Beynəlxalq ictimaiyyətdən məsuliyyət tələb edirik!
29.07.2023 [10:26]
Günel ABBASOVA
İyulun 27-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar. Müraciətdə yayılan məlumatların beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini hədəf alan siyasi manipulyasiya olduğu bildirilir.
Qeyd olunur ki, Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun separatçılar tərəfindən bağlanması bu kampaniyanı başlatmış qüvvələrin həqiqi niyyətlərindən xəbər verir. Bildirilir ki, məqsəd Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiya etməsinin qarşısını almaq və ya bu prosesi mümkün qədər uzatmaqdır.
Deputat Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə bəyan edib: “Bu məqamlar müraciətdə də qeyd olunub. Məlumdur ki, etnik ermənilər üçün ərzağın və digər məhsulların Ermənistandan gətirilməsinə zərurət yoxdur. Laçın yolu ilə bağlı vəziyyətə gəlincə, bu yol da Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir və ona görə də Azərbaycan öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis edib. Eləcə də Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da Azərbaycanın bu hüququ təsbit olunub. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açılması, dövlət bayrağımıza qarşı təxribat törədilməsi, Laçın yolundan sui-istifadə hallarının davam etməsi səbəbindən Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəf məhz Ermənistandır. Ermənistan tərəfi həqiqətən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə mane olmamalıdır.
Müraciəti ünvanlamaqda məqsədimiz odur ki, şərh edilənlərlə əlaqədar beynəlxalq ictimaiyyət də məsuliyyətli yanaşma nümayiş etdirsin, Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamalı və konstruktiv dialoqa sadiqlik göstərməyin zəruriliyini Ermənistana izah etsin”.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, ölkəmizin əleyhinə yönələn belə əməllər beynəlxalq ictimai fikirdə Azərbaycanın mənfi obrazını formalaşdırmaq və dövlətimizə qarşı müxtəlif təzyiq vasitələrini işə salmaq niyyəti güdür: “Ermənistanın siyasi rəhbərliyi Qarabağda yeni tamaşa səhnələşdirməkdədir. Bu, mahiyyət etibarilə şantaj, təzyiq, beynəlxalq ictimai fikrin çaşdırılması kimi məqsədləri özündə ehtiva edir. Bu dəfə də “humanitar böhran”, “fəlakət” kimi terminlərdən istifadə edilir. Guya ki, Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə münasibətdə humanitar təzyiq üsullarından istifadə edir. Reallıq isə tamamilə fərqlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan hər zaman Qarabağda yaşayan ermənilərə Ermənistandan humanitar yüklərin daşınmasına şərait yaradıb. Bu proses Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə baş verir. Buna baxmayaraq, bu təşkilatın özünün fəaliyyətində də xeyli qanunazidd hərəkətlər var və indiki halda Azərbaycanın təkliflərini də gözardı edirlər. Azərbaycan təklif edir ki, həmin humanitar yardımın çatdırılması Ağdam-Xankəndi yolu ilə həyata keçirilsin. Ağdam-Xankəndi yolu tamamilə təhlükəsizdir, kifayət qədər keyfiyyətli yoldur və Azərbaycandan bu humanitar yardım aksiyası həyata keçiriləcək. Amma ermənilərin niyyəti bu deyil”.
E.Nəsirovun sözlərinə görə, ermənilər hər vəchlə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılmasına çalışırlar: “İstəyirlər ki, heç bir alternativ yol da olmasın. Çünki məqsəd heç də humanitar məsələlər deyil. Ermənistanın bu gün bir çox siyasətçiləri bəyan ediblər ki, erməni kəndlərində hər şey var, heç bir humanitar fəlakətdən söhbət gedə bilməz. Çünki Azərbaycan bu prosesə nəinki mane olmur, əksinə, şərait yaradıb ki, Qarabağdakı ermənilər dərman vasitələri, ərzaq, un məhsulları və həyat üçün zəruri olan humanitar xarakterli digər yüklərlə təmin edilsin. Demək, niyyət başqadır. Niyyət ondan ibarətdir ki, Qarabağa sülh gəlməsin, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmasın və bu proses maksimum uzansın. Onlar bu cür təzyiq üsullarından istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Təəssüf doğuran cəhət həm də onunla bağlıdır ki, bu prosesə bir çox Qərbi Avropa ölkələrinin səfirlərini cəlb edə biliblər”.
“Bu günlərdə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə komissarı Cozef Borrel ermənipərəst mövqe ortaya qoyub, Laçın dəhlizinin əleyhinə mövqe ifadə edib. Eyni zamanda, Ağdam- Xankəndi yolunun bu məqsəd üçün istifadə edilməməsi, onun lazımsız, gərəksiz olması ilə bağlı ifadələr səsləndirib. Bunlar təəccüb və təəssüf doğurur. Avropa İttifaqının siyasi rəhbərlərindən birinin belə bir mövqe ifadə etməsi, “oturduğu ağacın budağını kəsməkdən başqa bir şey deyil”. Çünki həmin Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycan çox mühüm rol oynayır. Avropa İttifaqının daha yüksəkrütbəli məmurları həm Brüsseldə, həm də Bakıda Prezident İlham Əliyevdən dəfələrlə xahiş ediblər ki, Azərbaycan Avropa İttifaqına qaz satışını iki dəfə artırsın, 2027-ci ilə qədər 20 milyard kubmetr qaz versin. TAP-ın ötürmə qabiliyyətinin 10 milyard kubmetrdən 20 milyard kubmetr, TANAP-ın ötürmə qabiliyyətinin isə 16 milyard kubmetrdən 32 milyard kubmetrə çatdırılmasının planlaşdırıldığını nəzərə alsaq, onda həqiqətən anlaşılmaz bir vəziyyət yaranır. Doğrudanmı Avropa İttifaqının yüksəkrütbəli bəzi məmurları qitənin strateji əhəmiyyətli maraqlarını bir kənara qoyur, dar erməni maraqlarına xidmət göstərirlər? Buna nə ad vermək olar? Azərbaycanla heç kim diktə dili ilə danışa bilməz. Biz qalibik, şərtləri biz müəyyən edirik”, - deyə deputat qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

