/ / Elçin Əmirbəyov: Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən separatçı qurum hazırkı humanitar böhranın əsas günahkarıdır
Elçin Əmirbəyov: Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən separatçı qurum hazırkı humanitar böhranın əsas günahkarıdır
07.09.2023 [20:23]
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün proses gedir və Avropa İttifaqı, xüsusilə də Prezident Şarl Mişel bu prosesə dəstək göstərir. Lakin Ermənistan bütün dünyada Azərbaycanı günahlandırmaq taktikasını seçərək, sülh prosesində iştirak görüntüsü yaratmağa, status-kvonu saxlamağa və danışıqlarda tərəqqi əldə olunmadığı halda bütün günahı Azərbaycan tərəfinin üzərinə qoymağa çalışır. Lakin Azərbaycan tərəfi sülh prosesinə sadiqdir, Ermənistana sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların yenidən açılmasını təklif edib. Hansısa güzəştə heç bir vəchlə razı olmayan və Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən separatçı qurum hazırkı humanitar böhranın əsas günahkarıdır. Onlar Azərbaycan və digər təşkilatların əraziyə humanitar yardım çatdırmasının qarşısını alan da məhz həmin separatçılardır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Almaniyanın “Deutsche Welle“ telekanalı üçün müsahibəsində yer alıb. Azərbaycanın Qarabağ regionunda humanitar vəziyyət və guya Laçın yolunun bağlanması ilə əhalinin ac qalması barədə suala aydınlıq gətirən Azərbaycan rəsmisi bildirib ki, ilk növbədə, Ermənistanın Azərbaycanın 20 faiz ərazisini 30 il ərzində işğalda saxladığını nəzərə almaq lazımdır. Həmçinin Laçın yolunun blokadada olması da doğru fikir deyil, çünki hər iki istiqamətdə Qırmızı Xaç Komitəsinin vasitəsilə insanların hərəkəti, dərman və s. daşınması təmin olunursa, bu zaman blokadadan danışmaq mümkün deyil. Buna baxmayaraq Qarabağda yaşayan insanlar bir qrup separatçının girovuna çevrilib.
Azərbaycan Qarabağdakı əhali ilə ünsiyyət və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına hazırdır. Laçında məhdud keçid var, Azərbaycan bu vəziyyətə yenidən baxa bilər, eyni zamanda separatçılar əraziyə yüklərin çatdırılması üçün başqa yollardan istifadəyə qarşı çıxmamalıdırlar. Onların Ağdam yolundan imtinasına dair fikri ilə heç də hamı razı deyil.
E.Əmirbəyov qeyd edib ki, Azərbaycan ABŞ, Rusiya və digər ölkələrlə həll yollarının tapılması üzərində işləyir. Əsas iş sülh razılaşmasını əldə etmək, sərhədlərin delimitasiyasına nail olmaqdır. Lakin, təəssüf ki, bütün proses Ermənistanın atdığı addımların əsirinə çevrilir. Aydın olmalıdır ki, yeganə sülh yolu Bakı ilə əməkdaşlıq etməkdən keçir.
Guya Qarabağdakı erməni əhalinin genosidə məruz qalmasına dair suala cavab verən E.Əmirbəyov qeyd edib ki, məsələyə beynəlxalq hüquq aspektindən baxılmalıdır və ərazidə baş verənlər bu tip sözlərin əsassız şəkildə istifadə edildiyini göstərir. Sülhün əldə olunması üçün yeganə yol hər iki tərəfin öhdəliklərini yerinə yetirməsindən keçir və Azərbaycan bu prosesi bütün istiqamətlər üzrə aparır. Lakin Ermənistan üçtərəfli Bəyanatın bəzi maddələrini hələ də icra etmir, on min hərbçi və ağır hərbi texnikasını Azərbaycan ərazisində çıxarmır, eləcə də Azərbaycan ərazilərini minalayır. Müharibə cinayətlərində günahkar olan Ermənistan sözdə deyil, əməldə iş görməli, Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
Müsahibədə, həmçinin bildirilib ki, nə qədər separatçılar Ermənistan ordusu Qarabağda qalır, Azərbaycan üçün təhlükə davam edəcəkdir və dünyanı qondarma humanitar böhranla aldatmaq lazım deyil. Aİ öz fəaliyyətini gücləndirməlidir, çünki əslində, bu il sülh müqaviləsi üzərində işi bitirmək lazım idi, lakin indi əsas fəaliyyət erməni yalanlarını neytrallaşdırmaq və həqiqətin nədən ibarət olduğunu göstərməkdən ibarətdir.
E.Əmirbəyov qeyd edib ki, erməni tərəfi, istər Ermənistan ərazisindən, istərsə də Qarabağda tez-tez atəşkəsi pozur, sərhəddə təxribatlar törədilir. Azərbaycan regionda müharibə istəmir və dünyanın diqqəti sülh prosesinə yönəlməlidir. Ermənistanın saxta təbliğatı, manipulyasiyası və beynəlxalq təşkilatlardan alət kimi istifadəsinə son qoyulmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43

