10 milyon 151 min 517 nəfərik...
19.08.2023 [11:20]
Düşünülmüş sosial-iqtisadi siyasətin uğurlu nəticəsi
Demoqrafik artım həyat standartlarına bağlıdır
Günel ABBAS
Məlumdur ki, əhalinin artması iqtisadiyyat qarşısında yeni vəzifələr qoyur. Əhali çoxalırsa, yeni uşaq bağçalarının, məktəblərin tikilməsi lazım gəlir, iş yerlərinin sayını artırmaq, ərzaq təhlükəsizliyini gücləndirmək zərurətə çevrilir, enerjidaşıyıcılarına tələbat yüksəlir. Bir sözlə, demoqrafik artım müsbət hal olmaqla yanaşı, həm də kompleks vəzifələrin həllini gündəmə gətirir. Prezident İlham Əliyev mütəmadi olaraq öz çıxışlarında bu məsələyə toxunur. Dövlət başçısı mühüm əhəmiyyətli tədbirlərdə Azərbaycanda demoqrafik vəziyyətin müsbət olduğunu vurğulayaraq bununla bağlı ortaya çıxan vəzifələri qeyd edir.
Demoqrafik proseslər həm də bir ölkədə həyat standartlarının hansı səviyyədə olmasından xəbər verir. Ona görə də müvafiq qurumlar tərəfindən bu məsələlələr nəzarətdə saxlanılır və məlumatlar ictimaiyyətlə paylaşılır. Dövlət Statistika Komitəsinin 2023-cü il 1iyul tarixli məlumatına əsasən, ölkə əhalisinin sayı 10 milyon 151 min 517 nəfər olub. Məlumatda qeyd edilir ki, əhali sayına Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali sayı aid daxil edilməyib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür. 2023-cü ilin birinci yarısında ölkədə 30165 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 6,5-dən 6-a düşüb.
Milli Məclisin deputatı Azər Badamov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə düzgün, düşünülmüş sosial-iqtisadi siyasət aparılır. Müstəqillik dövründə ölkəmizin əhalisi 7 milyondan 10 milyona çatıb. Bu da vətəndaşların rifahına müsbət təsir göstərir. Azərbaycan əhalisinin sayının 10 milyonu keçməsi onu göstərir ki, ölkədə münbit şərait yaradılıb, insanlar yaşamaq üçün daha çox Azərbaycana üstünlük verir. Azərbaycandan xaricə gedənlərin sayında kifayət qədər azalma müşahidə olunur, ölkəmizdə yaşamaq istəyənlərin sayı daha çoxdur. Əhalinin artması dövlət siyasətinin müsbət göstəricisi kimi qəbul oluna bilər. Hansı ölkədə iqtisadi vəziyyət normaldırsa, dövlət qayğı göstərirsə, orada əhalinin artımı baş verir. Azərbaycan da belə ölkələrdəndir, son 10-15 il ərzində əhalimizin sayı 2.5-3 milyon artıb. Bu, bizim uğurumuzdur. Dövlət başçısının apardığı siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Şərait var ki, əhalinin sayı artır”.
Deputat Ermənistanda əhalinin sayının azaldığını vurğulayıb: “Demoqrafik vəziyyətin müsbət olması heç də hər ölkədə müşahidə edilmir. Məsələn, Ermənistanda doğumun səviyyəsi çox aşağıdır. Daha dəhşətlisi odur ki, vətəndaşları bu ölkəni tərk edirlər. Bu da, əlbəttə, ölkənin hərtərəfli bərbad vəziyyəti ilə bağlıdır. Ermənistanın bəzi iqtisadçıları isə ağlabatmaz bir fikir söyləyiblər. Deyiblər ki, qiymətlər artsa da, əhali daha yaxşı yaşamağa başlayıb. Aydındır ki, Ermənistanın öz vətəndaşını yaxşı yaşatmağa nə gücü var, nə də istəyi. Bunu Dünya Bankının məlumatı da təsdiqləyir. Məlumatda digər keçmiş sovet respublikaları ilə müqayisədə Ermənistanda işsizliyin səviyyəsinin yüksək olduğu bildirilir. Ermənistanda əhalinin sayına diqqət edək, orada 10-15 il əvvəl əhalinin sayı 3 milyondan artıq idisə, hazırda, təxminən, 1.5 milyondur. Ermənistanda iqtisadi böhran hökm sürür, yaşayış səviyyəsi çox aşağıdır, əhali ölkəni tərk edir.
Hər bir ölkənin demoqrafiyası onun sosial-iqtisadi vəziyyətinin güzgüsüdür. Doğumun və ölümün səviyyəsinin göstəriciləri, miqrasiyanın saldosunun müsbət, yaxud mənfi olması sıradan bir faktlar deyil. Bunlar şərhə ehtiyacı olmayan dəlil-sübutdur. Azərbaycanda demoqrafik vəziyyət müsbət olaraq qalır, əhalimiz getdikcə artır və dövlətimiz buna paralel olaraq öz iqtisadiyyatını inkişaf etdirir”.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04

