/ / BMT-nin ali komissarı regiondakı son vəziyyətlə bağlı Azərbaycanın mövqeyi barədə məlumatlandırılıb
BMT-nin ali komissarı regiondakı son vəziyyətlə bağlı Azərbaycanın mövqeyi barədə məlumatlandırılıb
13.09.2023 [14:20]
Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və BMT arasında insan hüquqları sahəsində cari əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin insan hüquqları mexanizmləri ilə konstruktiv dialoq və qarşılıqlı etimad çərçivəsində fəal şəkildə əməkdaşlıq etdiyini bildirib. İnsan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb.
Regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdıran nazir Ceyhun Bayramov Ermənistanın davam edən hərbi-siyasi təxribatlarından, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarından söz açıb, bu kimi addımların bölgədə sülh və sabitliyə xidmət etmədiyini, yerli erməni əhalisinin reinteqrasiyasına əngəllər törətdiyini diqqətə çatdırıb.
Görüşdə 30 ilə yaxın işğal dövründə Ermənistanın müharibə cinayətləri, insanlığa qarşı cinayətlər törətdiyi, o cümlədən etnik təmizləmələr həyata keçirdiyi qeyd olunub.
Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassız olduğu, Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlarının, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına törədilən maneçiliklərin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin hələ də çıxarılmamasının sülhə və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.
Görüşdə, həmçinin nazir Ceyhun Bayramov münaqişə başa çatmasına və bölgədə sülh perspektivinin yaranmasına baxmayaraq hələ də insan hüquqları ilə bağlı ciddi problemlərin qaldığını, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış yüz minlərlə minanın günahsız insanların həyatına son qoymaqda davam etdiyini, bərpa və quruculuq işlərini, habelə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnu əngəllədiyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

