postmünaqişə dövründə Minsk qrupunun hər bir təmsilçi ölkələri münaqişə tərəflərinə münasibətdə ayrı-seçkilik nümayiş etdirərək, bir növ ölkəmizin regionda yaratdığı yeni reallıqları qəbul etməyə mane olur. Çox təəssüflər olsun ki, o erməni lobbilərinin çirkin yollarla təsir dairəsinə düşən bu güc mərkəzləri I Qarabağ müharibəsində Azərbaycanın torpaqlarının 20 faizi işğal olunanda bu baş verənlərə göz yummaqla yanaşı, bir çox hallarda erməni işğalçılardan siyasi, iqtisadi, hərbi dəstəyini belə əsirgəmirdilər, onların törətdikləri soyqırımıları, vəhşilikləri, evlərindən-eşiklərindən güclə didərgin salınmış dinc sakinlərimizin əmlaklarını yağmalamalarını gözardı edirdilər. İndi də işğaldan azad olunan ərazilərdə Azərbaycanın yalnız öz daxili imkanları hesabına ərsəyə gələn nəhəng infrastruktur layihələri qısqanclıqla qarşılayırlar.
Görünən odur ki, Fransa kimi okeanın o tayı da müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, Azərbaycan-Ermənistan qarşıdurmasının yenidən alovlanmasında maraqlıdırlar. Belə olmasaydı, bu il sentyabrın 9-da keçirilən qondarma seçkilərin Azərbaycanla Ermənistan arasında apardığı kövrək sülh danışıqlarına böyük zərbə vuracağının fərqinə varmaqla, bu addımı heç olmasa sözdə pisləyən ciddi bir açıqlama verərdilər. Amma bu olmadı.
Bəli, bu gün dünya üzrə ən çox ehtiyac duyulan mövzuların başında ədalət gəlir. Əsas məsələ də ondadır ki, ölkən böyük, qüdrətli, sözün də hər yerdə keçərli ola bilər. Amma bu böyüklüyündən sui-istifadə edərək beynəlxalq ədaləti hər yerdə bərqərar etmək əvəzinə onları yeri gələndə ayaqlar altına sərə bilirsənsə, gerçəkliyin yox, yalanın, xeyrin yox, şərin yanında yer almağın əslində sənin böyük yox, cılız olduğuna dəlalət edir.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

