DTX xəbərdarlıq etdi!
08.09.2023 [10:10]
AXCP sədri isə düşmənə məlumat ötürməkdə davam edir
İnformasiya təhlükəsizliyi hər bir dövlət üçün müstəsna önəm daşıyır. Çünki bu amil, həm də milli təhlükəsizlik məsələsidir. Təəssüf ki, bir neçə gündür vətəndaşlar sosial şəbəkələrdə ordumuzla bağlı faktlara əsaslanmayan məlumatlar yayır, eləcə də hərbi kolonların hərəkətinin videogörüntülərini paylaşırlar. Bu da ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlara xəbərdarlıq edib. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək. Bildiririk ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq. Eyni zamanda, vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur”.
Ermənistanın havadarlarının təhriki ilə yeni manipulyasiyalara əl atdığı, son vaxtlar hərbi təxribatların sayını artırdığı indiki həssas dönəmdə informasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Biz hazırda dövlət və cəmiyyət olaraq işimizi, fəaliyyətimizi, necə deyərlər, iki cəbhədə qurmalıyıq - bir tərəfdən Ermənistanın və onun havadarlarının gözlənilən hər cür təxribatına hazır olmalıyıq, ayıq-sayıqlığımızı birə beş qat artırmalıyıq, digər tərəfdən isə planlarımızı, düşmənə cavab tədbirlərimizi maksimum dərəcədə gizli saxlamalıyıq. Hansı dövlət, hansı cəmiyyət düşmənin pusquda dayandığı bir vaxtda öz sirlərini açar və bundan qarşı tərəfi xəbərdar edər? Sadə məntiqlə bütün hallarda suala net olaraq “yox” cavabı gəlir.
Qeyd etdiyimiz kimi, son günlər bir çox vətəndaşlar ordumuzun yeni hərbi əməliyyatlara başlayacağı barədə əsassız məlumatlar paylaşırlar. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bu cür informasiyaların yayılmasının yolverilməz olduğunu bəyan edib. Diqqətçəkən məqam ondan ibarətdir ki, təkcə sıravi vətəndaşlar deyil, özünü “siyasətçi” hesab edən edən bəzi partiya sədrləri də bu cür hallara yol verirlər. Belə ki, AXCP sədri Əli Kərimli Azərbaycan Ordusunun hərbi əməliyyatlara hazırlaşdığını iddia edir. Əlbəttə ki, qeyri-ciddi davranış özünü siyasətçi, partiya sədri hesab edən şəxsə yaraşmaz. Ancaq belə görünür ki, dövlət sirrinə, informasiya təhlükəsizliyi məsələsinə münasibətdə məsuliyyət hissi AXCP sədri Əli Kərimlidə qətiyyən yoxdur.
Xatırladaq ki, ötən ay da Əli Kərimli Qənimət Zahidlə “Azərbaycan saatı”nda açdığı “diskussiya” zamanı eyni səhvləri təkrarlamışdı. Həmin müsahibədə də AXCP sədri Azərbaycanda guya keçmiş hərbçilərin təlimlərə cəlb olunmasından danışırdı. Əvvəla, respublikamızda belə bir çağırış kampaniyası elan olunmayıb, yayılan video-görüntülərin əksəriyyəti əvvəlki illərdə çəkilib. Həmin vaxt qəzetimizdə bu barədə yazı yazmışdıq. Həmin yazıda qeyd edilirdi ki, əgər ölkəmizin, müvafiq qurumların belə bir planları barədə Əli Kərimlidə hansısa məlumatlar varsa, o, gərək həmin məlumatları da internet vasitəsilə yaymağa tələsməsin. Axı söhbət dövlətimizin, ölkəmizin maraqlarından gedir. Belə olan halda Respublika Prokurorluğunun dövlət sirri, hərbi sirr hesab olunan informasiyaları yayan Əli Kərimli barəsində istintaq hərəkətlərinə başlayıb-başlamayacağına dair sual etmişdik.
Görünən odur ki, Əli Kərimli “ənənəsinə” sadiqdir. O, xaricdəki anti-Azərbaycan dairələrin ssenarilərində yer alan bir fiqurdur. Belə qənaətə gəlmək olar ki, AXCP sədri indiki halda feyk məlumatlar yaymaqla qrantlar aldığı dairələrin növbəti sifarişlərini yerinə yetirir, düşmənin əlinə oynayır və bununla da respublikamızın informasiya təhlükəsizliyinə xələl gətirir. Milli təhlükəsizliyimizə zidd olan belə fəaliyyətin qarşısı qətiyyən alınmalıdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

