Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Avqustun 23-dək əksər rayonlarda hava yağmursuz keçəcək

Avqustun 23-dək əksər rayonlarda hava yağmursuz keçəcək

21.08.2023 [11:07]

Avqustun 21-i saat 10:00-a olan məlumata görə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 mm-dək).

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 37 dərəcəyədək, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31