Ermənilərin sentyabr təxribatları
08.09.2023 [11:15]
Nardar BAYRAMLI
Son zamanlar Ermənistan Azərbaycanla şərti dövlət sərhədində hərbi təxribatların sayını artırıb. Sentyabr ayı başlayandan sonra isə təxribatlar daha da intensivləşib. Ümumiyyətlə, son illərin xronologiyasına nəzər yetirsək, erməni tərəfi məhz sentyabrda daha çox təxribatçı addımlar atıb.
1 sutkada atəşkəsin 57 dəfə pozulması...
Faktlara diqqət yetirək. 7 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 50 dəfə pozub. Belə ki, Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan, Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub. “Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb”,-deyə məlumatda vurğulanıb.
Həmin ilin 8 sentyabrında isə Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 57 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur: “Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb”.
Bir gün sonra - 9 sentyabrda Ermənistan tərəfi atəşkəs rejimini 51 dəfə pozaraq hərbi təxribatlar törədib.
Təxribatlara qarşı əks-hücum əməliyyatı
Məhz ermənilərin artan təxribatlarına cavab olaraq Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etdi. Həmin ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq hərbi əməliyyatlar dayandırıldı.
44 günlük müharibə nəticəsində ordusu darmadağın olan Ermənistan 2021-ci ilin sentyabrında genişmiqyaslı hərbi təxribatlar törətməyə cəsarət etməyib, fasilələrlə mövqelərimizi atəşə tutub. Amma havadarlarının dəstəyi və revanşistlərin təzyiqi ilə 2022-ci ilin sentyabrında yenə rəsmi İrəvan şərti dövlət sərhəddində geniş hərbi təxribata əl atdı. Həmin ilin 12 sentyabrında düşmən ağır silahlarla ordumuzun mövqelərini atəşə tutdu. Ordumuzun düşmənə cavabı isə sarsıdıcı oldu. 12-14 sentyabr tarixlərində davam edən döyüşlərdə erməni tərəfi 250-ə yaxın hərbçisini, xeyli texnika və mövqelərini itirdi.
Bu ilin sentyabrının ilk günündə də Ermənistan “ənənəsinə” sadiq qalaraq ordumuzun mövqelərini ağır silahlardan atəşə tutub. 1-2 sentyabr tarixlərində düşmən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan, artilleriyadan atəşə tutub, eləcə də zərbə PUA-larından istifadə edib. Bu dəfə də rəşadətli ordumuz qarşı tərəfə layiqli cavab verib. Belə ki, düşmənin 3 hərbçisi öldürüldü, biri isə yaralandı. Həmçinin bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib. Eləcə də Ermənistan ordusuna aid PUA-nın səyyar yerüstü idarəetmə stansiya məhv edilib və əməliyyatın video-görüntüsü Müdafiə Nazirliyi tərəfindən yayılıb. Sentyabrın 2-dən sonra vəziyyət nisbətən səngisə də, erməni tərəfi hər gün bir neçə dəfə təxribatlar törədir, mövqelərimizi atəşə tutur. Ordumuz isə qarşı tərəfə tutarlı cavablar verir.
Hərbi ekspert: Təxribatlara birdəfəlik son qoyulmalıdır
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan həmişə təxribatlar törədib və bütün təxribatların qarşısı ordumuz tərəfindən alınıb. 2020-ci ildə qazanılan böyük qələbəni xatırladan E.Həsənlinin sözlərinə görə, Azərbaycan bölgədə sülhün tərəfdarıdır. Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması üçün Rusiya, ABŞ və Avropa İttifaqı vasitəçilik edir, təşəbbüslərlə çıxış edirlər. Lakin Ermənistan öz havadarlarının tapşırığı ilə sülhə gəlmək istəmir. Ona görə də, davamlı olaraq hərbi təxribatlar törədir.
“Ermənistan hər dəfə təxribatları Azərbaycanın üzərinə atmağa çalışsa da, sonda özünü ifşa edir. İfşa olunanda Paşinyan günahı revanşistlərin üzərinə atdı və dedi ki, onlar ruspərəst generallardır. Həmin vaxt orduda müəyyən kadr dəyişiklikləri etdi. Amma biz görürük ki, təxribatlar hələ də davam edir”-deyən ekspert qeyd edib ki, bu ay da erməni tərəfinin hərbi təxribatları səngimək bilmir. Ona görə də, buna birdəfəlik son qoymaq lazımdır. Elə etməliyik ki, ermənilər belə hərəkətlərə bir daha cəsarət etməsin, sülhə gəlsin. Həm şərti dövlət sərhədində, həm də Qarabağda mövcud olan qanunsuz hərbi dəstələrin törətdiyi təxribatların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Xəbər lenti
Hamısına baxSosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54

