“ABŞ Azərbaycana münasibətdə özündən xoxan düzəltmək istəyir”
15.09.2023 [14:52]
Qüdrət Həsənquliyev: “Amma anlamırlar ki, ərazi bütövlüyünün bərpası üçün xalqımız hər cür fədakarlığa hazırdır”
Dünyada bir çox qanlı savaşların başlaması, yaxud davam etməsi dünyanın super gücü kimi ABŞ-ın yürütdüyü riyakar və ikiüzlü siyasətinin nəticəsidir.
Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında ABŞ dövlət katibinin müavini Juri Kimin Senatın beynəlxalq əlaqələr komitəsində “Birləşmiş Ştatlar Azərbaycanın “Dağlıq Qarabağ xalqına” hər hansı hücumuna və hərbi addımlarına dözməyəcək” kimi uddialarına münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
BAXCP sədri qeyd edib ki, Ermənistandan 250 min, Qarabağdan və ətraf rayonlardan 750 min müsəlman azərbaycanlının Ermənistanın etnik təmizlənmə siyasətinə məruz qalmasına, Azərbaycanın 20 % torpaqlarının işğalına və 30 il işğal altında qalmasına dözən, Qarabağdakı işğalçı rejimə maliyyə yardımı edən, Ermənistana güldən ağır söz deməyən, onu işğalçı dövlət kimi tanımayan ABŞ Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa edəcəyinə dözməyəcəyini deyir: “Bu gün dünyada ABŞ-a səmimi olaraq inanan və hörmət edən barmaqla sayılacaq qədər ölkə ola, ya olmaya. Sadəcə, ölkələr onun məkrli siyasətindən qorxub onunla hesablaşır və özlərini elə göstərirlər ki, sanki ona hörmət edirlər.
ABŞ yeni savaşı önləmək üçün deməkdən ki, Qarabağda yaşayan erməni sakinlər Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmalı və Ermənistan da bu işə kömək etməlidir, görün nə deyir. 1992-ci ilin sonlarında, öz dövlətinin ərazilərini qorumaq istəyən böyük vətənpərvər və demokrat Elçibəyin prezidentliyi zamanı, Azərbaycan Ermənistanın işğalına məruz qalarkən, ABŞ Azərbaycana sanksiya tətbiq etməklə və öz tarixinin ən ləyaqətsiz səhifələrindən birini yazdı. Özünün sonradan dovşan kimi qaçdığı Əfqanıstanda hərbi əməliyyatları zamanı Azərbaycana ehtiyacı yarandı və həmin sanksiyaların tətbiqini hər il təxirə saldı. Kim indi bəyan edir ki, dövlət departamenti sanksiyaların tətbiqinin növbəti dəfə təxirə salınması üçün müraciət etməyib.
ABŞ Azərbaycana münasibətdə özündən xoxan düzəltmək istəyir, amma anlamırlar ki, ərazi bütövlüyünün bərpası üçün xalqımız hər cür fədakarlığa hazırdır. ABŞ rəsmiləri bu kimi açıqlamaları ilə özlərini ifşa edir, nifrət hədəfinə çevirirlər. Azərbaycan öz ərazilərində kimin nə deməsindən asılı olmayaraq dövlət suverenliyini bərpa edəcək.
ABŞ aldadıb nüvə silahını aldığı və məhv olma təhlükəsi ilə üz-üzə qoyduğu Ukraynaya ciddi yardım göstərmək haqqında düşünməlidir, yoxsa erməni diasporasının pullarına və dəstəyinə görə başqa işğalçı dövləti və seperatizmi dəstəkləməməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

