“Qarabağ İtkin Ailələri” İctimai Birliyi BMT-yə müraciət ünvanlayıb
03.08.2023 [16:36]
"Qarabağ İtkin Ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:
“Biz – Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi, itkin ailələri adından BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət edirik.
Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuzdur.
Lakin biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir, bizi bitməyən əzaba, iztirablara məhkum edib. Analar və atalar itkin övladlarının həsrəti ilə, onların fotoşəkillərini sinələrinə sıxaraq bu dünyadan nisgillə ayrılırlar. Uşaqlar itkin valideynlərini yalnız onlar barədə deyilənlərdən təxəyyül edirlər. Bu, minlərlə ailədə hər gün üzləşdiyimiz faciə, dəhşət deməkdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində XX əsrin 90-cı illərində Azərbaycanın 20 faiz ərazisi işğal edildi, şəhərləri, kəndləri vandalcasına dağıdıldı, talan edildi, insanlar qətlə yetirildi, soyqırımına və etnik təmizləməyə məruz qaldı, 1 milyona yaxın Azərbaycan vətəndaşı qaçqına və məcburi köçkünə çevrildi, 20 min insan həyatını, 50 min insan sağlamlığını itirdi.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri qocadır.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. Apardığımız araşdırmalar təsdiq edir ki, I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir.
2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin təxribatı ilə bağlı əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu Vətən torpaqlarını işğaldan azad edərək BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri özü icra etdi. Lakin işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi oradan qovulmuş insanlara, o cümlədən itkin ailələrinə yurd yerlərinə getməyə imkan vermir. Bundan başqa, Ermənistan nə dəqiq mina xəritələrini, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etmir. Mina xəritələrinin verilməməsi səbəbindən son 3 ildə 300-dən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanına çevrilib.
Son illərdə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən itkinlərin sonrakı taleyinin aydınlaşdırılması sahəsində atılan addımlar, o cümlədən ailələrdən bioloji nümunələrin götürülməsi, DNT profillərinin çıxarılması, işğaldan azad edilmiş ərazilərdə qazıntıların aparılması bizdə böyük ümidlər yaradır. Ancaq qısa müddətdə 9 kütləvi məzarlığın aşkar edilməsi qəlbimizi göynədir.
Kütləvi məzarlıqlardan 1-i Kəlbəcər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndində, 2-si Şuşa rayonunun Daşaltı kəndində, 1-i Şuşa şəhərində, 1-i Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlığın izinə düşülüb, hazırda həmin istiqamətlərdə araşdırmalara başlanıb.
İnsanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir.
Sizdən xahiş edirik ki, Ermənistana çağırış edəsiniz ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin.
İtkin düşmüş şəxslər problemi qlobal mahiyyətlidir, təkcə Azərbaycan üçün aktual deyildir. Bu məsələ ilə səmərəli məşğul olmaq üçün BMT sisteminin də səylərini artırması vacibdir. Buna görə də Sizləri çağırırıq ki, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına öz töhfənizi əsirgəməyəsiniz”.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

