QAİ ABŞ-ı insan hüquqları məsələsində ayrı-seçkiliyə son qoymağa çağırıb
12.09.2023 [15:28]
Amerika Birləşmiş Ştatlarının (ABŞ) bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarına sadiqliyinə ziddir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
“Biz Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin 2023-cü il sentyabrın 10-da verdiyi bəyanatı qeydə aldıq. O, bəyanatında Ermənistan və Azərbaycan arasında istənilən sülh razılaşmasının Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalı olduğunu vurğulayır və Bakı ilə Qarabağın sakinləri arasında dialoqa çağırış edir.
Biz çox təəssüf edirik ki, Dövlət katibi Blinken Ermənistandan zorla qovulmuş azərbaycanlıların məsələsinə toxunmayıb. Məlumdur ki, Ermənistan öz ərazisindən azərbaycanlıların hamısını zorla çıxarıb və onları öz evlərinə qayıtmaq hüququndan məhrum etməkdə davam edir. Ermənistan bu məsələdə Qərbi Azərbaycan İcması ilə dialoqa belə razılıq verməyib.
Bunun əksinə olaraq, Azərbaycan 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra ermənilərin Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmışdır. Azərbaycan, həmçinin Qarabağda yaşayan ermənilərlə təmaslar istiqamətində fəal addımlar atır və onları cəmiyyətə inteqrasiya etməyə çalışır. Bundan əlavə, ermənilər Qarabağ bölgəsindən kənar Azərbaycanın ərazilərində tamhüquqlu vətəndaş kimi yaşayırlar.
Bu konteksti nəzərə alsaq, ABŞ-ın bizim haqq işimizə heç bir məhəl qoymaması onun insan hüquqlarının qlobal miqyasda müdafiəsi ilə bağlı bəyan etdiyi sadiqliyinə ziddir. Bu, ondan xəbər verir ki, ya ABŞ-ı etnik azərbaycanlıların insan hüquqları maraqlandırmır, ya da bu dövlət, əhali qrupunun etnik təmizləməyə məruz qalmasından sonra onun taleyi ilə maraqlanmağı dayandırır. Bu, bizdə ciddi narahatlıq doğurur. Dövlət katibi Blinkenə məktubla müraciət etməyimizi və onun cavabsız qalmasını nəzərə alsaq, ABŞ hökumətinin bu mövqeyi xüsusilə məyusedicidir.
Biz təkidlə ABŞ Hökumətini insan hüquqları məsələsində ayrı-seçkilik yanaşmasına son qoymağa və Ermənistandan qovulmuş azərbaycanlıların qanuni evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını dəstəkləməyə çağırırıq. Biz, həmçinin ABŞ Hökumətindən Ermənistan üzərində təsir imkanlarından istifadə edərək bu dövlətin bizim İcma ilə məzmunlu dialoq aparmağa başlamasını təmin etməyi xahiş edirik”, - deyə bəyanatda vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

