Vaqif Xaçaturyanın üzləşməsi...
09.09.2023 [10:55]
Meşəli faciəsinin iştirakçısı olan cani ədalət mühakiməsində
2023-cü il iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyanın cinayətkar əməlləri ifşa edilir.
25 nəfəri öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfəri didərgin salıb...
Xatırladaq ki, 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulub, həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə 1991-ci il dekabrın 22-də Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə kəndə silahlı basqın edib. O, 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb. Bundan başqa, Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub. Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xaçaturyan etiraf edib
Qeyd edək ki, cinayət işi ilə bağlı Azərbaycan ordusunun hərbi qulluqçusu, ehtiyatda olan polkovnik Azay Kərimov Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyanla üzləşdirilib. Bu barədə A.Kərimov bloqunda yazdığı yazıda açıqlama verib. Azay Kərimov bildirib ki, Xaçaturyan Bakıya gətirildikdən sonra DTX-dan onunla əlaqə saxlayaraq görüşüblər. Ondan Vaqif Xaçaturyanı tanıyıb-tanımadığını soruşublar: “Dedim: “Tanıyıram. Əsl adi Vaqif, “kliçka”sı Vladikdir! Stepanakertdə (Xankəndi) ermənilər ona Vladik deyirdilər”. Daha sonra əlamətlərini soruşublar. A.Kərimov bildirib ki, Vaqif Xaçaturyanın sol qolunun qatlanacaq hissəsində damar dağıntısı izi və çapıq olmalıdır. Bundan sonra polkovnik Azay Kərimov DTX əməkdaşları ilə Badamdara hospitala gediblər və baxış kecirilib. “Meşəli hadisəsinə qədər biz Vaqifi (Vladiki) 15 may 1991-ci ildə gecə dörd nəfər silahdaşı ilə birlikdə həbs etmişdik. Vaqif məni tanıdı və mənim tərəfimdən döyüldüyünü də dedi. Dünənki üzləşmədə Vaqif hər şeyi etiraf etdi”-deyə A.Kərimov vurğulayıb.
Vaqifi “satan”lar...
Onun sözlərinə görə, Vaqif Xaçaturyan Meşəli faciəsinə kimi Xankəndidə yaşayan 30000 azərbaycanlı ailəsinin bu şəhərdən min cür işgəncə ilə, öldürülmək və yandırmaq yolu ilə qovulmalarının ən fəal iştirakçılarından biri olub. “O, Xankəndi Cinayət Axtarış Şöbəsinin rəisi Qəribin (Qarik) dəstəsində olaraq, milli münaqişələri qızışdıranlardan olub. İlk dəfə bizim tərəfimizdən buna görə həbs olunmuşdu. Vaqif həbs olunub Şuşa türməsinə gətirildikdən sonra gecə dişi ilə sol damarını çeynəyib dağıtmışdı ki, qanaxmadan ölsün. Şuşa xəstəxanasında damarını tikdirdik. Gecə tikişi yenə dişi ilə sökmək istəyəndə üstünə düşdük və bu dəfə xüsüsi nəzarətə götürüldü. Əslində hələ o vaxt Vaqif özü-özünə ölüm hökmü çıxarmışdı. Üç aydan sonra Vaqifi Bakıdan Şuşaya ezam olunmuş prokuror və müstəntiqlər böyuk pul qarşılığında satıblar. Vaqif özü belə dedi”-deyə polkovnik qeyd edib. A.Kərimovun sözlərinə görə, o zaman buraxıldıqdan 9 ay sonra Vaqif dəstəsi ilə Meşəli faciəsini törədib, 25 nəfər sakini öldurüb, azərbaycanlıları əsir götürüb və onlara dözülməz işgəncələr verib. Xocalı hadisəsində iştirak edib və sakinləri öldürüb.
Meşəli sakinləri ilə danışmaq istəməyib
“Vaqif öz dilindən başqa Azərbaycan və rus dillərində sərbəst danışır. Dünənki üzləşmədə Vaqif meşəli sakinləri olan 3 nəfəri barmaği ilə göstərərək onları tanıdığını, onların həmişə ermənilərə işlədiklərini, ermənilər ilə oturub-durduqlarını, həmişə ermənicə danışdıqlarını, ermənilərlə həmişə içki içdiklərini, öz millətini, kəndlilərini sevmədiklərini göstərdi. Bildirdi ki, belələri çoxdur, onlardan yalnız üçü buradadır”-deyə A.Kərimov açıqlamasında vurğulayıb. Vaqif müstəntiqə həmin Meşəli sakinləri ilə danışmaq istəmədiyini bildirib. Xatırladaq ki, Azay Kərimov 1965-ci ildə Şuşa rayonunun Malıbəyli kəndində doğulub. Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbində oxuyub. 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır.
MƏNSUR
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

