Böyük Qayıdış” davam edir...
17.08.2023 [10:55]
Bu gün ən xoşbəxt günümüzdür
Laçın sakinlərinin doğma yurd təəssüratları
Günel ABBASOVA
Müharibədən sonra keçən 3 ilə yaxın müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinin şahidi oluruq. Qarabağın əraziləri düşməndən azad ediləndən sonra həmin ərazilərdə çox nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi də göz önündədir. Məqsəd əlbəttə ki, az qala əsrin üçdə biri müddətində Ermənistanın işğalı altında qalan və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqlara ən tez zamanda azərbaycanlıların, həmin torpaqların əsl sahiblərinin tam şəkildə qayıdışı və firavan yaşayışının təmin edilməsidir.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, “Böyük Qayıdış” uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da “Böyük Qayıdış”ın təmin olunması üçün 2022-ci ilin 16 noyabr tarixində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca mühümdür.
“Böyük Qayıdış”a dair I Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərdə bu vaxta qədər aparılan abadlıq-quruculuq işlərinin daha geniş şəkildə davam etdirilməsi, bunun da məntiqi nəticəsi olaraq, strateji hədəflərə çatmaq baxımından ən mükəmməl bir yol xəritəsi olduğu bəllidir. Nəzərə alsaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu günə qədər ölkəmizdə həyata keçirilən bütün Dövlət Proqramları uğurla icra olunub və yüksək nəticələri də göz önündədir, deməli, “Böyük Qayıdış” proqramının da müvəffəqiyyətlə icra olunacağı və başa çatdırılacağı kimsədə şübhə doğurmur. Onu da nəzərə almaq lazımdır ki, bu Dövlət Proqramı daha müvaffəqiyyətlə icra olunacaq, çünki həmin proqram məhz ölkə rəhbərinin, Ali Baş Komandan cənab İlham Əliyevin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi olaraq qəbul olunur. Deməli, bu Dövlət Proqramı hədəfə istiqamətlənmiş, hədəfə doğru olan addım sayılır. Əlbəttə ki, Dövlər Proqramı hazırlanarkən bir çox məqamlar, ələlxüsus qabaqcıl beynəlxalq təcrübə, dünya iqtisadiyyatının müasir çağırışları, beynəlxalq qurumlar tərəfindən irəli sürülən qlobal inkişaf prioritetləri, inkişaf etmiş ölkələrdə olan inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər də nəzərdən qaçmayıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə-65 nəfər köçürülüb.
Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Doğma yurduna qayıdan Laçın sakini İradə Həsənova öz təəssüratlarını bölüşərək deyib ki, bu gün Laçın həsrətimiz otuz ildən sonra bitir. Uzun zaman keçsə də, hazırda həmin günlər geridə qaldı. Bundan sonra qarşımızda yeni səhifə açılır.
Laçına köçən sakin bildirib ki, onun övladı Laçından gələndə altı aylıq idi. Sabah isə onun ad gününü Laçında qeyd edəcəklər: “Bu, çox xüsusi gündür. Bundan sonra Laçının gözəlliyini görüb, orada yaşayacağıq. Prezident İlham Əliyevə bizə yaratdığı şərait üçün təşəkkür edirik”.
Daha bir Laçın sakini Rəhilə İsgəndərova Laçından məcburi köçkün düşdüyü günləri indi də xatırladığını bildirib: “Çox ağrılı-acılı həyat yaşadıq. Bu gün isə doğulub boya-başa çatdığımız yerlərə-Laçına qayıdırıq. Hislərimi və bu sevinci sözlə ifadə etmək çətindir. Torpaqlarımızın işğaldan azad edilməsində əməyi olan şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzulayıram”.
Laçına qayıdan şəhər sakini Çingiz Məmmədov bu günü həyatının ən sevincli və xoşbəxt günü hesab edib: “Çünki uzun həsrətdən sonra öz yurdumuza qayıdırıq. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna təşəkkür edib. Qeyd edib ki, onlar hər zaman dövlətin diqqət və qayğısını hiss ediblər.
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

