Natamam “iqtisadçının” siyasi savadsızlığı
12.09.2023 [10:46]
Son vaxtlarda sosial şəbəkələrdə REAL partiyasının icra katibi Natiq Cəfərlinin absurd paylaşımlarına tez-tez rast gəlinir. REAL-ın təmsilçisinin fikirləri əslində, reallığı əks etdirmir, bir sıra hallarda utopik və populizm səciyyəsi daşıyır. Natiq Cəfərli özünü Azərbaycan cəmiyyətinə “iqtisadçı” kimi təqdim edir, hərçənd ki, onun ehtimal etdiyi iqtisadi proqnozlar heç vaxt özünü doğrultmur. Bu da ilk növbədə Natiq Cəfərlinin iqtisadi təhlillər üzərindən siyasi manipulyasiyalar etmək cəhdləri ilə bağlıdır. O, daim oxucuları, cəmiyyəti çaş-baş salmaqdan ötrü məqsədli şəkildə reallığın astar üzünü təqdim edir, təhriflərə yol verir. REAL yetkilisinin Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlı ifadə etdiyi fikirlər bu qənaəti daha da möhkəmləndirir və natamam “iqtisadçının” siyasi cəhətdən də savadsızlığını ortaya qoyur.
Natiq Cəfərlinin qərəzi
Özünü çox bilmiş kimi göstərməyə çalışan Natiq Cəfərli ərz edir: “Bizdə problem odur ki, YAP özü də klassik anlamda partiya, iqtidar partiyası deyil, iqtidarda təmsilçiləri olan partiyadır - bu fərqli anlayışlardır. YAP-ın siyasi xətti, ideoloji kimliyi, istiqaməti məchuldur. Yeri gələndə millətçi-türkçü olurlar, bəzən “sollaşırlar”, bəzən “sağa” dönüş edirlər, birdən “multikulturalist” donu geyinirlər, çox vaxt da hər vəziyyətə uyğunlaşıb sadəcə, siyasi diskursu yola verirlər. Çox istərdim ki, yeni siyasi dönəmdə əsas siyasi rəqibimiz olan YAP-ın ideoloji kimliyini bilək, ona uyğun da alternativlər yaradaq”.
Natiq Cəfərlinin belə fikirlərdə bulunması siyasi konfiqurasiyada rəqabət mühitinin olmasını “arzulayan” REAL yetkilisinə heç bir halda başucalığı gətirmir . Natiq Cəfərlini tanımayanlar onun absurd paylaşımı ilə tanış olduqda deyərlər ki, bu fikirləri yazan Azərbaycanın siyasi palitrasından tamamilə bixəbərdir. Ancaq yox, Natiq Cəfərli Aydan, kosmosdan gəlməyib, ölkənin siyasi mühitinin içindədir və prosesləri də yaxından izləyir. Sadəcə, siyasi qərəzi, YAP-ın uğurlarını həzm edə bilməməsi onu reallığa əyri güzgüdən baxmağa sövq edib. Bu qədər bəsit!
Xalqın təkidi və inamı ilə hakimiyyətə gələn YAP
Yeni Azərbaycan Partiyasını iqtidar partiyası hesab etməyən Natiq Cəfərliyə qısaca yaddaş xatırlatması etmək istərdik. YAP Azərbaycan xalqının istək və arzularının nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilib və Heydər Əliyev onun sədri seçilib. Siyasət tarixində yarandığı vaxtdan cəmi bir neçə ay sonra hakimiyyətə gələn çox az sayda partiyanın adını çəkə bilərik. Özü də hər kəs yaxşı bilir ki, Yeni Azərbaycan Partiyası iqtidara sələflərindən fərli olaraq iqtidara əyri yollarla, populist vədlərlə gəlmədi. YAP-ın iqtidar partiyasına çevrilməsi xalqın, cəmiyyətin təkidinə və böyük inamına əsaslanır. Natiq Cəfərli həmin dövrün mənzərəsini, yəqin ki, unutmayıb. 1993-cü ilin yayına doğru ölkədə vəziyyət kritik dərəcədə ağırlaşmışdı. AXC-”Müsavat” iqtidarının bir illik hakimiyyəti respublikamızı uçurumun kənarına gətirib çıxarmışdı. Ölkədə xaos, anarxiya, tənəzzül, sosial gərginlik pik həddə çatmışdı. Ön xəttə ardıcıl uğursuzluqlar yaşayırdıq. Vətəndaş qarşıdurması tam real idi. Belə bir vəziyyətdə xalq yeganə nicat yolunu o dövrdə Naxçıvanda xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyevi Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində gördü. Xalq, cəmiyyət nəinki yeni yaranan bir partiyanın - YAP-ın sədrinin ölkənin siyasi rəhbərliyinə gəlməsini arzulayırdı, hətta bunu qətiyyətlə təkid edirdi. YAP sədri Heydər Əliyev bu çağırışa “hə” cavabını verdi və belə perspektivi aydın olmayan bir dövrdə Azərbaycana rəhbərlik etməyin məsuliyyətini öz üzərinə götürdü.
1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqımızın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev 98.80% səslə qalib gəldi və bununla da YAP iqtidar partiyası kimi özünü təsdiq etdi. Partiya “Yeni, müstəqil Azərbaycan uğrunda” ideyasından çıxış edərək, dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə başladı.
YAP-ın Azərbaycanın alternativsiz iqtidar partiyası olmasının tarixi həmin dövrdən başlayaraq bu günə qədər davam edir. 2003-cü il oktyabrın 15-də keçirilən növbəti prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli varisi olan İlham Əliyev yenə də xalqın böyük inamı əsasında ölkənin Prezidenti seçildi. Heydər Əiyev yoluna sonsuz sadiqlik nümayiş etdirən İlham Əliyev YAP-ın Sədridir. Ölkədə keçirilən bütün seçkilərin qalibi məhz Yeni Azərbaycan Partiyasıdır. Bütün bunların müqabilində Natiq Cəfərli necə iddia edə bilər ki, YAP iqtidar partiyası deyil?
YAP-ın ideoloji kimliyi bəllidir, proqramı tam şəffaf və aydındır
Natiq Cəfərli hər bir partiyanın ideoloji kimliyini müəyyənləşdirməsinin zəruri olduğunu bildirir. Onun təmsil etdiyi REAL-ın hansı ideoloji cəbhədə yer aldığını, fəaliyyət istiqamətlərini hansı tezislər əsasında müəyyənləşdirdiyini deyə bilmərik. YAP-ın isə ideoloji kimliyi bəllidir, partiyanın proqramı tam şəffaf və aydındır. Güman etmirik ki, Natiq Cəfərlinin internetə çıxış imkanları məhduddur və yaxud heç yoxdur. Belə isə bəs, o, nə üçün qısa axtarış edib Yeni Azərbaycan Partiyasının hamıya açıq olan proqramı ilə tanış olmaq fürsətini əldən verib? Axı YAP öz proqramını heç kimdən gizlətmir, bu sənəd internetdə hamıya açıqdır. Yeni Azərbaycan Partiyasının son proqramı İdarə Heyətinin qərarı ilə 29.12.2021-ci il tarixində təsdiqlənib. Sənəddən də bəlli olduğu kimi, YAP siyasi varisliyin təmin olunmasını, başqa sözlə desək,
Heydər Əliyev yolunu özünün əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirib. Proqramda qeyd olunduğu kimi Heydər Əliyev yolu:
-milli maraqların üstünlüyü;
-güclü, müstəqil, hüquqi, demokratik dövlət;
-inkişaf edən şaxələndirilmiş iqtisadiyyat;
-idarəçilikdə və milli ideologiyada varislilik;
-azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər üzərində qurulub. Bütün bunlar isə YAP-ın ideoloji kimliyini, eyni zamanda, Natiq Cəfərlinin qərəzini, siyasi səriştəsizliyini və məsuliyyətsizliyini ortaya qoyur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29

