Yaqublu isterikası...
05.09.2023 [10:10]
AXCP sədrinin “ekspert layihəsi” xəyanətkar simasını nümayiş etdirir
İllərdir düşüncə tərzini inkişaf etdirə bilməyən, bu gün isə sözün əsl mənasında deqradasiya vəziyyətində olan müxalifət xalqa, dövlətə düşmən olduğunu artıq açıq şəkildə dilə gətirir. Ötən dövrdə “fəaliyyəti” yalnız Azərbaycanın dövlət maraqlarına xəyanət etmək, xarici antimilli mərkəzlərin təsiri altında öz korporativ maraqlarının müdaifəsini həyata keçirmək olan bu ünsü?lər həm də milli dəyərlərə qarşı çirkin “savaş” açaraq özlərinin əsl simalarını ortaya qoyurlar. Azərbaycan xalqının əldə etdiyi ən böyük nemət - azad, müstəqil dövlətimiz bu gün həmin satqın, xəyanətkar müxalifətin hədəfinə çevrilib.
Dövləti hədəfə alan xain...
Tofiq Yaqublu adlı siyasi şoumenin xarici ermənipərəst pul mənbələrinin diqqətini xəlb etmək üçün oynadığı “tamaşa”lar açıq mahiyyət daşıyır - bu şəxsin bütövlükdə ermənipərəst mövqedən çıxış etməsi, özünün “hərəkətlərini” ermənipərəst dairələrin direktivlərinə əsasən tənzimləməsi, pul üçün bütün dəyərləri ayaqlar alına alması sirr deyil. “Xəyanət dosyesi” xüsusilə qabarıq olan Tofiq Yaqublunun isterika vəziyyəti getdikcə şiddətlənir - AXCP sədri Əli Kərimlinin ermənipərəst mərkəzlərlə birgə layihələrinin “ucuz teleşoumeni” statusu qazanan Yaqublu artıq bütün simasızlığını ortaya qoymaqdadır. İndiyə qədər sosial şəbəkə hesablarında xalqı, dövləti hədəf seçən bu antimilli ünsür daha da irəli gedərək Azərbaycan dövlətinin ünvanına təhqiramiz “fikir”lər səsləndirir, nalayiq sözlərdən istifadə edir. O, son paylaşımlarında dövləti “tövlət” adlandırır (tövləni nəzərdə tutaraq). Bu isə onun ermənidən betər erməni olması fikrini daha da gücləndirir və arqumentləşdirir.
Tofiq Yaqublu daha çox “pay” istəyir...
Göründüyü kimi, artıq erməni lobbisinin təsir dairəsində olan müxalifət qrupu hansı məqsədlərə “qulluq etdiyini” açıq şəkildə göstərməkdədir. Tofiq Yaqublunun birdən-birə ermənipərəst Sevinc Osmanqızının “siyasi eksperti” statusuna “yüksəlməsi” də bunun bariz faktlarındandır. Bu gün dövləti hədəfə alan, lağ obyektinə çevirməyə cəhd göstərən tofiqyaqublular erməni lobbisinin maliyyəsi ilə danışan, xaricdə məskunlaşan “şəbəkə” ilə paralel işləyir, eyni məqsədlərə xidmət göstərir. Erməni lobbisi məhz bu kimi satqınlıqlarına görə onlara maliyyə ayırır - bu şəxslər bəzi hallarda özləri də ermənipərəst mərkəzlərdən maliyyələşdiklərini etiraf edirlər. Bir müddət öncə məhz Sevinc Osmanqızının internet kanalında çıxış edən xaricə sığınan xəyanətkar şəbəkə üzvlərindən biri bildirmişdi ki, onlara bu çıxışları üçün “yardımlar” edilir. Deyəsən, Tofiq Yaqublu bu “yardım” payından daha çoxuna niyyət edir - həttta Əli Kərimlinin payını belə özününküləşdirmək istəyir. Son çirkin addımları da elə bu məqsədə xidmət edir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43

